Qadin.NET / Robin Şarma "Ferrarisini satmış rahib"

Robin Şarma "Ferrarisini satmış rahib"

Dünya şöhrətli yazıçı Robin Şarmanın şəxsiyyətin inkişafı barədə yazılmış "Ferrarisini satmış rahib" əsəri müasir dünya ədəbiyyatının incilərindəndir. Əsər 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuşdur.

Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması Robin Şarma 1965-ci ildə Yeni Şotlandiyada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi çatışmazlıqdan dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayaraq o, şərq müdrikliyi və qərb texnologiyası sintezini yaradaraq yüksək çalışqanlığı ilə öz bacarığını dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. 

Robin Şarmanın "Ferrarisini satmış rahib" kitabını türk dilində istirahətə getdiyim məkanlardan birində oxudum. Kitabın qısa məzmunu belədir ki, uğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”-yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəfldən infarkt keçirir və bununla da bütün həyatı dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli "Ferrari"-sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır. Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.

Robin Şarma "Ferrarisini satmış rahib"

Kitabı oxumağa başladığım ilk anlardan maraq və həvəs məni bürüdü. Çünki həmin zamanlarda elə özüm də fərdi inkişaf istiqamətində  dəyişikliklər etməyi qərara almışdım. Kitabda olan motivasiya və pozitivlik məni də sehirləmiş oldu. Məsələn, "qızılgülün ürəyi motivasiyası"-nı praktik olaraq öyrənmiş oldum və bir neçə müddət əməl də etdim. Bundan başqa insanın özündə müsbət vərdişlərin yaradılması üçün 21 gün məşqləri haqqında məlumatları öyrənmək mümkündür. Kitabın xoşuma gələn cəhəti insanın özü-özü ilə mübarizəsində özünə qalib gələ bilməsi motivasiyasını aşılamasıdır. Bir sözlə iradə gücü ilə özünü idarəni öyrənmək və dünyaya, həyata baxışını dəyişmək mümkündür. Fərdi inkişafa yeni başlayanlar üçün dəyərli bir kitab kimi tövsiyə edirəm.

Xoş qiraətlər! laughing

 Yüklə 

24 oktyabr 2014
GO BACK