Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ölkədə təmtəraqlı yaz mərasimlərinin keçirilməsini qınayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, qurumun Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimovanın bildirib ki, yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi məhz DQİDK tərəfindən gündəmə gətirilib, bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fətvası da var.
Komitə rəsmisi deyib ki, DQİDK-nın bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, hələ də vətəndaşlar vahid, ümumi mövqe nümayiş etdirməyiblər: "Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında "əzilir". İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən "qonaqlıq" və "banketlər"in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir. İslama görə dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir. Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanışlar, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür. Dinimizdə dünyasını dəyişmiş insan üçün 3 gün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir. Bu müddət ərzində insanlar dünyasını dəyişmiş şəxsin ailəsini ziyarət edir, dəstək nümayiş etdirir və təskinlik verirlər. Ancaq ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir. Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür. Din xadimləri belə məclis və yığıncaqlarda insanlarla daha çox ünsiyyətdə olduğundan cəmiyyətin digər üzvləri ilə müqayisədə onlar daha çox aktivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, günümüzdə belə dəbdəbəli süfrələr yas mərasimlərini idarə edən din xadimlərinin gözü qarşısında baş verir.
Görünür, həmin din xadimləri QMİ-nin tövsiyələrini cəmiyyətə çatdırmaqda maraqlı deyillər".
E. Kərimova bu məsələdə KİV-in üzərinə də kifayət qədər məsuliyyət düşdüyünü, lakin istənilən səviyyədə aktivlik nümayiş etdirilmədiyini qeyd edib.
O, yasların təmtəraqla, "qonaqlıq" və "banketlər" formasında təşkilinin mərasim zalları xidmətləri təklif edən və "çadır biznesi" ilə məşğul olan işbazların işinə yaradığını bildirib: "Bir müddət öncə Şeyxülislam Allahşükür Paşazadə paytaxtın mərkəzi küçələrindəki çadır maşınlarının yığışdırılmasının zəruriliyini bildirmişdi. Lakin hələlik bunun qarşısını tam şəkildə almaq mümkün olmayıb. "Çadır biznesmenləri"nin təklif etdikləri VİP xidmətlərin məbləği gündən-günə artmaqdadır. Hesab edirik ki, xeyir və şər adətləri ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanun layihəsinin qəbul edilərək tətbiq olunmasına böyük ehtiyac var".
Milli.Az
XƏBƏR LENTİ
Ölüm yanımızdan keçdi
Leyla Əliyevadan uşaqlara sürpriz Moskva səfəri
Ət piroqu (foto resept)
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Bakıda məşhur xəstəxana ilə bağlı yeni QƏRAR
Hazal Kaya ekranlara qayıdır
Qarın böyüməsinin üç əsas səbəbi
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Məşhur türk aktrisası nişanlandı-FOTO
Ölməyən eşq hekayəsi
Alla Puqaçovanın 28 milyonluq evi-FOTO
Sonsuzluğa səbəb olan amillər
Böyük Britaniyada milyondan çox insan bu adı daşıyır-FOTO
Kişilərin qadınlarda sevdikləri geyimlər
Bakıya yağış yağacaq, duman çökəcək
Məktəbdə öyrədilməyən dərslər
Microsoft-la Google işləməyəcək
İdmandan sonra gözəl görünmək üçün...
Di Kaprio Bred Pittə "Sevgilim" deyir- SƏBƏB
Kökəlməyə son verin!
Günün qoroskopu: Ağlınızı işlədin!
AFFA "Binə" klubunu qismən bağışladı
Ən böyük brilliant satıldı
Asan hazırlanan salat (foto resept)
Adilikdən qeyri-adilik yaratmaq
Məşhur bəstəkar vəfat etdi-FOTO
Ağıllı soyuducu təqdim edildi
Əfsanəvi ABBA qrupu beş yeni mahnı təqdim edəcək
Kirpik tökülməsinin səbəbləri
Uşaqları onlardan uzaq tutun
Məşhur ulduzlar dünən və bu gün
Daha bir erməni həyasızlığı
Ayı 40 min olan ev kirayələdi
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi
Messi Ronaldoya çatdı
Duzlu pomidor (foto resept)
Bengü hamiləliyin 8-ci ayında konsert verdi-FOTO
Uşağınızı kitab oxumağa həvəsləndirməyin yolları
Limonu dilimləyib yatağınızın başına qoyun
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
Aktrisanı görənlər təəccüb etdi-FOTO
Luvr muzeyinə səyahət
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Ulduz futbolçudan mükəmməl nəticə
Prezident yeni qurum yaratdı - FƏRMAN
84 yaşlı qadından qorxan ayı qaçdı
57 ölkədən 32 sabiq prezident Bakıya gələcək
Miqrantlar üçün ən yaxşı ölkələr
İtlə yoqa: tərəfdaş hürərsə...
Ramazan ayının 9-cu gününün duası














