Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının tərkibində olan yeddi rayondan biridir. Rayonun sahəsi 918 kv.km, əhalisinin sayı isə 21.800 nəfərdir. Rayonun inzibati mərkəzi Şahbuz şəhəridir. Şahbuz Naxçıvan Muxtar Respublikasının şimalında Zəngəzur və Dərələyəz dağlarının arasında yerləşir. Şimaldan Ermənistan ilə həmsərhəddir. Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Coğrafiyadan eşitdiyimiz Biçənək dağ aşırımı da Şahbuz rayonundan keçir. Rayon eyni zamanda öz mineral suları ilə məşhurdur. Badamlı mineral suyu məhz Şahbuz rayonunun ərazisindədir. Şahbuz rayonunda kükürd və torf yataqları var. Rayonun ərazisindən şimaldan cənuba doğru Naxçivan çayı axır. Rayonun ərazisində 2 göl var-Qanlıgöl və Batabat gölü.

Şahbuz rayonu öz təbiətinə görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqlənir. Rayonun dağlarında sıx meşə massivləri var. Bunlardan Batabat meşələrini misal göstərmək olar. Batabat eyni zamanda turizm və istirahət zonası kimi yerli əhalidən başqa, turistlərin də diqqətini çəkir. Hər il Batabatı görmək üçün oraya çoxlu yerli və xarici turistlər gəlir. Burada turistlərin istirahət etməsi üçün əlverişli şərait yaradılıb.
Rayonun Biçənək, Nurs, Badamlı, Qarababa, Kükü, Külüs, Keçili, Türkeş, Qışlaq, Şada, Mahmudoba, Kolanı, Vayxır kəndləri ən sıx məskunlaşmış kəndləri arasındadır.
Azərbaycanın digər rayonları kimi Şahbuz rayonu da günü-gündən inkişaf etməkdədir. Şahbuz rayonu son zamanlar abadlıq və quruculuq meydanına çevrilmişdir. Rayonun ərazisində demək olar ki, köhnə müəssisə, təşkilat, məktəb binası qalmayıb. Rayonun ən ucqar kəndlərində belə müasir tələblərə cavab verən məktəb binaları, idarə və müəssisələr tikilib, istifadəyə verilib.
Əziz Qadin.Net xanımları, diqqətinizə çatdırım ki, Azərbaycan ədəbiyyatını öz gözəl şeirləri ilə bəzəyən şairimiz Məmməd Araz məhz Şahbuz rayonunun Nurs kəndindəndir.
Şahbuz rayon icra hakimiyyətinin binası
Badamlı kəndinin uzaqdan görüntüsü
Batabatdan bir görüntü


Batabat göllərindən fərqli görüntülər

Batabat yaylağı

Şahbuz rayonuna giriş

Şahbuz Dövlət təbiət qoruğu
Şahbuz şəhər orta məktəbi.
XƏBƏR LENTİ
Dəhşətli xəstəlik sürətlə yayılır
Günün qoroskopu: iradəli, qətiyyətli olun
İstanbulda Şuşa sevinci - VİDEO
Bu ilin ən isti rəngi: Narıncı
Almalı şirniyyat (foto-resept)
Kim ki yüz il yaşamırsa: üzüm yoxdur, kişmiş ye!
Baş ağrısı (yanaşma)
Günün ulduz falı
Sızanaqlara qarşı nar qabığı maskası
Novruz bayramı İslama ziddir?
Hamilələr üçün bəzi məsləhətlər
Nazirdən sosial kartlar barədə açıqlama
Uşaqlarda diş qıcırtmasının səbəbləri nədir?
Stallone ailəsinin karantin əyləncəsi - FOTO
Günün ulduz falı
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Ermənistanın adı dəyişir
Arzular, arzular, gözəl arzular...
Bakıdan qorxan ermənilər
Elektron ticarət 1 trilyon dollara çatacaq
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Pendirli toyuq əti (foto resept)
İtirilmiş arzular
Toshiba 4K formatlı noutbuk buraxacaq
Bred Pitt Anjelina Coliyə indiyədən ödədiyi məbləği açıqladı
Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ƏDVİYYAT
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Dondurulmuş pomidor püresi (foto resept)
Günün ulduz falı
Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Ayaqqabı seçimində 7 qayda
Harri Potterə yeni üz tapdılar
Qoyun ili nə vəd edir?
2018-in gəlinlikləri
Qadın.net xanımlarının Sevgi hekayəsi-3
Düyülü kabak yeməyi (foto-resept)
Ömrümüzün 11 ilini nəyə sərf edirik?
Min bir dərdin dərmanı
Orduda müəllim mübadiləsi
Rassel Krou inanılmaz dərəcədə KÖKƏLDİ-FOTO
"Yas mərasimi və qəbir daşları üçün xərclər kredit və ya borcla ödənilir"
Bu standart azərbaycanlıların xasiyyətini dəyişəcək
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Yay tərəvəzlərinin kalori miqdarı
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Aleyna Tilki gəlinciklə diqqət çəkdi-FOTO
Müəllimlərin işə qəbul imtahanları keçirilir
Anar bu dəfə Mətanəti dəyişdi - FOTO
2017-nin ən yaxşı şəkilləri















- ŞƏRHLƏR