Adi günlərimdən birini yaşayırdım. Yenə həmişəki kimi səhər durub işə gəlmişdim, qızğın iş gedirdi, işin sonuna yaxın işlərimi yekunlaşdırırdım. Nədənsə birdən oturub telefonumda xarici bir melodiyaya qulaq asmaq istədim. Məhz həmin melodiya ki, mənə əziz adamın zəngində bu melodiya səslənirdi. Axıra qədər həmin melodiyaya qulaq asdım. Özum də bilmirdim ki, bu melodiya bir də heç vaxt mənim telefonumda səslənməyəcək. O adam bir də mənə zəng etməyəcək.. İşin sonuna yaxın hamı kimi mən də tez saatın 6 olmasını gözləyirdim. Nə biləydim ki, keçən hər saniyə əziz bir adamımı həmişəlik əlimdən almağa doğru iti addımlarla addımlayır. Əgər bilsəydim vaxtın dayanmasını və bir də getməməsini Allahdan diləyərdim.
Bəli, iş vaxti bitdi, hamı kimi mən də evə yollandım. Qış ayı olduğundan hava artıq qaralmışdı. Maşının pəncərəsindən bayıra baxıb xəyala dalmışdım. Mənə elə gəlirdi ki, yenə evə gedəcəm, ailəmlə birgə adi hər günki axşamlardan birini yaşayacağam. Lakin qəfil gələn zəng... Həyatımı alt-üst etdi. Kaş ki, qulaqlarım kar olaydı o zəngi eşitməyəydim, kaş ki, dilim lal olaydı o zəngə cavab verə bilməyəydim.
Bu zəngə qədər mən dünyanın ən xoşbəxt bir insanı idim, heç bir qəm-kədərim, heç bir problemim yox idi və mənə elə gəlirdi ki, həmişə belə olacaq. Lakin həyatın sərt üzü də var imiş..
Mənə elə gəlirdi ki, həmişə o mənim yanımda olacaq, həmişə səslənsəm, mənə cavab verəcək, həmişə bir çətinliyə düşsəm, mənə köməyə gələcək. Həmişə onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəm. Amma belə deyilmiş.. O insanı itirəndən sonra ancaq “kaş ki”, “gərək”, “bilsəydim” kəlmələri beynimdə elə hey dolanır. İndiyə kimi elə bilirəm ki, hələ də yuxudayam, nə vaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək. Hələ də gözləyirəm ki, nə vaxtsa yenə işdən evə gələndə o insanın stol arxasında oturub televizor izləyəcəyini və məni gülərüzlə qarşılayacağını görəcəm. Bilmirəm bəlkə də doğrudan da mən yuxudayam, bəlkə elə yaşadığımız bu həyat özü bir yuxudur. O isə gerçəkliyə qovuşub.
Bircə onu bilirəm ki, hər zaman Allahın verdiyi yaşadığım ömür boyunca istər yaxşı günümdə, istər pis günümdə gözüm ancaq onu axtaracaq.
Ağ gəlinlik donunda vağzalı sədası altında ATA evini tərk edərkən, ilk analıq hissini yaşayarkən, ilk ana kəlməsini eşidərkən, övladımı ilk məktəbə yola salarkən, övladıma toy edərkən, gözlərimi əbədi yumarkən belə yenə də gözlərim onu axtaracaq. Necə ki, indi hər yerdə onu görürəm, onu axtarıram. Küçədə gedərkən çal saçlı birini gördükdə özümü itirirəm, dünya başıma fırlanır. Addımlarımı tezləşdirirəm ki, tez həmin adama çatıb boynuna sarılım. Amma hər dəfə xəyallarım puça çıxır. Məyus şəkildə yoluma davam edirəm. Hər dəfə evə eyni yolla qayıdıram. Həmin yolda maşın dayanacağında maşınlara baxan çalsaçlı kişini görəcəyim dəqiqəni səbirsizliklə gözləyirəm. Aman Allah insan necə də bir-birinə oxşayarmış! Yox, amma bu o deyil. Bu çalsaçlı adam o ola bilməz. Çünki ondan bir dənə idi, və heç vaxt da olmayacaq.
Ona görə yox ki, o mənim ATAMDIR. Həqiqətən də yaşadığı qısa ömründə bir dəfə də olsun valideyninin üzünə ağ olmadı bu adam. Bir dəfə olsun kiminsə qəlbinə dəymədi bu adam. Kefinin yaxşı vaxtında da, əhvalının yaxşı olmayan vaxtında da heç kimi diqqətindən kənarda qoymazdı. Heç bir qohumunun ad gününü yadından çıxarmazdı. Adicə bir zənglə insanlara göstərdiyi qayğı ilə onların ani də olsa sevincinə səbəb olurdu. Bəlkə də ona görə Tanrı ona məhz bu cür övladlar bəxş etmişdi. Daim onun başını ucalara qaldıran oğul və heç vaxt, yoxluğundan sonra belə onun adına ləkə gətirməyən iki qız.
Arzuları yarımçıq qaldı. Ən böyük arzusu oğul toyu görmək idi. Amma qismət olmadı. Bir azca möhlət verilmə
Oğlun sənin arzuladığın kimi toy etdi özünə. Hər şey öz yerli-yerində idi. Bütün sənin dostların, iş yoldaşların, bütün qohumlar səbirsizliklə gözlənilən toyda necə lazımdı iştirak etdilər. Bircə sən yox idin. Amma sən cismən yox idin. Ruhən sən ordaydın, çünki bu əziz gündə öz ailəni tək buraxa bilməzdin. Sən bizimlə idin. Mən buna əminəm.
Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib "baba-baba" deyə səslənirdi. Babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu. Həmin səs-küylü ev deyildi artıq o ev və heç vaxt da əvvəlki kimi olmayacaqdı. Dostları başına yığıb deyib-gülən, nərd oynayan, yeyib-içən səs-küylü insan cismən yoxdu bu evdə. Səssizlik əvəz edib bütün o günləri. Lal sükut var indi bu evdə.
Bundan sonrakı həyatımız öz axarı ilə davam edir. Edəcək də... Biz istəsək də, istəməsək də... Bircə onu bilirəm ki, daha ürəkdən gülə bilməyəcəm, daha ürəkdən sevinə bilməyəcəyəm. Daha tam xoşbəxt ola bilməyəcəyəm. Amma onunla təsəlli tapıram ki, sənin adını fəxrlə, sənin özünə layiq daşıyıram və daşıyacağam. Bircə buna sevinirəm.
Üç ilə yaxın içimdə yığılıb qalanları nəhayət ki, kağız üzərinə köçürməyə qüvvə tapdım özümdə. Ürəyimdəkiləri bölüşdüyüm insanlara demək istəyirəm ki, ey naşükür Allah bəndələri, valideynlərinizin qədrini sağlığında bilin, çünki onları itirəndən sonra artıq əliniz heç nəyə çatmayacaq. Ancaq yuxularda onları qucaqlayıb oxşaya biləcəksiniz. Sağlığında onların qəlbini incitməyin ki, onları itirəndən sonra sizin qəlbiniz ağrımasın.
XƏBƏR LENTİ
İranda qadınlara daha bir qadağa
Azərbaycanda güclü-dağıdıcı zəlzələ ola bilərmi? - RƏSMİ AÇIQLAMA
Sibel Canın yeni villası
Ürək keksi (foto-resept)
Günün ulduz falı - 22.08.2013
2020-ci ildə bu bürclərin bütün sahələrdə bəxti gətirəcək
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Kainat gözəlinə vasitəçilik təklif olundu
Sakitlikdirsə, bir şeylər tərs gedir.
Serenaydan sevənlərinə pis xəbər
Qəzəblə depressiyanı necə idarə etməli?
Axmaqlar bir-birini cəlb edir...
Dalğaları ram edirlər
Kristina Aqilera Yeni İmicdə-FOTO
Ən gülməli heyvanlar
Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı - RƏSMİ
Oğluna İblisin adlarından birini verdi
Bu 5 yanlış haqda doğrular bütün təsəvvürlərinizi alt-üst edəcək
Bakıda müasir məktəb tikilir
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Fürsət: avtomobillər ucuzlaşır...
Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı
İlham Əliyev: “Ağdam-Xankəndi-Şuşa avtomobil yolu açılacaq”
Azərbaycanda ailədaxili problemlərin həllinə onlar yardım edəcəklər
Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirildi
Britaniyada istiyədavamlı şokolad icad edilib
"Time 100" Qırmızı Xalça
Azərbaycanlı şagirdlərin üz qarası
Yeddi saat ərzində şalvarına girən kobra ilə yatdı
Almalı pirojkilər(foto resept)
Avtomobil təkərindən dekorasiya
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Eynəklər
Yüngül pəhrizlə 8 kq arıqladım!
Avropa Azərbaycanın ayağına düşdü
Milli valyuta möhkəmlənməkdə davam edir
Fərqli badımcan qızartması(foto resept)
Hava yenidən isinir
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
WhatsApp-dan Google bombası
Ağcaqanadlar ölümcül epidemiya yayır-FOTO
Arqan yağının dəriyə təsiri
Saç tökülməsinin qarşısını almaq üçün tövsiyələr
Köhnə geyimlərdən yeni don tikdi
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Dünyanın virtual muzey və qalareyaları
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
ABŞ-da kütləvi həbslər başladı
Sevdiklərinizə yeni il hədiyyəsi verin
Məşhur aktyor Ben Kross vəfat etdi
- ŞƏRHLƏR