Bunu ANS PRESS-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi.
"Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlakçı bazarında nəzarət tədbirlərinin həyata keçirilməsinin nəticəsi kimi indiyənədək heç bir süni qiymət artımı müşahidə olunmayıb. Amma biz bundan sonra da nəzarət tədbirlərimizi davam etdirəcəyik", - deyə qurum rəsmisi əlavə etdi.Qeyd edək ki, dekabrın 21-də baş verən devalivasiyadan sonra bir çox bazarlarda qiymət artımı müşahidə olunub. Bununla mübarizə aparmaq məqsədilə ötən il, dekabrın 30-da süni qiymət artımına qarşı birgə tədbirlər planı təsdiqlənib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirlər planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.
Həqiqətən də, məzənnə dəyişikliyindən sonra bir sıra, o cümlədən qida bazarında qiymət artımına rast gəlinir. İqtisadi vəziyyətin çətin olduğu bir vaxtda qiymətlərin də artırılması insanların vəziyyətini daha da çətinləşdirir. Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə hazırlanmış plan süni qiymət artımı və digər sui-istifadə hallarının qarşısının alınmasında mühüm rol oynayacaq.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
İstehsalçıların yaratdığı təbəssüm
Ebru Gündeşin iki milyonluq üzüyü - FOTO
Britni Spirs yenidən məhkəməlik oldu-SƏBƏB/FOTO
Dekabra manat bahalaşa bilər
“WhatsApp”da YENİLİK!
Körpələrdə qaz sancısı necə aradan qaldırılır?
Hava proqnozunu aparan qadının geyim tərzi hər kəsi təəccübləndirdi
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Adsızların yeri daralır
Azərbaycanda sümük iliyinin transplantasıyasına başlanıldı
"Röya" keksi (foto resept)
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Ailədə uşaqların tərbiyəsi
Ən çox yağ yandıran idman növləri
Cem Yılmazdan AYRILIQ Açıqlaması
2014-cü ilin hörüklü saç düzümləri
Nikotin və alkoqol sağlamlığın qatı düşmənidir
Şahzadə Beatrisin toyu növbəti dəfə təxirə düşdü-SƏBƏB
Pəhrizi pozmağa səbəb olan anlar
Ardanın xanımı bilərziyinin qiyməti ilə TƏƏCCÜBƏNDİRDİ-FOTO
Bakı metrosundan istifadə edənlərə müjdə
Kral ailəsinin rekord sərvəti-FOTO
HAVA necə olacaq?
Sızanaqlar üçün kərəviz maskası
Dünyanın ən yaşlı sakini Barak Obamanı 117-ci doğum gününə dəvət etdi
Emin Etiraf Etdi-FOTO
Bakı bulvarından Yeni il sürprizi
Okean dırnaq dəbi
Günün qoroskopu:Yüz ölçüb, bir biçin
Efiopiyada 15 nəfər zibilin qurbanı oldu
Dörd əlli, dörd ayaqlı uşaq doğuldu
Ərəbistanda İNANILMAZ QƏRAR
Açma (foto resept)
Uzunömürlü münasibətə sahib olan məşhurlar
Günün qoroskopu: özünüzə inamı itirməyin
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi?
Sağlam qidalar
PP vitamini çatışmazlığı nədir?
Gözəl ziyafət donları
Ev üsulu şaftalı şirəsi (foto-resept)
Yer kürəsi yaxınlığından iki nəhəng asteroid keçib
Fonetika - Hərflər (2)
Bu şəxslərə müavinət veriləcək - ÖZƏL
3 yaşlı qızın mübarizəyə təşviqi
Heyvan fiqurlarına bənzədilmiş tortlar
Uçmaq qorxusu: onlar qışqırır, hətta dalaşa bilərlər

- ŞƏRHLƏR