Hündürlüyü 1,5-2 bəzən isə 7 metrə çatan xına bitkisi 20-30 il yaşayır. Bitkinin birinci ildə verdiyi məhsul daha keyfiyyətli olur. İsti iqlim şəraitində xına bitkisi kol və ağac şəklində, mülayim iqlim şəraitində isə ot şəklində bitir. Çiçəklərinin rənginə görə xına ağ çiçəkli və qırmızı çicəklidir. Çiçəkləri qızılgül kimi ətirlidir, noxud boyda yumru meyvə gətirir və toxum bu meyvələrdən alınır. Ucu iti, yumurtavari yarpaqlarının uzunluğu 3-5 santimetr, eni 1,5-2 santimetrə çatır.
Təbii şəraitdə xına Şimali Afrikanın, Ərəbistanın, Livanın, Pakistanın, İranın, Yəmənin, Somalinin, Şri-Lankanın, Hindistanın, Yaponiyanın, Floridanın, Kaliforniyanın tropik və subtropik iqlimə malik olan dağ ətəklərində bitir. Aparılan təcrübələr göstərir ki, Azərbaycanda (Abşeron, Şirvan, Naxçıvan zonalarında) və Cənub-Şərqi Türkmənistanda, həmçinin Qara dəniz sahillərində geniş becərilə bilir. Alimlərimizdən əczaçılıq elmləri doktoru R.K. Əliyev xınanın bütün hissələrini, o cümlədən rəngləyici maddələrini təmiz kristal şəklində alaraq klinik sınaqdan keçirmiş və müəyyən etmişdir ki, xınadakı rəngləyici maddələr qüvvətli antiseptik xassəyə malikdir. Aparılan kimyəvi analizlər göstərir ki, xına tozunda müxtəlif yağlar, sellüloz, azot, kül, pantizon, kitrə, antraqlikozidlər, rəngləyici maddələr, tannin maddələri, xlorofil, S və K vitaminləri vardır.
Ekstraksiya yolu ilə xınadan alınan xlorofilli maddədən ekzemanın və irinli yaraların mualicəsində geniş istifadə olunur. Rəngləyici kristalın suda 1 % -li, spirtdə isə 5 %-li məhlulundan irinli yaraların, xüsusilə follikulit xəstəliyinin müalicəsində istifadə olunur. Yaranın ətrafına və üstünə həmin məhluldan sürtdükdə 3-4 gündən sonra yara tamamilə sağalır. Şərq təbabətində xına tozundan sulu yaraları qurutmaq üçün səpmə dərmanı şəklində, sarılıq xəstəliyinin müalicəsində, mədə pozğunluğunda, qızılçada, göz xəstəliklərində, podaqraya qarşı dərman kimi istifadə olunur.
Hindistanda isə ciyər, dalaq, revmatizm, cüzam və çətin müalicə olunan dəri xəstəliklərini xına ilə müalicə edirlər. Xına boyaq, bəzək məqsədi ilə də istifadə edilən ən qədim bitkilərdəndir. Saçın, saqqalın boyanmasında, əl-ayaq dırnaqlarının bərkiməsində xına sınanmış bitkidir. Xınanın çicəklərindən müxtəlif ətirlər alınır. Xınalı sabundan və şampundan istifadə etdikdə saç parlaq şabalıdı rəngə çalır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Leyla Əliyevaya “Knyaginya Olqa” ordeni verildi
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
"Ağıllı kuklam mənim"
Dünya futbolunun nəbzi bu gün vuracaq 9:16, 6 dekabr 2013
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
"Facebook"da çoxdan gözlənilən YENİLİK
"Qadınlar günü"nün hava proqnozu
Azərbaycanda "Bilik evləri" yaradılacaq
Gələcəyin vanna otaqları
Özünüqaraltma yolları
Günün ulduz falı - 02.03.2014
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Ronaldu öz şərəfinə əyləncəli gecə təşkil etdi - FOTOLAR
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
Günün qoroskopu:Qətiyyətli olun!
Dünyanın ən gözəl klub prezidenti - FOTO
Bakıda 90 minə mobil nömrə
Gəlin saçı modelləri
Merilin Monronun heykəlini oğurladılar
Marsda itmiş kosmik cihaz
Ev heyvanları dünən və bu gün
Sabahın HAVAsı
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan idmançıları erməni rəqiblərini yerə çırpdılar
Frigidlik və ya cinsi soyuqluq
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək
Kremli ad günü tortu(foto resept)
Depressiyaya qalib gəlmək üçün bunları yeyin!
Ailə anlayışının tarixi və funksiyaları
Demet Özdemir Can Yamanı müdafiə etdi
Leyla Əliyeva nüfuzlu ali məktəbin yubileyində
Azərbaycanda bəzi sərnişin qatarlarının hərəkəti dayandırılır
Üzün üzü varsa...
Keyt Middlton BAFTA mərasimində-FOTO
Meqan Markl haqqında yeni FAKTLAR üzə çıxdı
Bir həftəyə 10 kq arıqladım
Latviyanın sabiq dövlət başçısı Madrid Klubunun prezidenti seçildi
Küçə rəssamı Dran
5 manata satılan yaşıl yumurta -FOTO
Məşhur futbolçu rekordlar kitabına düşdü
Siqareti tərgitmək istəyənlərə
İnsanı eybəcər şəkilə salan xəstəlik
Ən tez qocalan orqanlar
Hamiləlikdə ishal
Gözəllik salonunda 35 nəfər koronavirusa yoluxdu
Günün ulduz falı - 22.09.2013
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
Bu günün hava proqnozu
Saçların qabarmasının qarşısını necə almaq olar?
- ŞƏRHLƏR