Giriş
Bağla

Körpə niyə oyuncaqla oynamalıdır?

Hamiləlik və analıq / Valideynlərə məsləhət

Körpə niyə oyuncaqla oynamalıdır?

Heç düşünmüsünüzmü ki, nəyə görə uşağa oyuncaq alırlar? Deyəcəksiniz: "Çünki uşaq oynamalıdır". Uşağın yanında, otağında onlarla oyuncağın olmasının mənası yoxdur, çünki hər uşağın öz sevimli oyuncağı olur. Balaca körpənin sanki həyat yoldaşına çevrilən oyuncaq uşaq psixologiyasının formalaşmasında xüsusi rol oynayır. 

Oyuncaqlar təzə doğulmuş körpədən tutmuş 7 yaşına kimi uşağa müəyyən mərhələləri keçmək üçün lazımdır. Hərəkət edir, deməli, düşünür.

2 ayından 7 ayına kimi körpələr yalnız bu anı ilə yaşayır - nə keçmişi var, nə də gələcək barədə fikirləri. Onun üçün oyuncağın bahalı olub-olmamasının da fərqi yoxdur. O, sadəcə çoxlu əşya görməli, toxunmalı, hiss etməlidir. Bu ərəfə baxış-hərəkət-toxunuş düşüncə növü adlanır. 

Əsas əşyanın olmasıdır, fərqi yoxdur necə oyuncaqdır. Təki uşaq onun formasını, ölçüsünü, rəngini, ətrini, çəkisini hiss etsin və öyrənsin.

Əslində uşağa adi ev əşyaları da bəs edər, təki əşya olsun. Məgər kasıbın, imkansızın uşağı həyatı bahalı yumşaq oyuncaqlarla öyrənir? Körpə üçün nə fərqi var? Hətta öz əlinizlə də müxtəlif fiqurlar düzəldə bilərsiniz. Bu yaşda uşağın oyuncaqla oynaması oynamaq sayılmır. Amma bu ərəfədə onun ətrafında formaca müxtəlif əşyalar nə qədər çox olsa, körpə bir o qədər inkşaf edəcək, hissiyatı güclənəcək, baxışları iti olacaq. Əvəzinə siz qohum-qonşunun yanında övladınızın oyuncaqlarının çoxluğu ilə qürurlana bilərsiniz.

Körpə niyə oyuncaqla oynamalıdır?

 Nitq və düşüncənin inkişafa başladığı 3 yaşdan sonra uşaq şəkilli kitablar, rəsmlər, konstruktorlarla ünsiyyətdə olmalıdır.

7 ayından 2 yaşına kimi uşaq obrazları tanımalıdır.  Daha hərəkətli olan uşaq şəyaları təhlil edir, üz quruluşunu yadda saxlayır, hətta özlüyündə onlarla danışır. Axı uşağın təkcə ata və anası hər gün yanında olur, onun üçün bu qədər obraz azdır. İt oyuncağının hürməsi, pişiyin miyoldaması, quşun cəh-cəhi, ya nağıl qəhrəmanının mahnı oxuması körpə üçün böyük dünyaya hazırlıqdır. O bu əşyalarla özünü kiçik dünyasını yaradır. Bu aləmdə hansı oyuncaqların olması isə böyüklərdən asılıdır. Hər mənasız, lazımsız, qorxulu obrazlı oyuncaqları almayın.

3 yaşdan sonra yeri rəsmlər almalıdır

Nitq və düşüncənin inkişafa başladığı 3 yaşdan sonra uşaq şəkilli kitablar, rəsmlər, konstruktorlarla ünsiyyətdə olmalıdır, nəinki halqa, şax-şax və rezin rəngli oyuncaqları qarşısına düzüb baxmaq. Məhz bu ərəfədə uşağın fantaziyası formalaşır. Vacib deyil ki, onun ürəyi at istəyirsə, ona eyniylə ata oxşar oyuncaq alasınız. At rolunu adi dəyənək, çubuq, hətta qaşıq da oynaya bilər. Oyun o zaman oyun olur ki, uşaq asanlıqla real əşyaları öz aləmində ona lazım olan obrazın yerinə qoyur. Məsələn: o, ev qurmaq istəyir, ona konstruktor lazımdır. Amma o, kiçik çınqıl, rəngli daşlar, hətta kağızdan da ev qura bilər. Uşağa hər şeyi hazır versəniz, o böyüyəndə əvəz etmək üçün variantlar düşünməkdə çətinlik çəkəcək, həyat  ona çətin gələcək, həmişə "hazıra nazir olmaq" istəyəcək. Sonra oturub fikirləşməyin ki, uşaq niyə belə tənbəl oldu?

Körpə niyə oyuncaqla oynamalıdır?

Ana təbiət təkcə heç nə bilməyən körpəni deyil, heyvanların balalarını da oynamağa vadar edir. Çünki həyat tamaşadır, oyundur. Onsuz da sonradan həyatda oynayacaq, onun məşqini uşaqlıqdan düzgün qurmaq lazımdır. Oyuncaqlar gələcək insanın ilk oyun atributlarıdır. Çalışın aldığınız oyuncaqlar işə yarasın. Uşaqlar üçün 5 yaşından sonra sevimli nağıl qəhrəmanlarının surətlərini almağa başlamalısınız və bu seçimi onlar özləri etməlidir. 

Bu oyuncaqlarla uşaqlar baxdıqları cizgi filimindəki hərəkətləri təkrarlayacaq, dialoqlar quracaq, həm də həyatı ona maraqlı gələcək. Əgər uşaq konkret nağıl qəhrəmanını istəyirsə, onu alın, başqa oyuncaqlarla onu yormayın. Çünki uşaq ona nə lazım olduğunu valideynlərindən yaxşı bilir. 

Allah bütün körpələri öz himayəsində qorusun inşaAllah. Olmayanlara qismət olsun.



Şərhlər (29)

Xanim_Xatun Xanim_Xatun 13 January 2015 10:00 Cavab yaz

Uşaqlarım oyuncaqlari çox sevir..

Uşaqlarım oyuncaqlari çox sevir..
feride-asadova feride-asadova 25 January 2014 17:41 Cavab yaz

Oğlum oyuncaqları əlinə alır və qeyd etdiyiniz kimi
hətta özlüyündə onlarla danışır
.
Nemka.Deniz Nemka.Deniz 22 December 2013 21:21 Cavab yaz

Ele indi oynuyure ancaq 15 deqiqelik
Nura_91 Nura_91 22 December 2013 15:59 Cavab yaz

Menim qizimin mawina qeder her weyi var. Amma birce "ay uzun sac qara goz" oxuyan kukladan yapiwib. Mawinida atasiyla men sururem.
nazlim.melek nazlim.melek 21 December 2013 01:34 Cavab yaz

Lap derdim tezelendi yarim saatdan srtig oynamir ne olur olsun.Sonra hamsini atir evin o yanina bu yanina belke tekdi onuncun eledi.
turka 27 turka 27 20 December 2013 23:00 Cavab yaz

Çox maraqlı və lazımlı movzuduşTəşəkkurlər çox bilgi aldım əllərin var olsun girl_ten
nrnr nrnr 20 December 2013 22:54 Cavab yaz

Gozel xeberdir analar ucun.
Xezanli Xezanli 20 December 2013 22:49 Cavab yaz

Menim balam bal dadir girl_ten
feride-asadova feride-asadova 20 December 2013 22:08 Cavab yaz

Cox gozel xeberdi/ secilmislere elave etdim
yaz gulu 89 yaz gulu 89 20 December 2013 20:52 Cavab yaz

Menim oglumda oynadigi bir sey olmasada butun oyuncaq yesiyini dagidir eve men yigiram o tokur men yigmaqdan yoruluram amma o dagitmaqda yorulmur ireful
Yarun Yarun 20 December 2013 20:38 Cavab yaz

MENIM USAQLARIM OYUNCAQLA OYNAMIRLATR.ANCAQ TOKURLER EVIN ORTASINA,OTURURLAR. YIGIRAM BIRAZ KECIR YENE GETIRIB TOKULER OZDERI MUTFILME BAXIRLAR.
Inci88 Inci88 20 December 2013 20:08 Cavab yaz

Allah butun balalari,korpeleri saxlasin.xebere gore tesekkurler.
var indi yoxdu var indi yoxdu 20 December 2013 19:14 Cavab yaz

GOZEL movzudur menim usaqlarimin yalan olmasin 3 mesok oyuncaqlari var her cur var en yaxsisi heyvanlar almisam oqeder oynayiblar balacam ezber bilir hamisinin adini
lemo.lemo lemo.lemo 20 December 2013 18:31 Cavab yaz

Maraqlıdır çox sağolun,körpələrə eyni zamada taxta,plastmas,rezin oyuncaqlar vermək lazımdırki hamısını hiss etsin.öyrənsin
Samire Qasimova Samire Qasimova 20 December 2013 16:14 Cavab yaz

Amin insallah qoy hamiya nesib osun vallah menimki indiden konstrukturnan ev duzeldir bacardixi qeder amma oyuncaxlara o qeder maraxi yoxdu belke bilmirem oyuncaxdan doyub yoxsa ki ne hergunde yeni bir oyuncax alir atasi onuncun amma menim usaxim telefonnan notbuknan oynuyur kitabnan danisir allah putun korpelermizi saxlasin girl_cray

tormento
Canim bacim ne qeder istesende telefonnan kompyuterden uzaq tuta bilmeyessen mende deyirdim nolsun indi mennen qabax qacib telefona alu deyir ozde alo da yox ee alu opdum Allah qorusun teki cannari sax olsun insallah russian_ yahoo
Aytac M-ca Aytac M-ca 20 December 2013 15:40 Cavab yaz

Maraqlı mövzudur çox sağolun.
ToRmEnTo ToRmEnTo 20 December 2013 15:03 Cavab yaz

Maraqli idi,oxudum. InsAllah yararlanariq.Indiki usaqlarin sevimli oyuncagi telefonlar,plansetlerdi.Cox qarsiyam buna.Men bacara bilsem uzaq tutmaga calisacam.
nilu nilu 20 December 2013 14:40 Cavab yaz

Maragli movzudu,tesekkurler give_ros
Life in two Life in two 20 December 2013 14:22 Cavab yaz

Usaqlari oyuncaqsiz tesevur etmirem
Ayka sevgi Ayka sevgi 20 December 2013 14:17 Cavab yaz

MƏNİM QİZİM oyuncaq ilə oynamir indide atasi ona xususi kaMPUTER ALİB vso day bunan bele ancaq onunlar cox sagol xeber ucun.
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика