Annotasiya
“Kandid və ya optimizm” (fransızca “Candide, ou l’Optimisme”) – Volterin ən çox oxunan və təkrar nəşr olunan əsəridir. Povestin 1758-ci ildə yazıldığı ehtimal olunur və bir il sonra birdən-birə beş ölkədə “alman dilindən tərcümə” adı altında nəşr olunur. Dərhal bestsellerə çevrilir və uzun illər ədəbsiz olması bəhanəsilə qadağan olunur. Volter özü bu əsəri bekarçılıqdan yazdığını söyləyib və bəzi hallarda müəllifliyindən boyun qaçırıb.
Əsərdən seçilmiş hissələr
Bir andaca buradakı səbəb-nəticə əlaqələrini özü üçün aydınlaşdıran baron Kandidin dalına bir neçə təpik vurub, onu öz qəsrindən qovdu.
***
Öncə toplar dillənib hər iki tərəfdən altı minə yaxın adamı yerə sərdi; sonra tüfənglər açılıb, bu gözəl dünyanı zibilləyən on minə yaxın işsiz-gücsüz adamı o biri dünyaya yola saldı.
***
- Siz bura niyə gəlmisiniz? Bura gəlməyiniz üçün üzürlü bir səbəb varmı?
- Səbəbsiz nəticə olmur… Hər şey zərurət adlanan bir zəncirin həlqələrinə uyğun baş verir, özü də yaxşılığa doğru yönəlir.
***
Baxın, insanlar təbiətin işini necə korlayırlar, təbiət onları yırtıcı olaraq yaratmır, onlar özləri bunu istədiklərindən yırtıcılara çevrilirlər: insanların bir-birini öldürmək üçün yararlandıqları on iki kiloqramlıq mərmisi olan topu da, süngünü də tanrı yaradıb insanlara bağışlamayıbdır, bu onların öz yaramaz düşüncələrindən törəmişdir.
***
Dəyərli insan, məni bağışlayın, Panqlos ona cavab verdi – Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər, bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək ortada bizim istəyimiz adlanan bir səbəb olsun.
***
Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə gündədir.
***
Biz Mərakeşə çatanda orada qan su yerinə axırdı. İmperator Malik İsmayılın əlli oğlundan hərəsi öz başına qoşun toplayıb bir-biriylə vuruşurdular: bu isə qaraların qaralara qarşı, qaraların qonurlara qarşı, qonurların qonurlara qarşı, mulatların mulatlara qarşı döyüşdükləri, əlli vətəndaş müharibəsinə gətirib çıxarmışdı – imperiyanın hər yerində ara vermədən insanlar bir-birini qırıb tökməkdə idilər.
***
Bir yerdə ağ günə çıxa bilmədinizsə, onda uğurunuzu başqa yerdə axtarın. Yeni torpaqlar, insanlar görməkdən, yeni işlər görməyə çalışmaqdan da yaxşı nə ola bilər?
Onlar öz dövlətlərini, gözəyarı götürsək, diametri beş yük kilometrə yaxın olan torpaqlarda qurublar; Onu otuz bölgəyə ayırıblar. Nə varsa, hamısı los padresindir, xalqın isə heç nəyi yoxdur; dövlət deyil ha, lap ağılla düzgünlüyün qovuşmasının ən gözəl bir örnəyidir.
***
O, indi qoşuna baxış keçirir, – serjant dedi – siz onun çəkməsinin mahmızlarını ancaq üç saatdan sonra öpə biləcəksiniz.
***
Mən dörddə bir ispan olduğum kimi, meymunlar da axı dörddə bir kişi sayılırlar.
***
Görünür, burada kral uşaqlarına çox yaxşı tərbiyə veriblər, ona görə də bunlar daş-qaşı, qızılı saya salmırlar.
***
Görünür, bura hər şeyin ancaq yaxşı olduğu deyilən həmən ölkədir, axı deyirdilər haradasa belə bir ölkə var.
***
-Bu yer üzündə iki, bir-birindən ayrı-ayrı din ola bilərmi? Bildiyimə görə, bizim dinimizlə sisinki eyni olmalıdır, biz də bir olan Tanrıya inanırıq.
- Yəni siz doğurdanmı ancaq bir Tanrıya inanırsınız?
- Başqa necə ola bilər, – qoca dilləndi – Tanrı birdir, O, iki, üç, dörd ola bilməz axı. Boynuma alıram, sizin yerin adamları çox anlaşılmaz suallar verirlər.
***
Axı görməmişlik duyğusundan qurtula bilməyən insanlar dünyanı gəzib dolaşdıqca, sonradan bu gördüklərini öyünərək öz yurddaşlarına danışmaq istəyi onları çulğayır.
***
İnsan öz ömrünü haradasa yaxşı keçirə bilirsə, elə orada qalmağı da yaxşıdır.
***
Ah, bu yer üzündə nə alçaq adamlar varmış! Bu da bizim Köhnə Dünyanın adamlarının qanacağı!
***
Gərək yol yoldaşı olaraq eləsini seçəsən ki, sonra onun ucbatından başın ağrımasın.
***
Hara baxırsan, gücsüzlərin qolugüclüləri görməyə gözü yoxdur, ancaq yenə də onların qarşısında sürünürlər, qolugüclülər isə onlarla lap ətindən, yunundan yararlandıqları qoyun sürüsü kimi davranırlar.
***
İnsanın öz içində çəkdiyi gizli qüssə, onun üzbəüz qaldığı ictimai fəlakətlərdən daha amansızdır.
***
-Ancaq bu dünyada yaxşılıqlar da var axı, – bunu Kandid dedi.
- Ola bilsin də var, ancaq dediyiniz o yaxşılıq nədənsə heç mənim qarşıma çıxmayıb, – Marten cavabında dedi.
***
Paris elə bil, bər-bəzəkli bir qələbəlikdir, orada hamı əylənməyə, yaşamın dadını çıxarmağa çalışır, ancaq bunu heç kim nə tapa, nə də bacara bilir.
Tərcümə: Araz Gündüz
KKO
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR