Giriş
Bağla

"Bəzəkli şam ağacı" tortu (foto resept)

MƏTBƏX / Tortlar

Tərkibi

Biskvit üçün:

Yumurta - 8 ədəd

Şəkər - 360 qr

Un - 200 qr

Qabartma tozu, vanil

 

Şirə üçün:

 Şəkər - 130 qr

Su - 120 ml

 

Krem üçün: 

"Wellington" kərə yağı - 400 qr 

Qatılaşdırılmış süd - 1 qab

Yaşıl qida boyası

 

İçi üçün: 

Qoz ləpəsi -  50 qr

Şokolad - 100 qr

 

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq, yumurta ağı ilə şəkər tozunu ağ köpük əmələ gələnə və şəkər əriyənə qədər çalırıq. 

Yumurta sarısına da vanil əlavə edərək ayrıca bir qabda çalırıq. 
Daha sonra hər iki qarışımı bir yerə töküb üzərinə ələkdən keçirilmiş un və qabartma tozunu əlavə edirik və ehmalca qarışdırırıq.
Hazır qarışığı yağlanmış soba tavasına tökürük və 40 dəqiqə ərzində 180-200 dərəcəyə qədər əvvəlcədən isidilmiş sobada bişməyə qoyuruq. Bişirdikdən sonra sobadan çıxarıb soyumasını gözləyirik. Soyuduqdan sonra hazır biskviti iki yerə bolürük və şəkildə göründüyü kimi kənarlarını Yeni il şam ağacı şəklində (kənarları üçbucaq şəklində) kəsirik.

 Qatlaşdırılmış südlə yağı çalırıq və içərisinə qida boyasını əlavə edirik.
Porsiyanı hazırladığımız şərbətlə (suya şəkəri əlavə edib qaynadırıq, azca qatı olana kimi) isladırıq və kremləyirik. Kremlədikdən sonra arasına sürtgəcdən keçirilmiş qoz və şokolad əlavə edirik.
Kəsdiyimiz hissəni üzərinə qoyuruq və şam ağacını yaşıl rəngli kremlə bəzəyirik.

 

Üzərinə istəyinizə uyğun qida üçün nəzərdə  tutulmuş bəzəklərdən düzə bilərsiz.
Şam ağacımız Yeni ilə hazırdır.  girl_ten
 
Nuş olsun!
(tərcümə edilib)


Şərhlər (79)

gunay36 gunay36 5 February 2015 00:51 Cavab yaz

Mene cetin gelirdi,ama asand imis. Tesekkurler.
malahat.hesenova malahat.hesenova 23 December 2014 20:28 Cavab yaz

Gozel ideyadir, yeni ilde hazirlamaq olar.
Deniz84 Deniz84 6 December 2014 22:41 Cavab yaz

Nə gözəl əsl yeni il tortudur. İnşallah bu yeni ildə bu tortu hazırlayacam. Təşəkkürlər.
girl-2002aydashka girl-2002aydashka 6 December 2014 22:29 Cavab yaz

Qarsidan yeni il gelir girl_ang Hazirlamaga deyer...Coxda lezzetli gorunur nyam
Lale_LR Lale_LR 28 November 2014 16:59 Cavab yaz

Həm bu fəslə uyğundur,həm də ki,şam ağacına yoox,yolka ağacına oxşayır.
Ruqaşqa girl_ang
Lale_LR Lale_LR 20 November 2014 23:07 Cavab yaz

Bayram tortlarından daha biri,uşaqların özləri bəzəyə bilər,marsaqlı olar
Aygun Quliyeva Aygun Quliyeva 31 March 2014 02:33 Cavab yaz

Cox geseng tortdu
nilu nilu 28 February 2014 19:57 Cavab yaz

Çətin gəldi e mənə sorry
www.guler1994 www.guler1994 20 February 2014 21:42 Cavab yaz

Cox gozel tortdu
zumrut zumrut 11 January 2014 20:34 Cavab yaz

mende cox tort bisirirem qeseng tortur
lgedctget lgedctget 11 January 2014 20:27 Cavab yaz

ela ela 5++++++++++++++++++++++++++++++++++++++++++++++
. morning
gumuska gumuska 4 January 2014 18:26 Cavab yaz

Yeni ilde bisirdim cox gozel alindi hami beyendi tesekkur Gulya give_ros
malis malis 31 December 2013 17:29 Cavab yaz

Bugun hazirladim ela alindi. Ellerinize saliq
AySavascisi AySavascisi 30 December 2013 18:00 Cavab yaz

Ela alinib yoxlamaq lazimdir.Tesekkurlər
yagmur_19 yagmur_19 27 December 2013 18:54 Cavab yaz

Ela gorunur,bunu mutleq bayramda hazirlayacam,tesekkurler hi
menasiz dunya menasiz dunya 27 December 2013 15:20 Cavab yaz

Maraqlidir tesekkur hazirlayacam
gulya_s gulya_s 26 December 2013 13:34 Cavab yaz

laleВ babayeva,
skarpion,
SahibВ Meherremov,
laleВ babayeva,
Elnarə,
laleВ babayeva,
MAHIREВ BABAYEVA,
Werhleriniz ucun tewekkurler xanimlar give_ros
lgedctget lgedctget 25 December 2013 14:47 Cavab yaz

Ela superdir cox sag olun paylaşdıgınız ücün
malis malis 25 December 2013 11:07 Cavab yaz

Ellerinize sagliq maraqli gorunur.
sahib.meherremov sahib.meherremov 24 December 2013 20:26 Cavab yaz

Yaxsidi amma nebilim ellerinize sagliq
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика