Bu dəfəki müsahibim saytımızın aktiv istifadəçilərindən olan Aida M-va oldu. Əgər siz də müsahibə vermək istəyirsinizsə, o zaman aktiv olun və buyurub mənə müraciət edin.
- Salam, Aida M-va.
Bildiyim qədərilə öz adınız elə Aidədir. Eləmi?
Ələykumə salam. Bəli.
- Saytımızla tanışlığınız necə olub?
Mahnı yükləyərkən bir hekayə ilə tanış olmuşdum. Onu axtararkən Qadın.Netə gəldim. Bu arada hekayə Xəyalə Muradındır.
- Hansı hekayə olduğu xatirinizdədirmi?
Səhv etməsəm "Görünməyən həqiqət" idi hekayənin adı.
- Bəli, Xəyalə Muradın "Görünməyən həqiqət" adlı dedektiv-povesti ilk olaraq bizim saytda ixtisarla payaşılıbdır. İstəyən bu linkdən daxil olub oxuya bilər: http://qadin.net/index.php?newsid=13897 Aidə istirahət zamanlarında əsas etibarilə nələr edir?
Mən həmişə istirahətdəyəm. Yazıram-pozuram, oxumağa çalışıram.
- Demək, mütaliəni, eləcə də yazmağı sevirsiniz. Mütəmadi olaraq oxuyursunuzmu?
Yazmağı çox sevirəm. Hər gün oxuyuram, amma eyni kitabı və ya əsəri yox. Ona görə bitirmədiyim çox kitab var.
- Bu səbirsizlikdənmi irəli gəlir, yoxsa tez bezən birisiniz? Ya fərqli bir səbəbi var?
Yox, tez bezmək deməyək, ola bilər xoşuma gəlməyən bir əsər olsun, amma onu da bitirməyə çalışıram. Səbəbi odur ki, hər kitabdan az bir az da olsa, nəsə çatsın mənə.
- Hansı tip əsərlərə üstünlük verirsiniz?
Fərq etməz.
- Saytımızın kitab bölməsindən yararlana bilirsinizmi? Bundan əlavə elə bir xəbər tipi vardırmı ki, saytımızda olmasını istəyərdiniz?Əlbəttə, yararlanıram, şiriniyyat kitabını yükləmişəm. İstərdim psixologiya dərsi, dərsi də olmasa, gündəlik bir məlumat oxumaq istəyərdim.
- Özünüinkişafa meylli olduğunuzu və daim öz üzərinizdə işləməyi sevdiyinizi bilirəm. Deyin görək, bir insan üçün bu niyə önəmli olmalıdır?
İnsanın gündəlik yemək-içmək təlabatı ilə yanaşı, mənəvi qidalanması da olmalıdır. Hər gün yeni nələrisə öyrənmək insanı kəşf edilməmiş bir yeri kəşf etmiş kimi xoşbəxt edir. Həyatın daha rəngarəng daha işıqlı olur, bu işıq başqalarını da aydınladır. Alim olmasan belə, özünü cahil də hiss etmirsən.
- Bəs bu yolda saytımız sizə nə kimi faydalar verir?
Tanımadığım, tanışlığı mənə işıq saçacaq dahilərlə tanımaq imkanı. Bu günlərdə belə mövzular daha çox dərc olunur. Bu da məni çox sevindirir.
- Aidə xanım, təsəvvür edin ki, saytımızın idarəsi tamamilə sizə verilir. İlk olaraq nələri dəyişərdiniz?
Hər dəfə təsəvvür etdiyim bir məsələdi, ilk olaraq çanta, geyim, ayaqqabı xəbərlərini həftənin bazar gününə salardım, limitsiz. Ondan başqa heç bir bölmədən xəbər olmazdı. Bacarsaydım, xəbərə girib oxumadan şərh yazanları əngəlləyərdim, yəni xəbəri oxumadan şərh qəbul olmazdı. Eyni zamanda şərh yaza bilmədən xəbərdən çıxa bilməzdilər.
- Həə. Sizcə səhv etmək pisdir yoxsa nəyəsə cəhd etməmək?
Cəhd etməmək. Cəhd etmədən səhv olduğunu necə bilmək olar. Səhv etmədən doğrunu necə tapar ki, insan.
- Səhvlərinizdən öyrəndikləriniz olubmu?
Əlbəttə, elə olmasaydı, eyni səhvi təkrar-təkrar etmiş olardım.
- Aidə xanım, Z.Freyd ha çalışdı, tapammadı. Bəlkə, sizin bir cavabınız var. Sizcə, qadınlar nə istəyir?
Qadınlar heç nə istəmir, Freyd kişilər qadınları necə görmək istəyir yönündən axtardığı üçün heç nə tapa bilməyib. Qadınlar da yeriyən, nəfəs alan, acanda yemək yeyən canlıdı, hər canlı kimi nəvaziş, qayğı istəyir. Kişilər bunu bacarmadığı üçün qadınları müəmmalı, qəribə-əcaib bir varlığa çeviriblər.
- Bəs sizcə əsl qadın, zərif, incə bir qadın hansı xüsusiyyətlərə sahib olmalıdır?
Nədənsə incəlik, zəriflik deyəndə çoxları qadının xarici görnüşünü nəzərdə tutur, amma məncə, o incəlik, zəriflik daxildə olmalıdır. Qadın sözlərin incəsin seçib danışmalıdır. İndi kobudluq edən qadınlara çox rastlanır.
- Bəs bunu necə aşılamaq lazımdır? Ümumiyyətlə, belə şeylər uşaq yaşından tərbiyə edilməlidir uşaqlara. Sizcə, müasir dövrümüzdəki gənc analar tərbiyələndirmədə yetərincə uğurludurlar?
Mən ana deyiləm, hər hansı fikiri desəm, analar etiraz etmiş olacaq. Amma mən yenə fikrimi deyəcəyəm. Anaların əksəriyyəti tərbiyə işini tamamən unudublar. Çoxu deyir, mənim qızımdırsa, yaxşı olacaq. Əlbəttə, sənin qızındır, amma sən özünün aldığın dediyinə görə yaxşı tərbiyəni qızına verməsən, o necə olacaq ? Bir də hər anada eyni şüar var indi: uşaqdır, böyüyəndə düzələcək. Amma ağac yaşkən əyilir, böyüyəndə əyri bitən ağacı ancaq baltalayırlar.
- Təzəlikcə saytda bir yazı yazıbsınız, paxıllıq barədə. Buna sizi nə vadar etdi? Sadəcə yazmaq istəyirdiniz deyə yazdınız, yoxsa hansısa bir durumu göz önünə gətirərək?
Əslində yazmaq istədiyim, amma təxirə saldığım bir yazı idi. Sonra saytdakı dostların məsləhətilə cəsarət toplayıb yazdım. Hər addımda rastlaşdığımız bir durumdur. Həsəd, paxıllıq insanların həyatını yarış meydanına çevirib.
- Yaxşı ki, elə yazıbsınız. Yaşayaraq yazanlardansınız?
Yazdıqlarımın hamısı ya yaşadığımdır, ya şahidi olduğum. Hər iki halda yaşadığım demək olar.
- Saytımızın üzvlərinə, eləcə də bu müsahibəmizi oxuyanlara səslənərək demək istədiyiniz bir şey varmı?
Həyatlarını özləri ilə bərabər yaşasınlar, həyatı dondurub irəliyə gedərək yaşamaq deyil. Gördüklərinə, eşitdiklərinə inanmasınlar. Doğru olana inansınlar. Bu saytda olduqları üçün şanslıdılar dedim. Bunu ən gözəl şəkildə dəyərləndirsinlər. Baxıb keçməsinlər. Baxmaq görmək deyil. Dönə-dönə bir də baxsınlar. Axtardığı hər şeyin olmasa da, çox şeyin cavabı burada var.
- Müsahibəyə zaman ayırdığınız və səmimiyyətiniz üçün təşəkkür edirəm.
-
Mən təşəkkür edirəm. Çox sağ olun.
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR