Barselona adı qədim Yunan dilindən götürülmüşdür: "ΒαρκινПЋν", "Barcino", "Barcelo", "Barceno". İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır.İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri Barselona Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Əhalisi 1,6 milyon nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası eramızdan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək şəhərə Barsina (Barsilo) adını veriblər. İki min illik tarixi, özünəməxsus mədəniyyəti və kataloniya dilli Barselona şəhəri son illər dünyada yüksək səviyyəli turizm məkanı kimi şöhrət qazanıb, çünki şəhər Aralıq dənizi sahilində yerləşir. İlboyu mülayim iqlimi (havanın hərarəti il ərzində orta hesabla +17 dərəcə), zəngin memarlıq və sənət irsi, inkişaf edən iqtisadiyyat və mədəni tərəqqisi ildə üç milyondan artıq turistin bu qədim şəhərə gəlməsinə səbəb olur. Barselonada qışı soyuq, yayı isti və quru keçən iqlim hakimdir. Əsas pul vahidi avrodur. Burada ispan, kataloniya, ingilis, fransız dilləri geniş yayılıb.
Görməli yerlər
Barselona ən gözəl şəhərlərdən biridirBarselona modernizmin paytaxtı sayılır. UNESCO-nun qərarı ilə memarlığın şah əsəri olan beş bina - Quel sarayı, Quel parkı, Kaza Mila (Pedrera) binası, Kataloniya musiqi sarayı, Santa Kreu və San Pau xəstəxanası bəşəriyyətin sərvəti sayılır. Barselonaya təşrif buyuran qonaqlara istirahətlərini şən və mənalı keçirmək üçün hər cür xidmət göstərilir. Burada gəzməli və görməli yerlər olduqca çoxdur; muzey və meydanlar, tarixi binalar və abidələr. Xüsusilə Pikasso muzeyi öz gözəlliyi ilə diqqəti çəkir, burda rəssamın 3000-dən artıq əsəri nümayiş olunur. Şəhərə gələnlər Antonio Qaudinin yaradıcılıq fantaziyasının məhsulu olan binaları görəndə özlərini sanki nağıllar aləmində hiss edirlər. Bütün bunları görüb zövq almaq üçün şəhəri piyada gəzmək məsləhətdir. Nou de la Rambla küçəsində 1886-88-ci illərdə tikilən möhtəşəm Quel sarayı ucalır. Müqəddəs Ailə kilsəsi (Saqrada Familia) dünyada unikal tikili hesab edilir. Kilsənin tikintisi indiyədək davam etsə də, artıq kilsə şəhərin parlaq simvoluna çevrilib. Eləcə də səyahət həvəskarlarını müxtəlif növ əyləncələrlə zəngin olan Attraksionlar parkı çox təəccübləndirir. Kataloniya musiqi sarayı isə modernizmin xəzinəsi hesab edilir.
Turistlərə məsləhət
Barselonada mağaza və bazarlar olduqca çoxdur. Burada ən yaxşı alış-veriş mərkəzi Barrio Gotico sayılır. Şəhərin bu hissəsi dar küçələri ilə məşhurdur. Burada kiçik kafe və barların yanında xeyli mağazalar var. Ancaq diqqətli olmaq lazımdır ki, pulunuzu oğurlamasınlar. Çünki ətrafda cibgirlər çox olur. La Rambla küçəsinin axırında yer alan“ Plasa Katalonya” meydanı şəhərin ən məşhur və əsl alış-veriş mərkəzi hesab olunur. Barselona şəhərinin ürəyi, daha doğrusu, ürəyinin döyündüyü nöqtədir. Bura həmişə insanlarla və göyərçinlərlə dolu olur. Barselonada ən çox maraq çəkən əyləncə əlbəttə, buğa döyüşləridir. Mağazalardan buğa döyüşü aksesuarlarını, eləcə də matador geyimini əldə etmək olur. Lakin buğa döyüşlərinə marağı olmayanların diqqətini milli rəqs - flemenqo geyimləri cəlb edir. Flemenqo İspaniyanın milli rəqsidir, Barselonanın ən çox yaddaşlarda qalan əyləncəsidir. Rəngarəng rəqs paltarları, yelpiklər ən yaxşı hədiyyə ola bilər. Barselona şəhərində əyləncələr səhərə qədər davam edir və hər cür zövqə uyğun əyləncə tapmaq olar. Şəhərin ən uca nöqtəsindən Barselonanın panoramına və limanına baxıb zövq almaq istəyənlər isə Xristofor Kolumbun heykəlinin içində quraşdırılmış liftdən istifadə etməlidirlər. Şəhərdə bir yerdən başqa yerə getmək olduqca asan və rahatdır. Ən yaxşı və sərfəli nəqliyyat vasitəsi isə metrodur.
Bayramlar
Hər bir xalqın bayramları onun adət-ənənəsindən, tarixi köklərindən irəli gəlir. Eləcə də Barselona bayramları, adətləri xalqın inanclarından yaranıb. Barselonada ən çox maraqla izlənilən və bütün dünyada diqqət çəkən ənənələrindən biri öküz döyüşləridir. Qədim tarixə malik bu yarışlarda matadorlar qırmızı pelerinlərini oynadaraq öküzləri hirsləndirir. Qədim inanca görə, matadorların öldürdüyü öküzlərin qanı onları sonradan yenidən doğularaq qüvvətləndirəcək. İndi İspaniya, Barselona deyiləndə ilk fikir məhz öküz döyüşləri olur. Şəhərin ən qədim ənənələrindən biri də milli flemenqo rəqsidir. Rəngarəng geyimlərdə olan qızlar ayaqlarını yerə döyüb, əllərini bir-birinə vurmaqla ritmə uyğun rəqs edirlər. İstənilən şəxsin bu rəqslərə qoşulmaq imkanı olması onu əsl əyləncə vasitəsinə çevirir. Barselona deyiləndə əlbəttə ki, futbol yarışmaları da anılır. Bu da əsl bayram keyfi yaradır və bu kefi yaşamaq üçün FC Barselonanın Nou Camp stadionunda olmaq lazımdır.
Mətbəx
Barselonada hər cür zövqə və cibə uyğun restoran tapmaq olar. Barselona mətbəxi türk mətbəxinə çox yaxındır. Çünki Barselona mətbəxində bol zeytun yağından, bibərli duzlu qarışıqdan istifadə edilir. Balıq, dəniz ünsürlü xörəklər üstünlük təşkil edir. Barselonada yemək vaxtları çaşdırıcı görünə bilər. Onlar, adətən günorta yeməyini saat 14:00-dan sonra, axşam yeməyini isə 23:00-da yeməyə üstünlük verirlər. Səhər yeməyini isə iki dəfə yeyirlər. Ənənəvi olaraq səhər yeməyində qızardılmış çörəyin üstünə zeytun yağı çəkərək yeyilir. Ardınca isə saat 10-11 arasında ikinci səhər yeməyində isə meyvə şirəsi və ya qəhvə, yanında sosiska və ya pendirli sendiviçlərə, “tortilla a la espanola” deyilən kartoflu omletə üstünlük verilir. Barselona mətbəxində zeytun yağı və şirniyyatlar geniş yayılıb. Restorana gedəndə əvvəlcə masanıza paam tomaquet- üzərinə təzə pomidor əzməsi sürtülən çörək verilir. Süfrədə daima acı bibərlə hazırlanan və ya zeytun yağı və sarımsağın əzilməsilə hazırlanan sous tapa bilərsiniz. Barselona mətbəxinin məşhur yeməklərindən biri paella adlı plovdur - toyuq, safran, kalamar kimi dəniz məhsullarından hazırlanır və amanida adlı salatı xüsusilə seçilir. Kartoflu omlet, yanında qızardılmış yaşıl bibər, isti çörək dilimləri üstündə somon balıqları ənənəvi yeməklərdəndir.
Pakizə İsrafilova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Builki Həcc ziyarəti ləğv edildi
Özünüz olun – azad olun!
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb
Torpaq sürüşməsinin zərərləri açıqlandı
Əncirli desert (foto resept)
Dəbli ayaqqabı modelləri
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
82 yaşı olsa da, modeldir - FOTO
Hansı insanlar daha çox yaşayırlar?
Ərdoğan əhalini Fransa məhsullarını almamağa çağırdı
Ermənilər atəşkəs rejimini yenidən pozublar
Dünyanın yarısı qaranlığa qərq olacaq
İkiayaqlı inək doğuldu
Dünyanı gəzmək üçün hər şeylərini satdılar-FOTO
Səsi nazik olan kişilər, diqqət
Kendal Cenner məhkəmədə uduzdu-Ətraflı
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək
Ballı-qozlu kamamber pendiri (foto resept)
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
Sumqayıtda dünyanın ən böyük Novruz xonçası hazırlandı
Burun qanaxması
Sosial şəbəkələrdə yeni “çelenc” başladı-VİDEO
"Oskar"-2015
Fahriye və Buraka 1 milyonluq təklif-FOTO
Köhnə avtomobillər Bakıdan yığışdırılır
Peşə məktəblərində boş qalan yerlərə sənəd qəbulu başlayıb
Sezonun ən iddialı trendi: Qabarıq qollar
Günün qoroskopu: məsləhətlərə qulaq asın
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Rusiyanın unikal bölgəsi: Çukotka
Şirələrin faydaları
Putin 9 yaşlı uşağa İphone bağışladı
Bakıda yağmursuz hava olacaq
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Filmdəki sevgiləri reala çevrilən məşhurlar
Baydenin ayaq sümükləri sındı
Gecəni sevən hormon: melotonin
Neslihan Atagülün MAKİYAJSIZ TƏBİİ HALI - FOTO
Buludlar quldurları zəiflədir
Məşhur aktrisa qəfil vəfat etdi
Bu gün Bakıda 23 dərəcə isti olacaq!
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Çin testi
Fahriye Evcen baldızını izləmədən sildi
İki məşhur müənni arasında qalmaqal böyüdü-FOTO
Qulaqlığın tarixi
Sabahın HAVAsı
- ŞƏRHLƏR