Giriş
Bağla

Ev üsulu coco star (foto-resept)

MƏTBƏX / Müxtəlif

 

Tərkibi:

Ev üsulu coco star (foto-resept)

150 qram hindistan qozu (sürtgəcdən keçirilmiş)

2 çay st qutu süd kremi ( 200 ml)

1,5 çay st pudra şəkəri

2 y/q kərə yağı (35 qram)

300-350 qram bitter şokolad

 

Hazırlanması:

Kərə yağını və pudra şəkəri orta boy qazana əlavə edin, yağ və şəkər əriyənə qədər aşağı dərəcədə qarışdırın.

Əridikdən sonra kremi əlavə edin və 1 dəqiqəyə qədər qarışdıraraq bişirin.

Qazanı qazın üstündən götürün və içinə hindistan qozunun hamısını əlavə edərək qarışdırın.

Əl yandırmayacaq istiliyinə gələn hindistan qozu qarışımını əlinizlə yoğurun.

Qozdan biraz daha böyük parçalar halında yavaş-yavaş sıxaraq forma verin.

Forma verdiyiniz  hindistan qozlu qarışımı yağlı kağız sərdiyiniz listdə 1 saata qədər saxlayın.

Ev üsulu coco star (foto-resept)

Şokoladı əridin. Hindistan qozlu qarışımları çəngəllə şokolada batırın. Şokoladını axıtmaq üçün yağlı kağız sərdiyiniz listə düzün.

Sonra soyuducuya qoyun. Şokoladlı təbəqə donduqda servis edə bilərsiniz.

Ev üsulu coco star (foto-resept)



Şərhlər (3)

Iceberg Iceberg 6 November 2019 09:20 Cavab yaz

cox dadli gorunur bu
Iceberg Iceberg 5 November 2019 01:26 Cavab yaz

Ev üsulu coco star (foto-resept)
laleler5 laleler5 4 November 2019 21:11 Cavab yaz

Ay da bu resepti axtarırdım good

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика