Adi günlərimdən birini yaşayırdım. Yenə həmişəki kimi səhər durub işə gəlmişdim, qızğın iş gedirdi, işin sonuna yaxın işlərimi yekunlaşdırırdım. Nədənsə birdən oturub telefonumda xarici bir melodiyaya qulaq asmaq istədim. Məhz həmin melodiya ki, mənə əziz adamın zəngində bu melodiya səslənirdi. Axıra qədər həmin melodiyaya qulaq asdım. Özum də bilmirdim ki, bu melodiya bir də heç vaxt mənim telefonumda səslənməyəcək. O adam bir də mənə zəng etməyəcək.. İşin sonuna yaxın hamı kimi mən də tez saatın 6 olmasını gözləyirdim. Nə biləydim ki, keçən hər saniyə əziz bir adamımı həmişəlik əlimdən almağa doğru iti addımlarla addımlayır. Əgər bilsəydim vaxtın dayanmasını və bir də getməməsini Allahdan diləyərdim.
Bəli, iş vaxti bitdi, hamı kimi mən də evə yollandım. Qış ayı olduğundan hava artıq qaralmışdı. Maşının pəncərəsindən bayıra baxıb xəyala dalmışdım. Mənə elə gəlirdi ki, yenə evə gedəcəm, ailəmlə birgə adi hər günki axşamlardan birini yaşayacağam. Lakin qəfil gələn zəng... Həyatımı alt-üst etdi. Kaş ki, qulaqlarım kar olaydı o zəngi eşitməyəydim, kaş ki, dilim lal olaydı o zəngə cavab verə bilməyəydim.
Bu zəngə qədər mən dünyanın ən xoşbəxt bir insanı idim, heç bir qəm-kədərim, heç bir problemim yox idi və mənə elə gəlirdi ki, həmişə belə olacaq. Lakin həyatın sərt üzü də var imiş..
Mənə elə gəlirdi ki, həmişə o mənim yanımda olacaq, həmişə səslənsəm, mənə cavab verəcək, həmişə bir çətinliyə düşsəm, mənə köməyə gələcək. Həmişə onun şən, zarafatcıl, qayğıkeş üzünü görəcəm. Amma belə deyilmiş.. O insanı itirəndən sonra ancaq “kaş ki”, “gərək”, “bilsəydim” kəlmələri beynimdə elə hey dolanır. İndiyə kimi elə bilirəm ki, hələ də yuxudayam, nə vaxtsa oyanacam və bu qorxunc yuxu sona yetəcək. Hələ də gözləyirəm ki, nə vaxtsa yenə işdən evə gələndə o insanın stol arxasında oturub televizor izləyəcəyini və məni gülərüzlə qarşılayacağını görəcəm. Bilmirəm bəlkə də doğrudan da mən yuxudayam, bəlkə elə yaşadığımız bu həyat özü bir yuxudur. O isə gerçəkliyə qovuşub.
Bircə onu bilirəm ki, hər zaman Allahın verdiyi yaşadığım ömür boyunca istər yaxşı günümdə, istər pis günümdə gözüm ancaq onu axtaracaq.
Ağ gəlinlik donunda vağzalı sədası altında ATA evini tərk edərkən, ilk analıq hissini yaşayarkən, ilk ana kəlməsini eşidərkən, övladımı ilk məktəbə yola salarkən, övladıma toy edərkən, gözlərimi əbədi yumarkən belə yenə də gözlərim onu axtaracaq. Necə ki, indi hər yerdə onu görürəm, onu axtarıram. Küçədə gedərkən çal saçlı birini gördükdə özümü itirirəm, dünya başıma fırlanır. Addımlarımı tezləşdirirəm ki, tez həmin adama çatıb boynuna sarılım. Amma hər dəfə xəyallarım puça çıxır. Məyus şəkildə yoluma davam edirəm. Hər dəfə evə eyni yolla qayıdıram. Həmin yolda maşın dayanacağında maşınlara baxan çalsaçlı kişini görəcəyim dəqiqəni səbirsizliklə gözləyirəm. Aman Allah insan necə də bir-birinə oxşayarmış! Yox, amma bu o deyil. Bu çalsaçlı adam o ola bilməz. Çünki ondan bir dənə idi, və heç vaxt da olmayacaq.
Ona görə yox ki, o mənim ATAMDIR. Həqiqətən də yaşadığı qısa ömründə bir dəfə də olsun valideyninin üzünə ağ olmadı bu adam. Bir dəfə olsun kiminsə qəlbinə dəymədi bu adam. Kefinin yaxşı vaxtında da, əhvalının yaxşı olmayan vaxtında da heç kimi diqqətindən kənarda qoymazdı. Heç bir qohumunun ad gününü yadından çıxarmazdı. Adicə bir zənglə insanlara göstərdiyi qayğı ilə onların ani də olsa sevincinə səbəb olurdu. Bəlkə də ona görə Tanrı ona məhz bu cür övladlar bəxş etmişdi. Daim onun başını ucalara qaldıran oğul və heç vaxt, yoxluğundan sonra belə onun adına ləkə gətirməyən iki qız.
Arzuları yarımçıq qaldı. Ən böyük arzusu oğul toyu görmək idi. Amma qismət olmadı. Bir azca möhlət verilmə
Oğlun sənin arzuladığın kimi toy etdi özünə. Hər şey öz yerli-yerində idi. Bütün sənin dostların, iş yoldaşların, bütün qohumlar səbirsizliklə gözlənilən toyda necə lazımdı iştirak etdilər. Bircə sən yox idin. Amma sən cismən yox idin. Ruhən sən ordaydın, çünki bu əziz gündə öz ailəni tək buraxa bilməzdin. Sən bizimlə idin. Mən buna əminəm.
Bəlkə də həyatından çox istədiyin ilk nəvən sənin yoxluğundan sora ilk dəfə evə gələndə bu danışmağı belə sərbəst bacarmayan balaca qızcığaz bütün otaqları gəzib "baba-baba" deyə səslənirdi. Babanın o şən səsi isə evdə lal bir sükutla əvəz olunmuşdu. Həmin səs-küylü ev deyildi artıq o ev və heç vaxt da əvvəlki kimi olmayacaqdı. Dostları başına yığıb deyib-gülən, nərd oynayan, yeyib-içən səs-küylü insan cismən yoxdu bu evdə. Səssizlik əvəz edib bütün o günləri. Lal sükut var indi bu evdə.
Bundan sonrakı həyatımız öz axarı ilə davam edir. Edəcək də... Biz istəsək də, istəməsək də... Bircə onu bilirəm ki, daha ürəkdən gülə bilməyəcəm, daha ürəkdən sevinə bilməyəcəyəm. Daha tam xoşbəxt ola bilməyəcəyəm. Amma onunla təsəlli tapıram ki, sənin adını fəxrlə, sənin özünə layiq daşıyıram və daşıyacağam. Bircə buna sevinirəm.
Üç ilə yaxın içimdə yığılıb qalanları nəhayət ki, kağız üzərinə köçürməyə qüvvə tapdım özümdə. Ürəyimdəkiləri bölüşdüyüm insanlara demək istəyirəm ki, ey naşükür Allah bəndələri, valideynlərinizin qədrini sağlığında bilin, çünki onları itirəndən sonra artıq əliniz heç nəyə çatmayacaq. Ancaq yuxularda onları qucaqlayıb oxşaya biləcəksiniz. Sağlığında onların qəlbini incitməyin ki, onları itirəndən sonra sizin qəlbiniz ağrımasın.
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR