Qadin.NET / "Bəzəkli şam ağacı" tortu (foto resept)

"Bəzəkli şam ağacı" tortu (foto resept)

Tərkibi

Biskvit üçün:

Yumurta - 8 ədəd

Şəkər - 360 qr

Un - 200 qr

Qabartma tozu, vanil

 

Şirə üçün:

 Şəkər - 130 qr

Su - 120 ml

 

Krem üçün: 

"Wellington" kərə yağı - 400 qr 

Qatılaşdırılmış süd - 1 qab

Yaşıl qida boyası

 

İçi üçün: 

Qoz ləpəsi -  50 qr

Şokolad - 100 qr

 

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq, yumurta ağı ilə şəkər tozunu ağ köpük əmələ gələnə və şəkər əriyənə qədər çalırıq. 

Yumurta sarısına da vanil əlavə edərək ayrıca bir qabda çalırıq. 
Daha sonra hər iki qarışımı bir yerə töküb üzərinə ələkdən keçirilmiş un və qabartma tozunu əlavə edirik və ehmalca qarışdırırıq.
Hazır qarışığı yağlanmış soba tavasına tökürük və 40 dəqiqə ərzində 180-200 dərəcəyə qədər əvvəlcədən isidilmiş sobada bişməyə qoyuruq. Bişirdikdən sonra sobadan çıxarıb soyumasını gözləyirik. Soyuduqdan sonra hazır biskviti iki yerə bolürük və şəkildə göründüyü kimi kənarlarını Yeni il şam ağacı şəklində (kənarları üçbucaq şəklində) kəsirik.

 Qatlaşdırılmış südlə yağı çalırıq və içərisinə qida boyasını əlavə edirik.
Porsiyanı hazırladığımız şərbətlə (suya şəkəri əlavə edib qaynadırıq, azca qatı olana kimi) isladırıq və kremləyirik. Kremlədikdən sonra arasına sürtgəcdən keçirilmiş qoz və şokolad əlavə edirik.
Kəsdiyimiz hissəni üzərinə qoyuruq və şam ağacını yaşıl rəngli kremlə bəzəyirik.

 

Üzərinə istəyinizə uyğun qida üçün nəzərdə  tutulmuş bəzəklərdən düzə bilərsiz.
Şam ağacımız Yeni ilə hazırdır.  girl_ten
 
Nuş olsun!
(tərcümə edilib)
18 dekabr 2013
GO BACK