Fikrində bir rəqəm tut... Kim bu istəyə qarşı dura bilər? Bəli? hər şey Mark Melleriyə göndərilmiş bir məktubla başladı. Məktubda ağlına gələn ilk rəqəmi tutmaq daha sonra zərfi açmaq yazılmışdı. Mark 658 tutdu və sonra bunu məktubda gördü. Mark çox qorxdu. Onun yerinə kim olsaydı, ölümünə qorxardı. Axı kim onun nə düşündüyünü bilə bilərdi? Məktub davam edərək “Sənin nə düşündüyünü, nə etdiyini, hara getdiyini biləcək qədər çox yaxşı tanıyıram...”
David Gurney isə təqaüdə çıxmış, çıxmazdan əvvəl isə inanılmaz qətl hadisələrinin həllini tapmış dedektivdir. Özünü bu oyunun içində tapır. Çünki Mark onun ən yaxın dostudur və müraciət edəcək ilk adam onunçun o olur.
Roman iki yüksək səviyyəli zəka sahibinin döyüşü təəssüratını bağışlayır. Çünki qatil heç bir iz buraxmadan, bəli, bəli, heç bir iz buraxmadan qətl hadisələrini törədir. Qətl hadisələrini törətməkdə əsl məqsədi isə uşaq vaxtı atasının içkili vəziyyətdə anasını yaralamasıdır. Anası və oğlu bu hadisədən sonra bir daha özlərinə gələ bilmədilər. Anası qalıcı bir xəstəlik qazandı, oğlu isə psixoloji zərbə alaraq xəstə psixologiya ilə böyüdü.
Xəstə psixologiyanın cəmiyyətə təsirini göstərən oxuduğum ikinci, amma keyfiyyətinə görə birinci romandır. Yazıçının ilk romanı olmasına baxmayaraq o, böyük ustalıqla bir çox məşhur dedektiv yazıçıları kimi romanı ərsəyə gətirmişdir. Romanın bir sonrakı səhifələrini maraqla, həyəcanla çevirdim. Sadəcə romanın sonluğu qatilin öldürülməsi və qatilin qurbanları seçmə üsulunun onunla birlikdə ölməsiylə bir az təəsüf hissi oyandırdı. Əlbəttə, dedektivlər o haqda hipotez irəli sürürlər, amma yenə də qatilin etirafları və etiraf zamanı onun keçirdiyi psixoloji hisslər daha maraqlı olardı. Buna baxmayaraq qatilin dedektivi və bir polis işçisini əsir alarkən düşmüş olduqları bu ümidsiz vəziyyətdən çıxış yolu kimi inanılmaz strategiya ilə hərəkət edən David mənim xoşuma gəldi.
Romanda dedektivin şəxsi həyatını göstərən bir çox maraqlı epizodlar da yer almışdır. Həyat yoldaşının psixoloji və mədəni quruluşuna isə heyran qaldım. Elə romanlar olur ki, başlayanda yaxşı başlayır, ortaları da yaxşı olur, amma sonluğu sanki olmur və ya lazımınca olmur. Bu romanda bunu hiss etmədim. Sadəcə bəzi xırda səhvlər vardı və bu da məncə, normaldır. Çünki yazıçının ilk romanıdır.
Bir şeyi də demək istərdim. Kitabın arxa hissəsində yazılan təriflər çox şişirdilib. Əlbəttə, bu da kitabın satılması üçündür.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Hava haqqında
Öskürəyə qarşı ballı qəhvə
Ədviyyatlar xərçəng yarada bilər
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Magistraturaya qəbul qaydaları sadələşdirilib
Azərbaycana yaz gəldi
JLo Baham adalarında istirahət edir-FOTO
Müəllim yıxıldı, utandı və arıqladı - FOTO
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Dəbli və zövqlü koftalar
Niyə evliliklərin çoxu ayrılıqla nəticələnir?
İnamı qalmayanlar üçün
Ayaqqabı modelləri
Azərbaycanda sərf edilən internet-trafikin həcmi rekord göstəriciyə çatdı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Özcan Denizin keçmiş xanımından Gözlənilməz FOTO
Zəncəfilin faydası haqqında
Qidalarımıza həşərat öldürən maddə qatılır? - RƏSMİ CAVAB
BÜRCLƏR bizə nə vəd edir? -7 İyun
Monika Belluçi qala gecəsinə qatılıb-FOTO
Xınalıq sakininin unikal ev muzeyi
Rəsmi Bakıdan Pakistana TƏBRİK
Evinizin havasını bir anda dəyişəcək dekorasiya məsləhəti
Sabah hava necə olacaq?
Heyva şirniyyatı (foto resept)
Ermənistan İsrailin Azərbaycana silah satışını dayandırmasını tələb edib
Qızılgüllərdən gözəl kompazisiya
Saç boyamadan əvvəl...
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Azərbaycana 1972-ci ilin sərt qışı gəlir?
Yaponiya Şəmkirin 3 kəndini içməli su ilə təmin edəcək
Bakıda daha bir hind toyu-FOTO
20 il eyni rəqəmlərlə lotereya oynayan qadın cek-pot uddu
Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri(2)
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
Sünnət
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Günün ulduz falı
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Qəbələyə qar yağdı-5sm
Yeni müharibə xəbərdarlığı
Soyuq havalarda uşaqları necə geyindirməli?
Britni Spirsin evi yandı
Niyə müharibə edirik?
2012-ci ilin qol saatları
Nazirlik ağacların qanunsuz kəsilməsinə qarşı nə edir?
Levənt Yüksəl evləndi - FOTO
- ŞƏRHLƏR