Daxilimizdəki adsızlar... Hər kitab oxunmaq üçün ideal vaxtı seçir. Bəzən elə olur ki, günlərlə ətrafında düşündüyüm, baş sındırdırdığım bir sualın cavabını tamamilə əlaqəsiz şəkildə oxuduğum kitabda tapa bilirəm. Son günlərdə aktual olan #heryeredebiyyat çağırışından yola çıxaraq yerli ədəbiyyat oxumağa qərar verdim. Yerli yazıçılarımızın uğursuzluqların səbəbi məncə bir az da oxucuların yad münasibətindən qaynaqlanır. Əgər oxucu yoxdursa, əlbəttə ki, inkişafdan söhbət gedə bilməz. Yazıçılarımıza dəstək olmaq üçün gərək ədəbiyyatımızı yaxından izləyək. Bu, müəlliflə 3-cü görüşümüzdür. Bundan öncə Xəyalə Muradın “Bir yarpağın arzusu”, “Hər şey qızım üçün” kitablarını oxumuşam. Beş aydır rəfdə məni gözləyən “Adsız” #heryeredebiyyat ərəfəsində oxunma vaxtının gəldiyini pıçıldadı sanki. Yaxşı ki, bu səsə qulaq verdim...
Kitab bir bədəndə yaşayan yeddi fərqli şəxsiyyətin qarışıq hekayəsindən bəhs edir. Müəllifin bu barədə dərin araşdırmalar etdiyi hər səhifədə hiss olunur. Romanın sujet xətti oxucunu hər fəsildə təəccübləndirməyi bacarır. Bədənində bir kişi, altı qadın şəxsiyyəti daşıyan Günay günlərinin xatırlamır. Onların itdiyindən şikayətçidir. Ancaq heç nədən xəbəri yoxdur. Gecənin yarısı gözlərini polis bölməsində açsa da, bu problemini araşdırıb tapmaq yerinə unutmağı seçir. Alterlərin aktiv olduğu müəyyən saatlar xaricində (Günay hər gün cəmi 2 saat həyat yaşayır) onlar yuxudaymış kimi yatırlar və baş verən heç bir şeydən xəbərləri olmur. Təkcə bir alter xaricində. Adsız... Adsız bütün alterləri idarə edən vasitəçi rolunu oynayır. Onların mənafeini qoruyur və qayğılarına qalır. Aktivlik saatlarını müəyyənləşdirir. Bəs, görəsən hər şey belə davam edə bilərmi? Yeni ailə quran Günay, tələbə qız Aygün, müğənni Diana, ətrafındakı insanları incitməkdən zövq alan Emil, gürcü Tamriko və sirr dağarcığı Adsız... Görəsən, onlar hansı nöqtədə qarşı-qarşıya gələcəklər? Aralarında yaratdıqları nizamı nə pozacaq? Şəxsiyyət parçalanması dediyimiz proses həqiqətən mümkündürsə, onları birləşdirmək də mümkündürmü? Bütün bu suallar ilə birlikdə roman bizi anlaşılmaz hadisələrin burulğanına salır. Labirintin çıxışını isə bizə “Adsız” göstərir. Onun keçmişinə səyahəti ilə alterlərin yaranma səbəbləri aydın olur. Əsərin ideyası da məhz burda gün işığına çıxır. Orjinal mövzusu ilə rəğbət qazanan “Adsız” sonda oxucunu heyrətlədirərək yola salır. Roman düşündürməklə bərabər həmişə aktual olan bir məsələyə uşaqlıqda yaşanan psixoloji travmalara diqqət çəkir. Münasibətlərdəki laqeydliyi, sevgisizliyi, içinə qapanıqlığı sorğulayır. "Adsız"ı Xəyalə Murad yaradıcılığının kuliminasiya nöqtəsi hesab etmək olar. Oxuyun! Sizi əmin edirəm ki, ədəbiyyatımızda bu mövzuda oxuyacaqlarınızın ilki olacaq.
Aygün ƏLƏKBƏROVA
XƏBƏR LENTİ
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
Gürcüstandan maşın gətirənlərə BƏD XƏBƏR
Tənbəlliyə necə qalib gəlməli?
Mayonez maskası
Şokoladlı sufle (foto resept)
2010 və 2011-də ən dəbli ayaqqabılar
Azərbaycan tarixindən yüz şəxsiyyət-10
Bakı bulvarında əyləncə olacaq
Aprel ayının qalibləri!
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Ermənilər atəşkəsi pozmağa davam edir
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Dua Lipadan cazibədar FOTOlar
Sabah hava necə olacaq?
O qədər xoşbəxtdir ki...
Eylatda hökmdarlar şəhəri
Azərbaycanda Bilik Günüdür
Gənc qızlar, zamana dəyər verin
Köhnə paltarlarınızı atmayın!
2015 bahar modası trendi
Düşmənləri sevindirməmək üçün oxuyun
Hicablı qadınlar üçün don dəbi
İrana yağan qar bəla gətirdi
9 may - Qələbə günüdür!
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Uşaqlarınızın cinsini artıq əvvəlcədən bilməyəcəksiniz
Sellulitdən necə xilas olmalı?
Gözəlləşmək üçün buzu yoxlayın!
Hazal Kaya AÇIQLAMA verdi
Trend İnformasiya Agentliyinin erməni vandalizminə həsr olunan "Sözün bitdiyi zaman" sənədli filmi
Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı İLK RƏSMİ REAKSİYA
Ağ Ev aparatında COVID-19-a yeni yoluxma
Möhtəşəm üzük modelləri
Muncuqla işlədiyim tablolar
Qabarıq ətək modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-7
Əhvala uyğun idman növü
Quyruq yağının faydaları
Atatürkün heykəlini söküb apardılar
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
İşləyənlərə xəbərdarlıq
İkiqat qohumluğa ehtiyac varmı?
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
Adəm və Həvva (psixoloji test)
Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar
Günün ulduz falı
- ŞƏRHLƏR