Bu möcüzəli bitkinin tarixinə müraciət edək. Platonun əsərlərində qeyd edilir ki, üzüm meynələri yeni yaranmayıb, belə ki, o həmişə mövcud olub. Üzüm bitkisinin yaranma mənşəyi məlum deyil. Ola bilsin ki, onu eyni zamanda dünyanın bir neçə yerində yetişdirməyə başlayıblar.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, üzümün qidalılığını, dad və müalicə xüsusiyyətlərini müəyyən edən əsas komponentlərə qlükozanı, fruktozanı və saxarozanı aid etmək olar.
Üzümlə müalicə ağciyər və ürək-damar sisteminin çox köhnə müalicə üsulu sayılır. Üzümlə müalicə zamanı ürək döyünməsinin ritmi və arterial təzyiq normallaşır, şişlər yatır, təngnəfəslik halları azalır, yuxu normal qaydaya düşür, qan durulur, tənəffüs yollarının və ağciyərlərin vəziyyəti yaxşılaşır. Ciyərdə durğunluq hallarının və şişlərin müalicəsi üçün üzümün istifadəsi çox xeyirlidir.
Üzümün gündəlik norması 2 kq-dan (1,2 litr şirədən) artıq olmamalıdır. Üzümü qida qəbulu arasında və ya yeməkdən 1-2 saat sonra qəbul etmək lazımdır. Birinci-üçüncü günlər gündə 5 dəfə 100 qram, 4-cü gün 1kq-a qədər, hər gün az-az artıraraq 7-ci gün 2 kq-a qaldırmaq lazımdır. Müalicə kursu-3-4 həftə davam edilməlidir.
Üzümlə müalicə zamanı yağlı və duzlu xörəklərdən, kefirdən, təzə süddən, çiy tərəvəzdən, pivədən, mineral sudan, xüsusən qazlı sudan imtina etmək lazımdır. Bu ərzaqların üzümlə birgə istifadəsi qıcqırma prosesini gücləndirir və bağırsağın fəaliyyəti üçün zərərlidir.
Üzüm şirəsi digər şirələrdən fərqli olaraq qana tez daxil olur və orqanizm tərəfindən tez mənimsənilir. Üzümün bu xüsusiyyəti bala, kimyəvi tərkibi isə ana südünə bənzəyir.
Ağacdan yeni dərilmiş üzümü yemək olmaz. Yaxşı olar ki, o, dərildikdən 2-3 gün sonra istifadə edilsin, əks halda o qaz yaranmasına səbəb ola bilər.
Bəs üzümün qəbulunda əks göstərişlər hansılardır?
Şəkərli diabet, kəskin və xroniki kolit, enterokolit, vərəmin kəskin forması, 3-4-cü dərəcəli piylənmə, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üzümdən məhdudiyyətlə istifadə etməlidirlər.
Quru üzüm kimi istifadə etdiyimiz kişmiş isə daha xeyirlidir. Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir.
Kişmiş tərkibində dəmir və kalsiumu saxladığı üçün olduqca faydalıdır. Öz tərkibinə görə kişmiş xüsusilə sümük inkişafına müsbət təsiri göstərir, zəiflik, qan azlığı kimi narahatlıqların aradan qaldırılmasında böyük rol oynayır.
Yaddaş zəifliyi olanlar üçün kişmiş ən yaxşı vasitələrdən biridir.
Kişmişin həmçinin ağrıkəsici xüsusiyyəti vardır. İltihabın qarşısını kəsən kişmiş bəlğəm üçün də olduqca faydalıdır.
Ən əsası isə Peyğəmbərdən (s) nəql olunan bir hədisini həmişə yadda saxlamaq lazımdır:
“Qurudulmuş üzüm (kişmiş) çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir və qəm-qüssəni uzaqlaşdırır”
Odur ki, cibinizdən kişmişi, ömrünüzdən sağlamlığı əskik etməyin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Şəfa" stadionunun adı dəyişdirilir?
Kibrit qurabiyələr (foto resept)
Putin Suriyaya görə meydan oxudu
Günümüzün narkotiki şəkər! (2)
Onu pişiklər bu hala saldı
Yeni nəsil istehlak vərdişlərimiz
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Qız uşaqları ücün geyimlər
Həyat məqsədini necə tapmalı?
Bu avtobuslara minməyin! - Sərnişinlərə xəbərdarlıq
Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi - VİDEO
Murad Bozu əsəbiləşdirdi-FOTO
Sosyopat və psixopat arasındakı fərqlər nədir?
Belçika meşələrində gizlənmiş taxta heykəllər
Rəngarəng tort (foto resept)
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
İbrahim peyğəmbərin şəhəri, Böyük İsgəndərin xəzinəsi tapıldı
Toy və ziyafətlər üçün geyim seçimi
Hulusi Akar: “Monitorinq mərkəzində xidmət aparacaq türkiyəli hərbçilər Azərbaycana yollanıb” - VİDEO
Özünü düzgün qidalanmağa tədricən öyrəşdirmək lazımdır
Günün ulduz falı
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
NeSpoonun küçə sənəti
Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb
Evdə dondurma (foto resept)
Ermənilərə yeni silahlar verildi
Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar
Prodüser Burak Özçvitdən üzr istədi-FOTO
Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO
Qadınların bəzənmək səbəbləri
Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır
İsti havalarda tərlətməyən saç modelləri
Ənənəvi Şükran paradı
Azərbaycanda daha 39 nəfər koronavirusdan öldü: 4170 yeni yoluxma
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Günün ulduz falı - 02.12.2013
Qadin.Net Facebook-da (100.000)
Maraqlı fikirlər
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır
HAVA necə olacaq?
"Kit-Kat"lı brauni (foto resept)
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
Payızda koronavirusa yoluxma artacaq - VİDEO
Bu cihaz xərçəng hüceyrəsini 10 saniyədə aşkarlayır
Hansı meyvə suları ürək üçün faydalıdır?
Bir-birindən maraqlı 8 fakt
Telefondan silinən şəkilləri yenidən necə qaytarmaq olar? - ŞƏKİLLİ İZAH
Türkiyə 1915-ci ilin arxivlərini açdı
Bu cür insanlardan UZAQ DURUN!















- ŞƏRHLƏR