Hündürlüyü 1,5-2 bəzən isə 7 metrə çatan xına bitkisi 20-30 il yaşayır. Bitkinin birinci ildə verdiyi məhsul daha keyfiyyətli olur. İsti iqlim şəraitində xına bitkisi kol və ağac şəklində, mülayim iqlim şəraitində isə ot şəklində bitir. Çiçəklərinin rənginə görə xına ağ çiçəkli və qırmızı çicəklidir. Çiçəkləri qızılgül kimi ətirlidir, noxud boyda yumru meyvə gətirir və toxum bu meyvələrdən alınır. Ucu iti, yumurtavari yarpaqlarının uzunluğu 3-5 santimetr, eni 1,5-2 santimetrə çatır.
Təbii şəraitdə xına Şimali Afrikanın, Ərəbistanın, Livanın, Pakistanın, İranın, Yəmənin, Somalinin, Şri-Lankanın, Hindistanın, Yaponiyanın, Floridanın, Kaliforniyanın tropik və subtropik iqlimə malik olan dağ ətəklərində bitir. Aparılan təcrübələr göstərir ki, Azərbaycanda (Abşeron, Şirvan, Naxçıvan zonalarında) və Cənub-Şərqi Türkmənistanda, həmçinin Qara dəniz sahillərində geniş becərilə bilir. Alimlərimizdən əczaçılıq elmləri doktoru R.K. Əliyev xınanın bütün hissələrini, o cümlədən rəngləyici maddələrini təmiz kristal şəklində alaraq klinik sınaqdan keçirmiş və müəyyən etmişdir ki, xınadakı rəngləyici maddələr qüvvətli antiseptik xassəyə malikdir. Aparılan kimyəvi analizlər göstərir ki, xına tozunda müxtəlif yağlar, sellüloz, azot, kül, pantizon, kitrə, antraqlikozidlər, rəngləyici maddələr, tannin maddələri, xlorofil, S və K vitaminləri vardır.
Ekstraksiya yolu ilə xınadan alınan xlorofilli maddədən ekzemanın və irinli yaraların mualicəsində geniş istifadə olunur. Rəngləyici kristalın suda 1 % -li, spirtdə isə 5 %-li məhlulundan irinli yaraların, xüsusilə follikulit xəstəliyinin müalicəsində istifadə olunur. Yaranın ətrafına və üstünə həmin məhluldan sürtdükdə 3-4 gündən sonra yara tamamilə sağalır. Şərq təbabətində xına tozundan sulu yaraları qurutmaq üçün səpmə dərmanı şəklində, sarılıq xəstəliyinin müalicəsində, mədə pozğunluğunda, qızılçada, göz xəstəliklərində, podaqraya qarşı dərman kimi istifadə olunur.
Hindistanda isə ciyər, dalaq, revmatizm, cüzam və çətin müalicə olunan dəri xəstəliklərini xına ilə müalicə edirlər. Xına boyaq, bəzək məqsədi ilə də istifadə edilən ən qədim bitkilərdəndir. Saçın, saqqalın boyanmasında, əl-ayaq dırnaqlarının bərkiməsində xına sınanmış bitkidir. Xınanın çicəklərindən müxtəlif ətirlər alınır. Xınalı sabundan və şampundan istifadə etdikdə saç parlaq şabalıdı rəngə çalır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Tito Vilanova "Barselona"ya qayıdacaq
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Snayderin boşanma SƏBƏBİ məlum oldu
Qarderobunuzdan yer tutan geyimlər
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Ölümün bir addımlığında...
Xoşbəxt edən 5 qida
Pelin Akıl “Eşkiya dünyaya hükümdar olmaz” serialında
Sevimli filmlərimizdən sitatlar
Karantin dövründə səyahət
Xəyanətin astarı və üzü
İrəvanı şoka salacaq xəbər
Şəhid anaları ilə görüş
Nümunələri özündən bir hərəkət
Orfoqrafiya lüğətindəki mənasız sözlər açıqlanıb: asfaltsifət, aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
Nərgiz Paşayeva mükafata layiq görüldü
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Sinoptiklər hansı hava şəraitini vəd edirlər?
Ağrılarınızın gizli səbəbləri
Cennifer Lopez görünüşü ilə Diqqət Çəkdi-FOTO
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI
Qarağatlı - limonlu tort (foto resept)
Universitetdə qadağa
Ən çox qazanan azərbaycanlılar
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Bu gün Azərbaycanda prezident seçkilərinə nР°mizədlərin imza vərəqələrini MSK-ya təqdim etmələrinin sonuncu günüdür
Milli Məclis 11 qanunu dəyişdirdi
Azərbaycanda bu şəxslər koronavirusa yoluxa bilər - RİSK SİYAHISI
Azərbaycanda qar yağacaq
Hava xəbərdarlığı - yağış geri qayıdır
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Günün ulduz falı
Bu ölkədə insanların 60%-i öz təqaüdləri üçün pul yığırlar
Nəqliyyatda 21 faiz ucuzlaşma? - RƏSMİ
İllər məşhurları necə dəyişdi
Yaz gəlinlik nümunələri
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Natamamlıq effekti
ABŞ-da türk festivalı
Əhməd Cavad
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
1100-dən çox yer boş qaldı
Monika Belluççinin 13 yaşlı qızı -FOTO
Son sutkada Özbəkistanda koronavirusa 738 nəfər yoluxdu
Mayonezdə bişmiş qanad və kartof (foto resept)
Televizor uşaqların inkişafına mane olur
Akademik Zərifə Əliyevaya həsr edilən kitabın Stokholmda təqdimatı olub
- ŞƏRHLƏR