Giriş
Bağla

Məktəblilərin qış tətili günləri açıqlandı

Günün əsas xəbərləri

Məktəblilərin qış tətili günləri açıqlandı


Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb. 

Qadin.Net xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar).

- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика