Kanadanın Vankuver şəhərinin sakini “Hayda-Quay” arxipelaqı yaxınlığında butulkanın içərisində təsirli bir məktub tapıb.
Qadin.Net bildirir ki, bu barədə “Vancourier” xəbər yayıb.
Bildirilir ki, Meşə Təsərrüfatı Universitetinin tələbəsi Nikki Səadət tapıntını sahildə yosun toplayarkən aşkarlayıb. Məktub ona tanış olmayan dildə yazılıb. Ancaq tarix aşkar görünüb: 2003-cü ilin noyabr ayı.
Sonradan məktubun İndoneziya dilində yazıldığı müəyyənləşib. Səadət tapıntını mütəxəssisə göstərib. Məlum olub ki, ismarıc oğulun anaya olan peşmanlıq etirafının və məhəbbətinin poetik dildə ifadəsidir.
“Ana… Sənin tövsiyələrinə qulaq asmadığım üçün məni bağışla, halbuki sən haqlı idin. Ana… Sənin işindən utandığım üçün məni bağışla, halbuki sən o işə mənim xətrimə gedirdin, məni yedizdirmək üçün gedirdin. Və mənim kimi təkəbbürlü, təşəkkür etməyi bacarmayan bir oğlun olduğun üçün heç vaxt şikayət etmədin”, - deyə məktubda yazılıb.
Məktubun müəllifi Yoris Naikambo kimi göstərilib.
Səadət məktubun müəllifini, yaxud onun anasını tapmaq, onların taleləri barədə hər hansı bir məlumat əldə etmək istəsə də, axtarışları bir nəticə verməyib.
O, Kanadada İndoneziya icmasının nümayəndələri ilə əlaqə yaradıb. İndoneziyanın Vankuverdə mədəniyyət qrupunun nümayəndəsi Liza Vaconq məktubda yazılış üslubuna görə, müəllifin xristian olduğunu, yoxsul ailədə dünyaya gəldiyini və İndoneziyanın şərqində, ehtimal ki, Malukuda kənd yerində dünyaya gəldiyini ehtimal edib.
Ehtimal ki, Naikambo ölkə hüdudlarından kənarda işləyib və ailəsinə pul yollayıb. Məktubun poçtla göndərilməməsi isə onun kruiz gəmisində işlədiyini göstərir.
Səadət ismarıc barədə daha çox məlumat toplamaq üçün məktubu İndoneziya mediasına yollayıb, ancaq heç bir cavab almayıb.
O, hətta ana və balanın sağ olduğuna əmin deyil: 2003-cü ildən bəri İndoneziya zəlzələ, tayfun, sunami, daşqın və sel kimi bir sıra təbii fəlakətlərə məruz qalıb
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Berkay yenidən gündəmdədir
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Qeyri-adi piyada keçidləri
Pendir souslu yaz salatı(foto resept)
Təhsil Nazirliyindən orta məktəblərə gizli göstəriş
Metin Hara Adriana Lima haqqında ...
Günün qoroskopu - 20.11.2013
Günün ulduz falı
Öldükdən 5 il sonra qızının doğum gününə...
Qat-qat xəmirli "Mütəkkə" (foto-resept)
Ev həsrətində olanlara şad xəbər
Nə yeyək ki, kökəlməyək, sağlam və çox yaşayaq?
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Sinem Kobal doğulacaq körpəsi üçün 40 min xərclədi
HAVA necə olacaq?-9 Noyabr
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Biskivitli rulo peçenye (foto resept)
Günün qoroskopu: daxili qorxularınıza və təşvişlərə yenilməyin
Azərbaycan və Rusiya neft sahəsində imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər
ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Dəbli ev dekorasiyaları
Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü
Azərbaycana taxıl ixracı azalıb
Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ
Oriqami sənəti
Atatürkün heykəlini söküb apardılar
Paytaxt sürücülərinə xəbərdarlıq
Nazir yarmarkaya gəldi
Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA
Demet Akalın yenə Bakıya gəlir
Azərbaycanlı xanımın videoları dünyanın ən reytinqli səhifəsində - VİDEO
İlham Əliyev mükafatlandırıldı
O Ronaldodan da çox qazanır
Bu şirkət yeni işçi axtarır - Maaş 100 min dollar
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Virus fövqəladə vəziyyətə səbəb oldu
Ayaqdakı çatları aradan qaldıran üsul
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Ağcaqanadları uzaqlaşdırmaq üçün istifadə etdiyimiz maddələr toksiki təsir göstərə bilər
Kartof pəhrizi (3 günə 5 kilo)
Ermənistan parlamenti Qarabağa qarşı
İlham Əliyev qərəzli beynəlxalq təşkilatlardan danışdı: “Gəlsinlər və dəlilləri təqdim etsinlər”
Ordumuz böyük təlimə başlayır
Arnold Şvartsenegger baba oldu
Hər ay bir şəhzadəyə çevrildi
Rusiya sülhməramlılarının yerləşməsi barədə daha bir saxta xəritə yayılıb - FOTO
Uşaq ensiklopediyası (17)
Meray Keri Məhkəməlik oldu-SƏBƏB
Galaxy Note 3 gəlir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]