
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görür. Amma bir sıra qurumlar ağacların kəsilməsinin qarşısının alınması üçün onlara həvalə edilən vəzifələri icra etmir".
Milli.Az xəbər verir ki, bunu ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
R.Mirzəyev bildirib ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında" 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarına əsasən, torpaq sahələri ayrılarkən ETSN ilə razılaşdırılmalıdır. Həmin qərara uyğun olaraq, ETSN nümayəndələri həmin torpaq sahələrində mövcud ekoloji təsirləri qiymətləndirməlidir. Lakin çox halda icra hakimiyyətləri, bələdiyyələr torpaq sahələri ayırarkən bunu ETSN ilə razılaşdırmırlar. Bununla da bilərəkdən ağacların kəsilməsinə şərait yaradılır: "Biz cərimələr də tətbiq edirik. Bu cərimələrin aidiyyəti qurumlar tərəfindən ödənilməsi çox ləngiyir.
Onun sözlərinə görə, yalnız 2013-cü il və 2014-cü ilin I rübü ərzində Bakı şəhəri üzrə 4 milyon 2 min 600 manatdan çox inzibati cərimə tətbiq edilib. Bunun yalnız 25 500 manatı ödənilib: "Bunun ödənilməsi üçün əsas iddialı olan ETSN gedib məcburi ödəmə etdirmir. Nazirlik qanunvericiliyə uyğun olaraq, bu cərimələrin ödənilməsi üçün icra orqanlarına müraciət edir. İcra qurumları da həmin cərimələrin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görməlidirlər".
R.Mirzəyev bildirib ki, Nazirlər Kabinetinin "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli, 73 saylı qərarına əsasən, meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması qaydaları müəyyənləşib. Bu qaydalara görə də ağacların kəsilməsi, köçürülməsi mütləq ETSN ilə razılaşdırılmalıdır: "Çox hallarda bu, həmin qurumlar tərəfindən, xüsusilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən pozulur və rəylər olmadan ağac kəsintisinə yol verilir. Ağac kəsintisi xüsusilə gecələr baş verir. Polis orqanlarına təqsirkarların tapılması üçün müraciət edəndə onların da müəyyənləşdirilməsi çətin olur. Bu isə onların əksəriyyətinin məsuliyyətdən kənarda qalmasına və belə analoji halların davam etməsinə şərait yaradır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham ƏIiyev 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ağac kəsmənin tam şəkildə dayandırılması barədə tapşırıq verib: "Ekologiya ili" hər il olmalıdır. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbirlər görməliyik. Bu, mənim son xəbərdarlığımdır".
Mənbə:Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Taleyini necə dəyişmək olar?
Sərt karantin günlərində taksilər işləyəcək?
Türk futbolçunun adına pul buraxıldı
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Alovdakı dizayn
Zehin bədənə necə təsir edir?
Qadın.Netlilərin tərcümeyi-halı (3)
Azərbaycanda qəribə heyvan skeleti tapılıb
BÜRCLƏR bizə nə vəd edir? - 26 mart
Qeyri-adi saç düzümləri
Onlar da AYRILDILAR-FOTO
Sonuna kimi
Sarımsağın bilmədiyimiz faydaları
Onun doğru insan olmadığını göstərən 5 işarə
Pendirli toyuq (foto resept)
Novruz kökəsi (foto resept)
Qubadlıda aparılan ekoloji monitorinqlərin nəticələri açıqlanıb
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
Bakıda çimərliklərdə sosial məsafə qaydaları pozuldu - RƏSMİ AÇIQLAMA
Siz də zəng gözləyirsiniz?
"Yaxşı"nın fəlsəfəsi
Üç il ərzində lotoreyadan iki dəfə 4 milyon uddu
Sağlamlığımızı kimə etibar etməli?
Hava haqqında
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Günün qoroskopu: o vərdişləri tərgidin
Texnologiyadan necə istifadə etməliyik?
Yeni doğulmuş uşağını paltaryuyan maşında yudu
Monqolustanda daha bir nəfər bubon taunundan öldü
Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Ütünü necə təmizləməli?
Yeni iri ilan növü aşkar edildi-FOTO
Azərbaycanda koronavirusa görə məktəblərdə tədbirlər məhdudlaşdırıldı - FOTO
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
Cey Lo ideal bədəninin sirrini açdı - FOTO
Göbələkli toyuq basdırması (foto resept)
Cem Yılmazdan ayrılan Defne diqqət çəkdi-FOTO
400 telefonu var, mesaj yaza bilmir
Bir ananın qızına evlilik haqqında nəsihətləri
Evlərin qiyməti bahalaşıb
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Ən gözəl afrikalılar
Ürküdücü yerlər-2
Sürətli saç uzatmağın 3 yolu
Ölümdən sonra beyin
Yaralı əsgərlərimiz qələbə xəbərini rəqslə qeyd etdi - VİDEO
Yəhudilərin bürclər üzrə ən qədim və dəqiq proqnozu
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]