Giriş
Bağla

Göyərti qutabı (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Göyərti qutabı (foto-resept)

 

Tərkibi:

Un – 1 kq

Yumurta – 1 ədəd

Su – 2 stəkan

Duz – zövqə görə

İçi:

keşniş, şüyüd, kərəviz, turşəng –hərəsindən 1 dəstə

Kərə yağı – 1 xörək qaşığı

Baş soğan – 1 baş

Duz, istiot – zövqə görə

Nar - 1-2 ədəd

 

Göyərti qutabı (foto-resept)

Hazırlanması:

 

Un, yumurta, su, duzdan bərk xəmir yoğurun, üstünü dəsmalla örtüb saxlayın.

İç hazırlamaq üçün baş soğan soyulur, azca duzlanır və yağda pörtlədilir, göyərti yuyulur, qurulanır və xırda-xırda doğranır, göyərti ilə soğança qarışdırılır. Sonra xəmirdən diametri 5 sm olan kündələr tutulur və onlardan diametri 15 sm olan nazik lavaşlar yayılır.

 

Göyərti qutabı (foto-resept)


Onun bir tərəfinə göyərtidən olan iç qoyulur, üzərinə nar dənəsi səpilir və ikinci tərəfi onun üstünə qatlanıb qıraqları bağlanır.

 

Sonra isti sacın üstündə hər iki tərəfdən qızardılır və üstünə kərə yağı çəkilib üst-üstə nimçəyə yığılır.

Nuş olsun!



Şərhlər (2)

Ayla Ayla 4 April 2019 13:43 Cavab yaz

Anam yumurta vurmur elə adi duzlu xəmir eliyir.
Pervin Pervin 4 April 2019 11:14 Cavab yaz

Un, yumurta, su, duzdan bərk xəmir yoğurun, üstünü dəsmalla örtüb saxlayın.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика