Tərkibi:
150 qram hindistan qozu (sürtgəcdən keçirilmiş)
2 çay st qutu süd kremi ( 200 ml)
1,5 çay st pudra şəkəri
2 y/q kərə yağı (35 qram)
300-350 qram bitter şokolad
Hazırlanması:
Kərə yağını və pudra şəkəri orta boy qazana əlavə edin, yağ və şəkər əriyənə qədər aşağı dərəcədə qarışdırın.
Əridikdən sonra kremi əlavə edin və 1 dəqiqəyə qədər qarışdıraraq bişirin.
Qazanı qazın üstündən götürün və içinə hindistan qozunun hamısını əlavə edərək qarışdırın.
Əl yandırmayacaq istiliyinə gələn hindistan qozu qarışımını əlinizlə yoğurun.
Qozdan biraz daha böyük parçalar halında yavaş-yavaş sıxaraq forma verin.
Forma verdiyiniz hindistan qozlu qarışımı yağlı kağız sərdiyiniz listdə 1 saata qədər saxlayın.
Şokoladı əridin. Hindistan qozlu qarışımları çəngəllə şokolada batırın. Şokoladını axıtmaq üçün yağlı kağız sərdiyiniz listə düzün.
Sonra soyuducuya qoyun. Şokoladlı təbəqə donduqda servis edə bilərsiniz.