Uzun illərdir ki, Azərbaycan xalqının varlığı erməniləri və rusları narahat edir. Hələ 1701-ci ildə İsrayıl Ori adlı bir erməni I Pyotrla görüşüb “Ümumi düşməni” məhv etmək üçün ona ağıllı məsləhətlər vermişdir.Həmin söhbətlərdə hətta “ümümi düşmən” adı altında Azərbaycan xalqının məhv edilməsi plan və yolları işlənib hazırlanmışdır.Sadəcə olaraq bu niyyətin həyata keçirilməsi Rusiyanın xarici və daxili vəziyyətinin pisləşməsi üzündən 100 il gecikmişdir.
1803-cü ildən 1828-ci ilə kimi Azərbaycanın bütün ərazisi işğal olunmuş, əhalisi öldürülmüş, torpaqlarımızda çoxlu gəlmə xalqlar, o cümlədən ermənilər məskunlaşdırılmışdır. “Ümumi düşmən” olan Azərbaycan xalqının məhvi yolunda bu, ilk addım idi. İndi artıq Azərbaycan torpaqlarında ayaqlarına yer eləmiş ermənilər rusların himayədarlığından və havadarlığından bacarıqla istifadə edib silahlanmış və 1905-ci ildə əliyalın xalqımıza amansızca divan tutmuşdular.Bir sıra tarixçilər bunu səhv olaraq belə yozmuşdular ki, guya çar Rusiyası öz daxilində yaranmış gərginliyi, böhranı zəiflətmək üçün milli qırğına əl atmışdır.Bu fikrin heç bir əsası yoxdur. Onu yalnız I Pyotrla İsrayıl Orinin danışıqlarından xəbərsiz olan tarixçilər söyləyə bilərlər. Həqiqət isə tamam başqadır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə...
Bu gecə qəfil gecə deyildi. Çoxdan ona hazırlıq gedirdi. Çoxdan yuxarıya Moskvaya xəbər çatmışdı ki, Azərbaycan xaqı oyanıb, özünü dərk edib. Tarixini araşdırır, başına gələn faciələri öyrənir, onları törədənləri tanıyır. Xalq köləlikdən qurtulmaq istəyir, azadlıq, istiqlaliyyət sözləri dilindən düşmür. Ağzını açan “Olum ya ölüm” deyir.
Moskva yaranışından bu günə qədər heç vaxt “Olum” sözü olan yerə qol qoymamış, “Ölüm” paylamaqdan isə çəkinməyib. Tarix özü buna şahiddir. 1801-ci ildə Gürcüstanın, 1803-cü ildən 1827-ci ilə qədər Azərbaycan xanlıqlarının işğalı, 1826-28-ci illər Rusiya-İran, 1829-30-cu illər Rusiya-Türkiyə müharibələri, 1905-ci, 1915-ci, 1918-ci, 1920-ci illərdə erməni və rus qoşunlarının silahsız Azərbaycan xalqına divan tutması, 1914-cü ildə Rusiyanın Türkiyəyə soxulması, rus ordusunun köməyi ilə erməni quldurlarının dinc və əliyalın Türk əhalisini qırması, Stalinin müxtəlif bəhanələrlə 40 milyondan çox adamı güllələməsi, 1968-ci ildə Çexoslovakiya, 1978-1989-cu illərdə Əfqanıstan, 1958-ci ildə Macarıstan, Polşa torpaqlarında tökülən qanlar imperiyanın daxili və xarici siyasətinin qan üzərinə qurulduğunu aydın göstərmirmi?
Azərbaycan xalqının Azadlıq meydanında səslənən “Olum ya ölüm” tələbinə Moskva ölümlə cavab verdi.
Bu qanlı tədbirə humanizm, xeyirxahlıq donu geyindirmək üçün Qorbaçov keçmiş Azərbaycan SSRİ Ali Sovetinin keçmiş sədri E. Qafarovanı 1990-cı il yanvarın 15-də Moskvaya çağırtdırıb artıq çoxdan hazırlanmış qərarla razılaşdırdı. Əslində bunların hamısı düşünülmüş şahmat gedişləri idi. Əks tərəfin nadanlığı, ya da manqurtluğu ucbatından həmin gedişlərin hansı məqsədlə edildiyinin mahiyyətinə varılmadı və qarşısı alınmadı.
Kremlin “qanlı plan”-nını həyata keçirmək üçün Dağlıq Qarabağa və sərhəd rayaonlarında vəziyyəti normallaşdırmaq pərdəsi altında yanvarın 16-dan başlayaraq Bakını Qırmızı ordu mühasirəyə aldı. Halbuki, Bakıda həmin günlərdə tam sakitlik və əmin-amanlıq idi. Təkcə yanvarın 13-də Bakıda bir neçə erməni öldürülmüşdür ki, bunu da sözsüz ki, müəyyən dairələr təşkil etmişdilər. Yanvarın 13-dən 19-na kimi Bakıda bir nəfərin burnu da qanamamışdır. Demək Bakıya qoşun yeridilməsində qətiyyən qayda–qanun yaratmaq məqsədi güdülməmişdir.
İstər ordu komandirləri istərsə də respublikanın manqurt rəhbərləri bütün danışıqlarda bildirirdilər ki, Bakıya qoşun girmiyəcək və şəhərdə nə komendant saatı, nə də fövqəladə vəziyyət olmayacaq. Xalqın bu sözlərə inanmadığını gözəl bildikləri üçün radio və televizya ilə də elan etdilər ki, Bakıya ordu yeridilməyəcək.
20 yanvar hadisələrini düşünəndə ürəyim nifrət püskürür, varlığım od tutub yanır. Məni yandıran, nifrətimi qaynadan təkcə ölümlər, itkilər deyil. Varlığıma od salan, məni nifrət, qəzəb çəlləyinə döndərən insanların quduzlaşması, insanın insan qanına susamasıdır.
Bir də ölümlərin üstünə böhtan atılması!
Təxminən gecə saat 12-nin yarısında Salyan kazarmasında ilk güllələr açıldı. Zenit toplarında da bir neçə dəfə atəş açıldı. Artıq Salyan kazarmasından tankların çıxdığına şübhə qalmamışdı.Qanlı meydana iki tank gəldi və onlardan biri Suvorov küçəsinə, oradan da Tağızadə küçəsinə dönüb üzü aşağı getdi. Bir nəfəri də avtomat gülləsi ilə yaraladı. İndi həmin faciəni təhlil edərkən düşünürəm ki, xalqda silah olub olmadığını yoxlamaq üçün birinci tank kəşfiyyat aparmışdır.
Azərbaycan xalqı isə vəhşiliyi ağlına gətirmədiyindən nəinki silahlanmamış, heç əlinə daş da almamışdı. Təxminən 12 tamamda 5 zirehli tank nərildiyə-nərildiyə qanlı meydana çatdı. Hər tankın üstündə iki vəhşi oturub əliyalın, dinc əhalini öldürürdü. Ən dəhşətlisi isə bu idi ki, gözlərini qan örtmüş cəlladlar 7-8 yaşlı körpələri də, qucağı uşaqlı anaları da, qadınları və qocaları da, şikəst və əlilləri də fərqinə varmadan ağır döyüş tanklarının təkərləri altında əzir, qaçıb canlarını qurtarmaq istəyənləri avtomat və pulemyot güllələləri il yerə sərirdilər.
Bütün bu vaxtı ordu bir nəfər də itki vermədən döyüşmüşdü. Başqa cür ola da bilməzdi. Axı güllələr bir səmtə-xalqa doğru yonəlmişdi. Əsgərlərə sarı hətta daş da atılmırdı. Ona görə də tankları əhalinin üstünə sürəndə heç çəkinmirdilər. Onların vəhşi qəhrəmanlığı bəlkə də bu cəsarətdən doğurdu. Təbiidir ki, qarşı tərəfdən təhlükə gözlənilsəydi, əsgərlər bir qədər çəkinər, ehtiyatlı hərəkət edər, özlərini qorumağı da fikirləşərdilər. Təəssüf ki, belə bir təhlükənin yoxluğuna görə ordu bütün diqqətini yalnız dinc xalqı öldürməyə yönəltmişdi. Bu səbəbdən də güllələr boşa çıxmırdı. Tanklar bir-birinin ardınca yeriyəndə xalq iki bölünüb qaçmağa başladı. Tanklar qaçanların dalınca bir səmtə şığıdı. Tankların üstündəkilər lap aydından görünürdü. Onlar 30-35 yaşlarında saqqallı kişilər idi, aralarında ermənilər də var idi. Tanklar əhalinin sıx olduğu dəstələrin üzərinə hücüm edirdilər. Tankın üstündəki saqqallı quduzlar qan tökməkdən ləzzət alıb, sevinirdilər. Bu sevinc insan sevinci deyildi. Əlləri günahsız qana bulanmış cəlladların üz-gözündə insanlıq adına heç nə yox idi.
Biləcəri tərəfdən əlləri dəyənəkli, sinələri qalxanlı əsgərlər sıra ilə göründülər. Yaralıları, ölüləri və qaçmaq istəyənləri mühasirəyə alıb, dəyənəkləri və təpikləri işə saldılar. Sonra bir anlığa geri çəkildilər. Elə bu vaxt avtomatlar təzədən şaqqıldadı. Bundan sonra sovet ordusunun əsgərləri ölüləri soymağa başladılar. Saatlarını açır, ciblərini tökür, qadınların sırğa və boyunbağlarını dartıb qoparırdılar.
Yaralıların köməyinə gələn təcili tibbi yardım maşını atəşə tutuldu, həkimin ağ xalatı öz qanından qırmızı boyandı. Sağ qalanlar və yaralılar birtəhər qaçıb yaxınlıqdakı yaşayış binalarının alaqapılarına doldular. Əsgərlər onları da rahat buraxmadılar.Tanklar və bu vaxt Tiflis prospektindəki 19 mərtəbəli və onunla üzbəüz 9 mərtəbəli yaşayış binalarını atəşə tutmuşdular.9 mərtəbəli binada bir qadın və bir cavan oğlanı güllə evin içindəcə yaxaladı.
Ən müasir silahlarla silahlanmış sovet əsgərlərinin dinc Azərbaycan xalqını güllədən keçirib susdurmağı cəmi iki saat çəkdi. Ancaq gülləboran səhərə kimi davam etdi. Dükanlar, köşklər, yaşayış evləri, idarə və müəssələr, yoldan keçən maşınlar gözə dəyən bütün qaraltılar, hətta itlər və pişiklər də atəşə tutulurdu.Tankların keçdiyi küçələrdəki binalarda salamat şüşə qalmamışdı, divarlar güllədən deşik-deşik olmuşdu. Bunlar nə hünər sayıla bilərdi, nə də qəhrəmanlıq. Bunlar vəhşilik, quldurluq və alçaqlıq idi.
Yanvarın 20-də Bakı şəhəri gözünü yummamışdı, səhərə göz yaşları, ah-nalə, fəryad, körpə və qocaların müqəddəs qanına boyanmışdı. Bakı qanlı gecənin şahidi idi. XI qırmızı ordunun abidəsi yanında asvaltın bir yeri çökmüşdü və orda qan gölü yaranmışdı. Orada avtomat güllələrinin, zenit toplarının sayı-hesabı yox idi. Qaçıb metroya girmək istəyənlərə də aman verməmişdilər. Kimsə barmaqlarını öz qanına batırıb son nəfəsində XI qırmızı ordu metrosunun divarlarına “Qanlı meydan” yazmışdı. İndi metronun adını dəyişib 20 Yanvar qoyublar həmin meydanı isə xalq “Qanlı meydan” adlandırıb.
Min yerə yozsalar da, min cürə don geyindirsələr də, üstünə neçə-neçə boya çəksələr də qırğının, faciənin bircə səbəbi var idi: Azərbaycan xalqının azadlıq deyən dilini kəsmək ki, başqalarına da dərs olsun.
Bu cinayəti istər Ali sovet, istərsə də hüquq mühafizə orqanları nə qədər qulaqardına vursalar da nahaq qan yerdə qalmaz! Bu qan, əllərini ona bulayanları gec-tez tutmalıdı, tutar da!
XƏBƏR LENTİ
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
"Eurovision-2016" qalibi yenidən ana olacaq-FOTO
Ulduzlar "Jara-2018"in qırmızı xalısında-FOTO
Cins şalvarlar
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Günün qoroskopu: Risk etməyin!
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Ermənistanda qaça-qaçdır
10 rayonda qaz problemi olacaq
Radamel Falkao Beylin rekordunu qıracaq?
Telefonla tanışlığa necə baxırsınız?
Müharibə ehtimalı artıb
Azərbaycan banklarını nə gözləyir?
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Hadise 1 milyon itirdi
Yenə dünyanın sonu gəlir?
Aspirin sağlam insan üçün zərərlidir
Çuğundur salatı (foto resept)
Yayda dəbdə olan 3 saç modeli
Motivasiya və uğur qazanmaq üçün taktikalar
Yol
Yaralı barmağa "dolama"
Məşhur müğənninin paltarı fantastik qiymətə satıldı
Çempionlar Liqasında mövsümün rəmzi komandası açıqlanıb
Əsəblərimizi ev şəraitində necə müalicə edək?
Azərbaycanda teatrında yenilik
1 milyon adama pis xəbər
İnternet üçün pilotçuz təyyarələr
Azərbaycanda qiymət artımı ilə bağlı yayılan məlumatlar doğrudur?
Karantin şəraitində toy - VİDEO
Azərbaycanın tanınmış rəssamı vəfat etdi
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Günün ulduz falı
80-ci illərdən gələn pencək dəbi
Azərbaycan efirində rekord
"Qoca sinyora" qonağını parçaladı
Şokolad asılılıq yaradır
Dadlı naxışlar
Tolgahan ATA OLDU!-FOTO
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Facebook-da şərhlərdən şikayət olacaq
Qurban bayramının vaxtı açıqlandı
Dreykin 979 min dollarlıq geyimi səs-küy yaratdı - FOTO
Ən qatı dırnaq boyaları
Gülben Ergenin yalanı instagramda üzə çıxdı
Əhməd Cavad
İnsan nə üçün ət yeməlidir?
- ŞƏRHLƏR