Giriş
Bağla

Aida M-ova ilə müsahibə

Bizimdir! / QN News / İstifadəçilər

Bu dəfəki müsahibim saytımızın aktiv istifadəçilərindən olan Aida M-va oldu. Əgər siz də müsahibə vermək istəyirsinizsə, o zaman aktiv olun və buyurub mənə müraciət edin. good

- Salam, Aida M-va. 

Bildiyim qədərilə öz adınız elə Aidədir. Eləmi?


Ələykumə salam. Bəli.

 - Saytımızla tanışlığınız necə olub?

 Mahnı yükləyərkən bir hekayə ilə tanış olmuşdum. Onu axtararkən Qadın.Netə gəldim. Bu arada hekayə Xəyalə Muradındır.

- Hansı hekayə olduğu xatirinizdədirmi?

 Səhv etməsəm "Görünməyən həqiqət" idi hekayənin adı.

Aida M-ova ilə müsahibə

- Bəli, Xəyalə Muradın "Görünməyən həqiqət" adlı dedektiv-povesti ilk olaraq bizim saytda ixtisarla payaşılıbdır. İstəyən bu linkdən daxil olub oxuya bilər: http://qadin.net/index.php?newsid=13897  Aidə istirahət zamanlarında əsas etibarilə nələr edir?

 Mən həmişə istirahətdəyəm. Yazıram-pozuram, oxumağa çalışıram.

- Demək, mütaliəni, eləcə də yazmağı sevirsiniz. Mütəmadi olaraq oxuyursunuzmu?

Yazmağı çox sevirəm. Hər gün oxuyuram, amma eyni kitabı və ya əsəri yox. Ona görə bitirmədiyim çox kitab var.

- Bu səbirsizlikdənmi irəli gəlir, yoxsa tez bezən birisiniz? Ya fərqli bir səbəbi var?

 Yox, tez bezmək deməyək, ola bilər xoşuma gəlməyən bir əsər olsun, amma onu da bitirməyə çalışıram. Səbəbi odur ki, hər kitabdan az bir az da olsa, nəsə çatsın mənə.

- Hansı tip əsərlərə üstünlük verirsiniz?

 Fərq etməz.

- Saytımızın kitab bölməsindən yararlana bilirsinizmi? Bundan əlavə elə bir xəbər tipi vardırmı ki, saytımızda olmasını istəyərdiniz?Əlbəttə, yararlanıram, şiriniyyat kitabını yükləmişəm. İstərdim psixologiya dərsi, dərsi də olmasa, gündəlik bir məlumat oxumaq istəyərdim.

- Özünüinkişafa meylli olduğunuzu və daim öz üzərinizdə işləməyi sevdiyinizi bilirəm. Deyin görək, bir insan üçün bu niyə önəmli olmalıdır?

İnsanın gündəlik yemək-içmək təlabatı ilə yanaşı, mənəvi qidalanması da olmalıdır. Hər gün yeni nələrisə öyrənmək insanı kəşf edilməmiş bir yeri kəşf etmiş kimi xoşbəxt edir. Həyatın daha rəngarəng daha işıqlı olur, bu işıq başqalarını da aydınladır. Alim olmasan belə, özünü cahil də hiss etmirsən.

Aida M-ova ilə müsahibə

- Bəs bu yolda saytımız sizə nə kimi faydalar verir?

 Tanımadığım, tanışlığı mənə işıq saçacaq dahilərlə tanımaq imkanı. Bu günlərdə belə mövzular daha çox dərc olunur. Bu da məni çox sevindirir.

- Aidə xanım, təsəvvür edin ki, saytımızın idarəsi tamamilə sizə verilir. İlk olaraq nələri dəyişərdiniz?

 Hər dəfə təsəvvür etdiyim bir məsələdi, ilk olaraq çanta, geyim, ayaqqabı xəbərlərini həftənin bazar gününə salardım, limitsiz. Ondan başqa heç bir bölmədən xəbər olmazdı. Bacarsaydım, xəbərə girib oxumadan şərh yazanları əngəlləyərdim, yəni xəbəri oxumadan şərh qəbul olmazdı. Eyni zamanda şərh yaza bilmədən xəbərdən çıxa bilməzdilər.

 - Həə. biggrin Sizcə səhv etmək pisdir yoxsa nəyəsə cəhd etməmək?

 Cəhd etməmək. Cəhd etmədən səhv olduğunu necə bilmək olar. Səhv etmədən doğrunu necə tapar ki, insan.

- Səhvlərinizdən öyrəndikləriniz olubmu?

 Əlbəttə, elə olmasaydı, eyni səhvi təkrar-təkrar etmiş olardım.

- Aidə xanım, Z.Freyd ha çalışdı, tapammadı. Bəlkə, sizin bir cavabınız var. Sizcə, qadınlar nə istəyir? 

Qadınlar heç nə istəmir, Freyd kişilər qadınları necə görmək istəyir yönündən axtardığı üçün heç nə tapa bilməyib. Qadınlar da yeriyən, nəfəs alan, acanda yemək yeyən canlıdı, hər canlı kimi nəvaziş, qayğı istəyir. Kişilər bunu bacarmadığı üçün qadınları müəmmalı, qəribə-əcaib bir varlığa çeviriblər.

Aida M-ova ilə müsahibə

- Bəs sizcə əsl qadın, zərif, incə bir qadın hansı xüsusiyyətlərə sahib olmalıdır?

Nədənsə incəlik, zəriflik deyəndə çoxları qadının xarici görnüşünü nəzərdə tutur, amma məncə,  o incəlik, zəriflik daxildə olmalıdır. Qadın sözlərin incəsin seçib danışmalıdır. İndi kobudluq edən qadınlara çox rastlanır.

- Bəs bunu necə aşılamaq lazımdır? Ümumiyyətlə, belə şeylər uşaq yaşından tərbiyə edilməlidir uşaqlara. Sizcə, müasir dövrümüzdəki gənc analar tərbiyələndirmədə yetərincə uğurludurlar?

 Mən ana deyiləm, hər hansı fikiri desəm, analar etiraz etmiş olacaq. Amma mən yenə fikrimi deyəcəyəm. Anaların əksəriyyəti tərbiyə işini tamamən unudublar. Çoxu deyir, mənim qızımdırsa, yaxşı olacaq. Əlbəttə, sənin qızındır, amma sən özünün aldığın dediyinə görə yaxşı tərbiyəni qızına verməsən, o necə olacaq ? Bir də hər anada eyni şüar var indi: uşaqdır, böyüyəndə düzələcək. Amma ağac yaşkən əyilir, böyüyəndə əyri bitən ağacı ancaq baltalayırlar.

Tamamilə haqlısınız. Bəs sizcə, saytımız uşaq tərbiyəsi adına yetərli addımlar ata bilirmi?
Əlbəttə, bu baxımdan saytdakı qadınlar şanslıdılar. Faydalansalar, nümunəvi ana olacaqlarına əminəm.
- İnsanları geyiminə görə qarşılayıb ağlına görə yola salırlar deyimi ilə nə dərəcədə razısınız?
 Razı deyiləm. Çünki cəmiyyətimiz üçün keçərli deyil. Üstü sökük birinə heç kim yaxınlaşmır nəinki qarşlamaq, indi evlərdə ancaq geyimlər qarşılanır, geyimlər yola salınır. İnsanlar qalıb kənarda.
Aida M-ova ilə müsahibə
Bax bütün dünyadan müsahibə almaq imkanınız olsaydı, bütün bunları nəzərə alaraq verdiyiniz ilk sual nə olardı?
 Oturduğunuz yer sizə bəs etmir?
 - Gözəl sualdır. Aidə xanım reallıqlarla nə dərəcədə barışa bilir?
 Baxır hansı reallığı, elələri var ki, qəbul edə bilərsən, barışmaq haqsızlıq olar.

- Təzəlikcə saytda bir yazı yazıbsınız, paxıllıq barədə. Buna sizi nə vadar etdi? Sadəcə yazmaq istəyirdiniz deyə yazdınız, yoxsa hansısa bir durumu göz önünə gətirərək?

Əslində yazmaq istədiyim, amma təxirə saldığım bir yazı idi. Sonra saytdakı dostların məsləhətilə cəsarət toplayıb yazdım. Hər addımda rastlaşdığımız bir durumdur. Həsəd, paxıllıq insanların həyatını yarış meydanına çevirib.

- Yaxşı ki, elə yazıbsınız. Yaşayaraq yazanlardansınız?

Yazdıqlarımın hamısı ya yaşadığımdır, ya şahidi olduğum. Hər iki halda yaşadığım demək olar.

- Saytımızın üzvlərinə, eləcə də bu müsahibəmizi oxuyanlara səslənərək demək istədiyiniz bir şey varmı?

Həyatlarını özləri ilə bərabər yaşasınlar, həyatı dondurub irəliyə gedərək yaşamaq  deyil. Gördüklərinə, eşitdiklərinə inanmasınlar. Doğru olana inansınlar. Bu saytda olduqları üçün şanslıdılar dedim. Bunu ən gözəl şəkildə dəyərləndirsinlər. Baxıb keçməsinlər. Baxmaq görmək deyil. Dönə-dönə bir də baxsınlar. Axtardığı hər şeyin olmasa da, çox şeyin cavabı burada var.

- Müsahibəyə zaman ayırdığınız və səmimiyyətiniz üçün təşəkkür edirəm.

  • Mən təşəkkür edirəm. Çox sağ olun.


Şərhlər (14)

Xanim_Xatun Xanim_Xatun 25 December 2015 00:56 Cavab yaz

Aida xanimi qiyabi taniyiram belə unsiyyetim az olub.Müsahibe maraqli alınıb.
aysun2013 aysun2013 4 October 2015 09:27 Cavab yaz

Cox gozel alinib Aidani tanimaq xos oldu.Cox saqol Aqat paxilliq yazisini gerek oxuyum maraqli geldi adi/
MAYA EL MAYA EL 22 September 2015 21:44 Cavab yaz

Çox maraqlı səmimi müsahibə alinib, çox bəyəndim davamlı olsun
Ellada84 Ellada84 21 September 2015 23:54 Cavab yaz

Qadınlar heç nə istəmir, Freyd kişilər qadınları necə görmək istəyir yönündən axtardığı üçün heç nə tapa bilməyib.

Nə gözəl demisəne. biggrin
sema_arzum sema_arzum 21 September 2015 23:02 Cavab yaz

Qadınlar heç nə istəmir, Freyd kişilər qadınları necə görmək istəyir yönündən axtardığı üçün heç nə tapa bilməyib. Qadınlar da yeriyən, nəfəs alan, acanda yemək yeyən canlıdı, hər canlı kimi nəvaziş, qayğı istəyir. Kişilər bunu bacarmadığı üçün qadınları müəmmalı, qəribə-əcaib bir varlığa çeviriblər.
Kız,ağzından bal damiyo vallah crazy Əla alınıb müsahibə.Təbriklər!!!
rovsane_82 rovsane_82 21 September 2015 19:52 Cavab yaz

Maraqlı müsahibə alınıb sizi tanıdığıma şad oldum Aida xanım.
Ayka_m_ova Ayka_m_ova 21 September 2015 19:36 Cavab yaz

Sizlərdə səmimi fikirlərinizə görə çox sağ olun. give_ros give_ros give_ros give_ros give_ros give_ros give_ros Nə yaxşı ki, sizləri tanımaq imkanım olub saytımıza buna görə təşəkkürlər give_ros
Shari Shari 21 September 2015 18:24 Cavab yaz

- Bəs sizcə əsl qadın, zərif, incə bir qadın hansı xüsusiyyətlərə sahib olmalıdır?

Nədənsə incəlik, zəriflik deyəndə çoxları qadının xarici görnüşünü nəzərdə tutur, amma məncə, o incəlik, zəriflik daxildə olmalıdır. Qadın sözlərin incəsin seçib danışmalıdır. İndi kobudluq edən qadınlara çox rastlanır.
good
Maraqlıdı. Ardını gözləyəcəm.
Ceylan Mumoglu Ceylan Mumoglu 21 September 2015 18:09 Cavab yaz

Qadınlar heç nə istəmir, Freyd kişilər qadınları necə görmək istəyir yönündən axtardığı üçün heç nə tapa bilməyib. Qadınlar da yeriyən, nəfəs alan, acanda yemək yeyən canlıdı, hər canlı kimi nəvaziş, qayğı istəyir. Kişilər bunu bacarmadığı üçün qadınları müəmmalı, qəribə-əcaib bir varlığa çeviriblər.

Aidəni tanımayan biri olsa bu cavabına görə feminst adlandıracaq. biggrin
Həm suallar maraqlı idi, həm də cavablar. Tələbələrimə eşq olsun! good
Ryos Ryos 21 September 2015 17:54 Cavab yaz

Aferin gozel musahibeye gore.Bezi jurnalistler baxib oxusun orney alsinlar.Cox beyendim.Semimi suallar semimi cavablar.her ikinize eziyetinize gore tesakkur edirem.belese tanimadiqimiz istifadecileri lap yaxinnan tanimish olariq. give_ros
Fatma Fatma 21 September 2015 15:50 Cavab yaz

Çox maraqlı və dəyərli müsahibə alınıb
Ellada84 Ellada84 21 September 2015 13:16 Cavab yaz

Maraqlı alınıb. Bəyəndim.
Deniz84 Deniz84 21 September 2015 11:32 Cavab yaz

Yenə də maraqlı müsahibə alınıb.

Maraqlı müsahibə alınıb. Bəyəndim.
Ro-Xe-Sa Ro-Xe-Sa 21 September 2015 11:21 Cavab yaz

Cox maraqli musahibe alinib, Aida xanimimizinda daxili alemine musahibe vasitesi ile seyahet etdik. Cox maraqli dunyan var, cox fikirlerinizle razilasiram. Ugurlar size Aida xanim.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика