Yaşamaq üçün dünyanın ən yaxşı şəhəri seçilib. ANS PRESS-in məlumatına görə, bu ada Avstriyanın paytaxtı Vyana layiq görülüb. Beynəlxalq müşavirlik şirkəti olan "Mercer" həyat tərzinin keyfiyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Bu siyahı 18-ci dəfədir ki, hazırlanır.
Sıralamada Vyananı Sürix, Almaniyanın Münhen, Düsseldorf, Frankfurt kimi şəhərləri izləyir. İlk onluqda Cenevrə, Kopenhagen, Sidney kimi şəhərlərin də adları var. Ümumiyyətlə, yaşamaq üçün ən yaxşı yerlər sırasında Avropa şəhərləri çoxluq təşkil edir. Ümumilikdə 230 şəhərin yer aldığı siyahıda yaşamaq üçün ən pis şəhər İraqın paytaxtı Bağdaddır. Son yerlərdə qərarlaşan ölkələr arasında Suriya, Çad, Konqo və sairə var. "Guardian" qəzeti dünyanın ən iri şəhərlərindən hesab edilən London, Paris, Nyu-York kimi şəhərlərin bu dəfə siyahının ön sıralarında yer ala bilməməsinə diqqət çəkib. Belə ki, İngiltərənin paytaxtı London 39-cu, Fransanın paytaxtı Paris 37, ABŞ-ın ən böyük şəhəri olan Nyu-York isə 44-cüdür. Bu şəhərlər hava kirliliyi, nəqliyyat sıxlığı kimi amillərə görə geridə qalıb. Bu siyahıda Azərbaycanın da adı var. Paytaxt Bakı 197-ci pillədə qərarlaşıb. Şimal qonşumuz Rusiyanın paytaxtı Moskva 167, Türkiyənin İstanbul şəhəri 122, İran- Tehran 203, Tiflis isə 188-ci yerdədir.Araşdırmada sosial, iqtisadi şərait, o cümlədən səhiyyə, təhsil, sığınacaq, ətraf mühit kimi amillər nəzərə alınıb. İri şirkətlər də iş qurmaq üçün əsasən bu araşdırmanın nəticələrinə diqqət yetirirlər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Yerfındıqlı şərbət (foto resept)
İnternat evlərində göstərilən sosial xidmətlər genişləndiriləcək
Hava haqqında
Portağal qabığı cemi (foto resept)
Almalı-qozlu rulet (foto resept)
Tarkandan gözlənilməz VİDEO
Ailənizi xoşbəxt edin
Keyt Middlton və Meqan Markl arasındakı "mübahisə" filmə çevrildi-VİDEO
Məşhur model imicini dəyişdi-FOTO
3D formatlı divar kağızları
Koronavirusa yoluxanların sayı 200 mini keçdi
Evdən gözəl qoxu gəlməsi üçün nə etməli?
Yeni USB standartı təsdiqləndi
Azərbaycanda bu ərazilərdə xərçəngə yoluxma riski daha böyükdür
Qorxulu yuxuların yeməklə əlaqəsi tapıldı
Dərketmə gücünü inkişaf etdirmək üçün bunları edin
Bal və darçınla arıqlamaq
"Pide" (foto-resept)
Bülent Ersoydan qəribə ETİRAF
Günün qoroskopu: Maraqlı təkliflər olacaq
Əkizlərin festival keçirildi-FOTO
Yerdə maqnit qasırğası başladı
Milli Məclis sədrinin və deputatların maaşı artırıldı
Bergüzar və Halit doğulacaq körpədən danışdılar
Kosmosa səyahətin qiyməti açıqlandı - FOTO
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
İbrahim Tatlısesdən kədərli mesaj-FOTO
Məşhurlar dünən və bu gün
HAVA necə olacaq?
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
Ərdoğan Rusiya ordusuna xəbərdarlıq etdi
Gözəl dodaqlar üçün məsləhətlər
Şam ağacı pirojnası (foto resept)
Ağ Ev təxliyyə olunur
Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
ABŞ-ın əfsanəvi kosmonavtı vəfat edib
Hamiləlik pəhrizi – əsas qidalar
Gədəbəydə bu gün bayramdır
2019 Couture Moda Həftəsi (1)
Məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmdədir
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Hava haqqında
Körpələr niyə qusur?
220 kişiyə aşiq olan model itinə ərə gedir-FOTO
Saatlar bir saat geri çəkiləcək
Mövsümlər və dəri rəngi