Giriş
Bağla

Hindistana səyahət

MÜXTƏLİF / Səyahət

Hindistan Asiyada olan sahə baxımından dünyada yeddinci, əhali baxımından ikinci sırada yer alan dövlətdir. İqlim dəyişikliklərinin yaşandığı coğrafi ərazidə yerləşir. Dekabr  fevral ayları arasındakı dövrdə ən sərin iqlim yaşanır. Bu dövrdə gün ərzində hava günəşli keçir. Mart may ayları arasındakı dövrdə olduqca isti, quru tozlu bir hava hakim olur. İyun sentyabr ayları arasındakı dövrdə isə ölkənin böyük bir hissəsində yağışlar yağır.
Dünya əhalisinin təxminən altıda birinə sahib olan Hindistan Yer üzündə qarşılaşa biləcəyiniz hər cür tarixi, mədəni, memarlıq təbii zənginliyi qoruyub saxlayan ölkədir. Ölkəni ziyarət etmək xəyal sərhədlərini genişlədən gözlənilməz təcrübələrə yelkən açmağa bərabərdir.


Hinduizmin çox mədəniyyətliliyin şəkilləndirdiyi ictimai həyat, məbədlər, saraylar, çaylar, on minlərlə km-lik sahildəki mükəmməl çimərliklər istirahət bölgələri, uzun zəngin bir tarixin mirası olan abidələr əsərlər, Himalay dağları, ölkənin qərbində uzanan müqəddəs Qanqa çayı, dünyanın başqa bir yerində görə bilmədiyiniz heyvan növləri botanika bağçalarını saxlayan möhtəşəm milli parklar, əfsanələriylə tanınan şimal-qərb çölləri ...

Hindistanın Qızıl Üçbucaq (Golden Triangle) bölgəsinin mərkəzində paytaxt şəhər olan Dehli yerləşir.
Hindistanın çimərlikləri bütün dünyada məşhurdur. Bombeydəkı Juhu Chopatti çimərlikləri, Goadaki çimərliklər, dünyanın ikinci böyük çimərliyi olan ölkənin cənub-şərqindəki Chennai liman şəhərində yerləşən Marina çimərliyi, Kovalamın məşhur çimərliyi ölkənin sahib olduğu saysız möhtəşəm çimərlikdən bir neçə nümunədir.

Dünyada çox az ölkə Hindistan qədər qədim  fərqli bir mədəniyyətə malikdir. Hind həyat tərzinə adaptasiya olan müxtəlif köç dalğaları 5000 illik tarixə sahib olan Hindistanda mədəniyyəti zənginləşdirmişdir. Bu müxtəliflik Hindistanı fərqli edən bir xüsusiyyətdir. Hindistanda danışılan dillərdə olduğu kimi fiziki xüsusiyyətlər, din irqlərdə sıx bir müxtəliflik vardır. Bu fərqliliyin altında Hind mədəniyyətinin ictimai quruluşunun ta qədim zamanlardan bu günə qədər davam edən davamlılığı yatır.
Din Hindistanda bir həyat tərzi, bütün Hind ənənələrinin ayrılmaz bir hissəsidir. Bir çox hindli üçün din gündəlik işlərdən təhsil siyasətə qədər həyatın hər mərhələsinə nüfuz etmişdir. Dünyəvi Hindistan, Hindi, İslam, Xristianlıq, Jainizm, Sihizm digər saysız dini ənənəyə ev sahibliyi edir. Hindi ən məşhur dindir əhalinin 80%-i tərəfindən tətbiq edilir. Hindilərlə yanaşı, müsəlmanlar öndə gedən dini qrupdur Hind cəmiyyətinin ayrılmaz bir hissəsidir. Hindistan İndoneziyadan sonra sayca ən çox müsəlman əhaliyə malikdir. Hindistanda bütün dinlər tərəfindən qəbul edilən ortaq proqramlar var  hər il müxtəlif musiqi rəqs festivalı bütün cəmiyyətlərdə qeyd edilir. Hər birinin öz yerləri, qəhrəmanları, əfsanələri hətta mətbəx vərdişləri vardır. Hindistan əhalisinin böyük əksəriyyətinin sahib olduğu bu inancı şəkilləndirən tək bir fəlsəfə yoxdur.

Bir tərəfdə yoxsulluq, o biri tərəfdə zənginlik... Bir tərəfdə dini strukturlar, bir tərəfdə məbədlər... Bir tərəfdə küçələrdə sərbəst gəzən inəklər, meymunlar, bir tərəfdə maddi heç bir şeyə dəyər vermədiklərini məlum etmək üçün çılpaq ayaqla gəzən insanlar... İnancları, mədəniyyətləri, həyat tərzləri... İnanclarının gəliri olan paltarları, rəngli əyləncəli festival... Qısacası, bir çox şeyi bir yerdə tapa biləcəyiniz bir ölkə.
Hindistanda heyvanların olduqca fərqli yerləri vardır. Məsələn, səsi olduqca çirkin olan, lakin quyruğunu açdığınız zaman sizi nağıllar aləminə aparacaq qədər gözəl ovsunlayıcı, ilk zamanlarda ətini yemək üçün bəslənən, ancaq zamanla ovlanma qadağası qoyulan tovuz quşları... Müqəddəs heyvan olan inəklər... Ağaclarda gəzən meymunlar ...

 
Hindistanda əyləncə mənasında fərqli bir mədəniyyətin bütün izlərini tapacaqsınız. Bu ölkədə az qala hər gün ayrı özəl bir gün qeyd olunur. Bu qeyd olunan festival hamısı ayrı bir coşğu, ayrı bir əyləncə içində keçir.
Hindistanda rəqsin olduqca böyük əhəmiyyəti vardır, istər inancları, istərsə də həyat mədəniyyətləri istiqamətində rəqs Hindistanda həyat formasıdır. Bundan 6000 il əvvələ aid olan qazıntılardan Hindistanda qadınların ta qədimdən bu yana rəqsə musiqiyə qədər düşkün olduqları aydın olmuşdur.Bu ölkədə rəqs konsentrasiya edilən işə adaptasiya olma deməkdir. Hindistanda rəqs insanın bədən diliylə özünü qarşısında insana izah etmə, duyğularını ifadə etmə formasıdır.
 

Paytaxt: Dehli
Red Fort (Qırmızı Qala): Bu ​​qala Dehlidə ziyarətə gələn bir çox insanın ilk ziyarət etdiyi yerlər arasındadır. Şah Cahan tərəfindən 1648-ci ildə tikilən bu quruluş ən çox qırmızı divarları ilə məhşurdur. Qırmızı Qala Şah Cahanın zənginlik gücünün göstəricisi kimi tikilmisdir.

Jama Məscidi: Hindistanın ən böyük məscididir. Minarəsi içərisində olan dəstəmaz alınan hovuzu ilə görülməyə dəyər. Məscidin divarlarında bütün Hindistanda rast gələ biləcəyiniz  olduqca maraqlı olan detallar vardır. 
Varanasi:
Bu şəhər Hindistanda müqəddəs şəhər adlandırılır.Məbədlər, prospektlər, evlərin arxitekturası, insanların həyat tərzindən başqa, bu şəhəri ən özəl edən hadisələrdən biri "ölü yandırma mərasimləridir". Bu mərasim Hindistanda olduqca əhəmiyyətlidir. Hinduizm inancına görə, ölülərin bir daha dünyaya gələcəklərinə inanırlar. bunun üçün ölülər yandırılaraq, külləri müqəddəs Qanqa çayına atırlar. Bu
mərasimlər cənazənin üzərində çox sayda odun olması ölən adamın olduqca zəngin olduğu mənasını daşıyır.

 
Khajuraho:
Bu şəhər Hindistanda məbədlər şəhəri kimi tanınır. Kiçik qəsəbə böyüklüyünd
əki  bu şəhərdə ən çox diqqəti cəlb edən şey Khajuraho məbədləridır. 9-cu  12-ci əsrlərdə tikilən 85 məbəddən yalnız 25-i yaxşı vəziyyətdə qalmışdır. Bu məbədlər döyüş, qəhrəmanlıq sevgi mövzularının işləndiyi məbədlərdır.

Agra:
Tac Mahal: Hindistanın simvolu olan bu əsər arxitekturası, gün batarkən  doğularkən görülən fərqli mənzərələri ilə görənləri heyran edir. Bu tarixi abidə təxminən 21-ci ildə
başa çatmış  inşasında 20 min işçi işləmişdir. mərmərin içinə qarışdırılan qiymətli daşlar sayəsində gün doğularkən ayrı, gün batarkən ayrı rənglərə bürünür. Tac Mahalın ətrafındakı qübbə xaricə doğru əyri dayanır. Hindistanda zəlzələ zamanı abidəyə zərər dəyməməsi üçün qüllələr xaricə doğru inşa edilmişdir.

Ancaq Tac Mahalı məşhur edən qüllələrin əyriliyi və ya inşasında işlədilən işçilərin sayı deyil. Tac Mahalın quruluşu onu dünyanın ən maraqlı strukturlarından biri etmişdir. Şah Cahan çox sevdiyi həyat yoldaşı 14-cü uşağını dünyaya gətirərkən vəfat edir, bundan kədərlənən Şah Cahan həyat yoldaşının xatirəsinə Tac Mahalı tikdirmişdir. Bu abidə eşqin simvolu qəbul edilir.
Agra Qalası: Bu ​​qala Tac Mahalın qarşısındadır.
Bu qaladan görünən Tac Mahalın mənzərəsi olduqca gözəldir. Bu qalanın da Tac Mahal qədər olduqca təsirli hekayəsi vardır. Tac Mahalın inşasında olduqca
çox pullar xərclənməsindən, ölkə iqtisadiyyatının demək olar ki, çökmək üzrə olmasına əsəbiləşən Şah Cahanın oğlu Evrengzib əvvəl atasını taxtdan endirir, daha sonra Agra Qalasında bağlayır. Şah Cahan ömürünün qalan 7 illini bu qaladan sevgisinin xatirəsinə inşa etdirdiyi Tac Mahalı seyr etməklə keçirir.







Şərhlər (67)

Deniz84 Deniz84 22 November 2014 12:59 Cavab yaz

Uşaq vaxtından hind filmlərini çox sevdiyim üçün arzum Hinid=stanı görmək olub. Sayəndə qiyabi getdim gəzdim elə bil.
nilu nilu 26 December 2013 10:58 Cavab yaz

MARAGLIDI smile GETMEK ISTERDIM
Dj Elena Dj Elena 13 September 2013 11:59 Cavab yaz

qesey gorunur.sag ol canim melumat ucun
www.guler1994 www.guler1994 13 September 2013 11:43 Cavab yaz

Hind kinolariin sevirem ancaq kinolarda seher bu qeder gozel gorsenmir.
abbasovaazad abbasovaazad 22 May 2013 11:28 Cavab yaz

Hindistan menim xobbimdi, dunyada en cox maraqlandigim olke, milletdi. musiqileri ise aglimi basimdan alir.
mako mako 2 May 2013 23:29 Cavab yaz

hind kinolarindan cx xowum gelir esasda SHRK kinolari.ama bele egdim gezim dediyim olke deyil cunki dehwetli antisaitariya olan olkedir.
sema,2006.cuce sema,2006.cuce 2 May 2013 23:20 Cavab yaz

heyratamiz olkedir
leyla 8 leyla 8 24 March 2013 14:04 Cavab yaz

Dünyanin 7 möcüzəsindən biri də Hindistandadi TAC MAHAL..
nezis nezis 9 February 2013 14:05 Cavab yaz

gezinti ucun tesekkur edirem
Aydeniz Aydeniz 8 February 2013 13:17 Cavab yaz

Isterdim orda olam.amma gozel yerlerinde.cunki R.G.AL-SU duz deyir gorunmeyen pis yerleri daha coxdur.
Aishwarya Rai onsuz da Hindistanin fexridir.dunyada tanidir.Menim de xosum gelir ondan.Avatarimdaki resimden yeqin bilinir.
LADY BEAUTY LADY BEAUTY 7 February 2013 21:46 Cavab yaz

hind filmlərini çox xoşlayıram ama lap keçmiş kinolardan yox yenilərdən daha çox xoşum gəlir...keçmişlərdən baxır hansılar.təşəkkür ətraflı məlumat üçün
MIKAMILUS MIKAMILUS 7 February 2013 17:12 Cavab yaz

Hindistana gözəl bir qiyabi səyahət etdim, adaş. Təşəkkür edirəm sənə. Hind flimlərindən nədənsə bizim uşaqlıq dövrümüzdə çəkilənlər mənə maraqlı gəlir. "Zita və Gita", "Artist", "Əbədi məhəbbət nağılı", "Samrat", "Əlibaba və qırx quldur" və s. bunlara baxmaqla doymaq olmurdu. İndi də nə vaxt göstərsələr eyni maraqla izləyirəm, bəlkə də xatirələr yaşadır mənə ondandı...

He duz deyirsen can evvel cekilen hind filmlerinin yeri bir bashka idi.Indikiler ele yalandan cekilir ne movzu var, ne de ki, mena.cox sag ol girl_ang

Qiyabı gəzintiyə görə təşəkkürlər.bəyəndiyim ölkələrdən biridir

sizede teshekkurler
Nazli Agayeva Nazli Agayeva 7 February 2013 14:29 Cavab yaz

Qiyabı gəzintiyə görə təşəkkürlər.bəyəndiyim ölkələrdən biridir
Louis Vuitton Louis Vuitton 7 February 2013 11:40 Cavab yaz

Hindistana gözəl bir qiyabi səyahət etdim, adaş. Təşəkkür edirəm sənə. Hind flimlərindən nədənsə bizim uşaqlıq dövrümüzdə çəkilənlər mənə maraqlı gəlir. "Zita və Gita", "Artist", "Əbədi məhəbbət nağılı", "Samrat", "Əlibaba və qırx quldur" və s. bunlara baxmaqla doymaq olmurdu. İndi də nə vaxt göstərsələr eyni maraqla izləyirəm, bəlkə də xatirələr yaşadır mənə ondandı...
yusu-13yuska yusu-13yuska 7 February 2013 11:03 Cavab yaz

heyratamiz ela ayyyyyyyyyyyyyyyyy lap getmeyim geldi
MIKAMILUS MIKAMILUS 7 February 2013 10:45 Cavab yaz

Menimde Anam cox xoslayir mende bir mamani goturub getmek isteyerem Insallah

Çox istəyirəm bu ölkədə olmaq,xüsusən də Anam hind filmlərinin "xəstəsi" olduğuna görə onu götürmək əla olardı bu səyahətə

Allah her birinize arzunusa catdirsin inshallah girl_ten

R.G.AL-SU,
Kamailba,
SELENAВ (AliyəВ Aslan),
seriyyeВ xelilova,
NARВ çiçəyi,
KamileВ Xudazarova,
DENIZ,
Sevinc,
cox sag olun qizlar/ Allah qismet elesin arzusunda olan her kese.
R.G.AL-SU R.G.AL-SU 7 February 2013 08:51 Cavab yaz

əsl Hindistan tamam başqadır cray orda olduğum üçün bilirəm cray aclıq.səfalət ə küçələrdə zibilliklərdə dilənən ana balalar cray
kamailba kamailba 7 February 2013 01:43 Cavab yaz

Hindistanda maraqlı yerdir.Ancaq nədənsə heç arzusunda olmamışam ki nə vaxtsa Hindistanda olum scratch_
aishvarya rai aishvarya rai 7 February 2013 00:59 Cavab yaz

CeylanВ Mumoglu,
Menimde Anam cox xoslayir mende bir mamani goturub getmek isteyerem Insallah
Ceylan Mumoglu Ceylan Mumoglu 7 February 2013 00:56 Cavab yaz

Çox istəyirəm bu ölkədə olmaq,xüsusən də Anam hind filmlərinin "xəstəsi" olduğuna görə onu götürmək əla olardı bu səyahətə girl_ten
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика