Əziz Qadın.Netlilər!Bu dəfə sizə uşaqlar zəhərlənən zaman nə etmək lazım olduğu haqqında danışacam.
Statistikaya əsasən hər il uşaqlarda zəhərlənmənin sayı daha çox artır.Çox təəssüf ki,bəzən zəhərlənmə ölümlə də nəticələnir.Bu ona görə olur ki,vaxtında müalicə olunmurlar ya da ümumiyyətlə həkimə müraciət etmirlər.Əgər uşaq zəhərlənibsə,artıq bir neçə saatdan sonra bu üzə çıxır.Qida zəhərlənməsi zamanı uşaqlarda qusma yaranır,ümumi zəiflik olur,sifəti əvvəlkinə nisbətən solğun olur,dodaqlarının rəngi qaçır və ən nəhayət nəbzi sürətlə vurur.
Uşaq orqanizmi, qeyri-mükəmməl immun sisteminə görə müxtəlif təsirlərə qarşı çox həssasdır.Valideynlerin ilk işi bu zaman həkimə vaxtında müraciət etməkdir,əgər vaxtında həkimə müraciət olunsa həkim də asanlıqla zəhərlənmənin əlamətlərini müəyyən edə bilər.Belə halda uşalarımızı böyük bir bəladan qurtarmış olarıq.
Zəhərlənmənin növləri:
-Uşaqların hər hansı bir qidadan zəhərlənməsi-keyfiyyətsiz yeməyin və köhnə məhsulların qəbulu nəticəsində yaranmış həzmin yaratdığı nasazlığıdır.
-Uşaqların dərmanlarla zəhərlənməsi-əksər hallarda dərmanların dozasının artıq olmasından və yaxud da bir neçə dərmanı gün ərzində çox qəbul etməsindən yaranır.Bəzən valideynlər özləri dərmanın dozasını bilməyib uşağa səhvən verirlər.Nəticədə zəhərlənmə yaranır.
-Uşaqların zəhərli maddələrdən,zəhərli qazlardan,zəhərli bitkilərdən zəhərlənməsi.
Zəhərlənmənin əlamətləri:
-uşağın çətinliklə nəfəs alması
-hərarətin 38 dərəcədən yuxarı olması
-qarında arası kəsilməyən küt ağrılar.
-ağızda qurumanın yaranması,susuzluq.
-uşaqda dayanmadan qusma,ishal.
-hərarətin və qusmanın səngiməməsi.
Həkim və ya təcili yardım gələnə qədər valideynlər övladlarına kömək edə bilərlər.Əgər dəm qazı ilə zəhərlənmə olarsa hər şeydən əvvəl uşağı təmiz havaya çıxartmaq lazımdır.Həmin zaman naşatır spirtini uşağa iylətmək xeyirlidirƏgər xəstə şüursuzdursa onun nəbzini yoxlamaq,nəfəsini yoxlamaq və mütləq böyrü üstə çevirmək lazımdır.Əgər uşağın dərisinə kimyəvi maddə düşmüşsə o zaman paltarlarını əynindən çıxartmaq lazımdır və həmin yeri suyla silmək mütləqdir.
Əgər hər hansi bir qidadan zəhərlənibsə kalium-permanqanat məhlulu ilə mədəni yumaq lazımdır.Bunun üçün 1 litr suya azca kalium-permanqanat əlavə edib uşağa içirtmək lazımdır.Hamısını içməlidir ki,qusma yaransın.Hamısını içəndə mədə dolur bu zaman qusma rahat olur.
Həkim gələndən sonra zəhərlənmənin nədən olduğunu təyin edib diaqnoz qoyur.Valideynlərin həkimə ilk köməyi uşağın qusduğu mayeni saxlayıb həkimə göstərmələri olar,çünki belə olanda həkim daha tez nədən zəhərləndiyini ortaya çıxarda bilər.Əgər zəhərlənmənin nədən olduğu məlum olmasa bu zaman mütləq sidik və qan analizi vermək lazımdır.
Valideynlər uşaqların yeməyinə diqqət etməlidirlər.Əgər evdə köhnədən qalmış ərzaq varsa mütləq bunu evdən çıxarın,uşaq bilməyib yeyə bilər nəticədə peşmançılıq baş verər.Uşaqlar evdə tək olan zaman onların hamamda yuyunmasına icazə verməyin,çünki son zamanlar dəm qazından zəhərlənən uşaqlar daha çoxdur.
Bəzi güllərin yarpaqları zəhərli olur,həmin gül nə qədər gözəl olsa da onu həyətdən kənarlaşdırın.
Sonda arzu edirəm ki,hər birinizin övladları sağlam,mətin və xoşbəxt olsunlar!
XƏBƏR LENTİ
Düşmənin iki ədəd “Qrad”ı məhv edilib - VİDEO
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Baş İnfeksionistdən Koronavirusla bağlı Əhaliyə Müraciət
Yeni məktəb ilində şagirdləri nə gözləyir?
Erməni deputat: "Xocalı qətliamını törədənləri lənətləyirəm"
İnsan əlləri-ən böyük möcüzədir
Mayın 31-dən karantinlə bağlı bu qaydalar yumşaldılır
İrandan daha çox nə alırıq?
Qadın ev işlərini görməyə məcburdurmu?
Gözəl toy gecəsi otaqları
Alişan çaldı, oğlu oynadı - VİDEO
Anamın həsrəti....
Acunun xanımı Hellouin üçün geyindi - FOTO
2015-ci ilin dəbli jaket modelləri
Heç kəsi geyiminə görə qarşılamayın
Özbək plovu (video-resept)
Qorxulu meşədən
Bakı mağazalarında satış dayandı
Soba qutabı (foto resept)
Piylənməyə səbəb olan 3 hal
Yemiş yeyin, çünki...
Hiperaktiv uşaqla necə davranmalı?
Doğum gününə görə xarekter ( sentyabr)
Nazir rütbələr verdi
Çingiz bu gün sonuncu oxuyacaq
500 illik məscid məhv olmaq üzrədir
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Arzularını gerçəkləşdirən yaşlılar
Pazllar ("Süngər Bob")
Dərmansız ağıl dəvası?
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu - VİDEO
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
Oktyarbr ayı üçün bayram və tarixi günlər
Azərbaycanın bank bazarında ixtisar təhlükəsi varmı?
Keti Perrinin hamiləlik xəbərləri yayıldı- FOTO
Ayaqqabınızı seçmisiniz?
Acun TV8-i neçəyə aldığını açıqladı-FOTO
"İnter" və "Qəbələ"nin oyunlarının tarixi açıqlandı
Qida məhsulları ilə bağlı vacib qərar
Deniz Sekinin geyimi tənqid olundu-FOTO
Qurban bayramınız mübarək!
"Atiye" filminin Tanıtım Çarxı yayımlandı-VİDEO
Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
Putindən Dağlıq Qarabağla bağlı növbəti çağırış - VİDEO
Bakıda taksi dayanacaqları yaradılır
Bayden prezident olmaq istəyir
Ən böyük təhlükə: insanı insanlıqdan çıxaran hal
Namaz və onun qaydaları (7-ci hissə)
Benzin ucuzlaşır?
Dəmir defisitli anemiyanın diaqnostikası
- ŞƏRHLƏR