Azərbaycan Respublikasının Prezidenti yanında yeni yaradılan Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq. Bu barədə Trend-ə Fondun mətbuat xidmətindən məlumat verilib.
Fondun məlumatında o da qeyd edilib ki, Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısında iştirak edən Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sözlərinə görə, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.
Fondun Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək.
Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun hesabatı dinlənilib. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verib. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndiriblər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr veriblər.
Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik A.Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri, O.Səmədov isə prezidentin digər sərəncamı ilə Bilik Fondunun icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun icraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir
Mənbə: Trend.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
NATO Rusiyaya qarşı güc toplayır?
Hava haqqında
Avtobuslarda kondisioner niyə yoxdur?
Ariel Şaron ölüm ayağındadır
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Dəbdəbəli saç topuzu necə hazrlanır?
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib
Üzümlü salat (foto resept)
Çində oruc qadağası
Nurgül Yaşılçaya evlilik təklifi gəldi-FOTO
Azərbaycan çempionatında əcnəbi qadınlar "at oynadırlar"
Bakıda bu işçilərin maaşları artıb
Çimərlikdə dəb yarışı
Allergiyanın qarşısını almaq istəyirsinizsə.
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
“Hekimoğlu”da yeni aktyor
Sabah dərs olmayacaq?
Günün qoroskopu - 29.11.2013
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir
Abdullah Gül Bakıya gəlir
Belçika Krallığının sakini Kürdəmirin deputatı seçilib
Sağlamlıq və təhlükəsizlik standartları(3-4 yaş)
Türkiyədə 2 nazirə cinayət işi açılır
Cerenin “güpür” qalmaqalı - FOTO
İlham Əliyevdən yeni təyinat
İrəvan türk qutusuna salınır
Sadə sirniyyat (foto resept)
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Zeze__cards - 5
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Prezidentin köməkçisi: “Düşmən Ermənistan ərazisindən Gədəbəy, Tovuz və Daşkəsəni atəşə tutub”
Bu şəkillərinə görə gözəllik yarışından qovuldu-FOTO
60 artıq orta yaşdır
Hərbçilərimiz Laçının ən hündür nöqtəsinə şanlı bayrağımızı sancdılar - VİDEO
Azərbaycanda qız köçürmə, yoxsa.....
Türkiyədə partlayış baş verib
Menstruasiya ağrıları
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür!
Sabah bu ərazilər qazsız qalacaq - SİYAHI
Nazirliyin qadağa qoyduğu dondurma belə hazırlanır
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Bu avtobusda imkansız şəxslər pulsuz daşınır
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Türkiyənin məşhur aktyoru qəfildən öldü-FOTO
Üzlərində çil olsun deyə
İncikliyin əsiri olmayın
Ebru məhkəməlik oldu - 50 min təzminat istənilir
BÜRCLƏR bizə nə vəd edir?-12 Sentyabr
Ədəbiyyatsevərlər üçün müjdəli xəbər!
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR














