Fitoterapiya yunan sözüdür, “fito” (bitki) və “terapiya” (müalicə) sözlərindən yaranmışdır. Müasir dövrümüzdə dərmanla müalicənin bir sahəsi kimi qiymətləndirilir. Fitoterapiyanın ən geniş inkişaf etdiyi ölkə Almaniyadır. Burada dərmanlardan çox bitkilərdən istifadə edilir və deyərdim ki, müalicə üsulunun ən təhlükəsiz formasıdır.
İlk çağlardan istifadə edilən və artıq müasir dövrümüzdə də müalicə üsullarından biri kimi qəbul edilən fitoterapiya təzə və ya qurudulmuş bitkilərin, onların yağlarının qarışığı vasitəsilə hazırlanan dərmanlardan istifadə prosedurudur. Onları dərman kimi qəbul etmək, çay kimi içmək və ya masaj kimi tətbiq etmək də mümkündür.
Fitoterapiyanın tarixinə nəzər salsaq, görərik ki, bu tip müalic üsulu e.ə 3000-ci illərə qədər gedib çıxır. Yəni, müalicə üsulununu bu forması çox qədim tarixə malikdir. Mesopatamiyada yaşayan Şumer, Assur, Akat kimi tayfalarda bu tip müalicə üsullarının olduğu tarixi araşdırmalar nəticəsində müəyyən edilmişdir. Əslinə baxsaq, elə Misirin özündə də bu tip müalicə üsulu geniş yayılmışdır. Qədim Çin və Hindistan tibbində də bitkilərlə müalicənin xüsusi yeri vardır. Yunan tibbinin atası hesab edilən Hippokratın əsərlərində belə bitki müalicələrindən danışılır. İbn Sina belə bu müalicə üsulu ilə maraqlanmış və bu barədə bir sıra yazıları da mövcuddur. O, "Əl-qanun fit-tibb" kitabında şəfa bitkiləri barədə yazmış və onların istifadə qaydaları barədə də yazmışdır.
Bildiyimiz kimi dərmanlar müəyyən kimyəvi tərkiblərdən ibarətdir ki, bu da orqanizmimizin birinə müsbət təsir edəndə birinə əks təsir edə bilir və beləcə bədəndə hətta toksin yığılmalarına da gətirib çıxara bilir.
Fitoterapiyada isə əks təsir deyə bir anlayış yoxdur və bədəndə də toksinlərin yığılması halı ilə əsla qarşılaşmaq mümkün deyil. Sadəcə bir kiçik nüans vardır ki, bu tip müalicə düzgün tətbiq edilməlidir. Hər orqanizminin özünün işləmə strukturu və forması var. Kor-koranə istənilən bitkidən istifadə etmək olmaz.
Fitoterapiya zamanı bitkilərlə müalicə aparılaraq insanın immun sistemi gücləndirirlir, ürək-damar, qan dövranı sistemlərinin işi normal hala gətirilir. Amma yenə vurğulayıram ki, bunu kor-koranə tətbiq etmək olmaz.
Fitoterapiya zamanı qan qrupu, irsi xəstəliklər, keçirilmiş xəstəliklər də nəzərə alınmalıdır. Bundan əlavə bədənin hər hansısa bir maddəyə olan fərdi həssaslığına mütləq nəzarət etmək lazımdır. Buna görə də mütəxəsislərə müraciət etmək ən gözəl yoldur.
Fitoterapiya bir daha sübut edir ki, təbiət bizim ən yaxın dostumuzdur. Otların və dərman bitkilərinin köməkliyi ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Bunun üçün sadəcə onların xüsusiyyətləri və təsirləri barədə məlumatlı olmaq gərəkdir.
Fitoterapiya həm də sağlam həyat tərzidir. Məsələn, gün ərzində adicə yaşıl çay içmək, çobanyastığı çayı içmək və ya digər sakitləşdirici çaylar içməyin özü də məhz elə fitoterapiyaya daxildir.
XƏBƏR LENTİ
Romantik yataq otağı mebelləri
Uşaqlara qənaət etməyi necə öyrətməli?
Həzi Aslanov yad edildi
Məşhur tərzi: İzabel Goulart
Mimoza salatı (foto-resept)
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Məşhurların 2019 qısa saç modelləri
Gənc qız Putini yerə çırpdı
Bakının bəzi küçələrində qaz olmayacaq
Haley Bieberin tərzi
“Fact Check Karabakh” daha bir erməni yalanını ifşa etdi - FOTO
İyul ayının qalibləri!
Insanların acizliyi-Allergiya
Fərqli salat (foto resept)
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
İlin ən yaxşı fotoşop şəkilləri
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Tənha insanlar üçün kreslo
Çox sevilən içki - kapuçino
Cəbhədə son vəziyyət
Parlaq saçların sirri
Pendirli zapekanka (foto resept)
Fədakar dost
Süd allergiyası nədir?
Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? - RƏSMİ AÇIQLAMA
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
Aleksandr Borodin
İskəndəriyyə kitabxanasının sirləri
Göbələk şorbası (foto-resept)
Yaşıl zeytunun faydaları
3 kəndin sakinlərini sevindirdilər
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Balqabaqlı şorba (foto resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Uşaqların sosial-psixoloji inkişafı-25
Britni Spirs ərə gedəcək - FOTO
Qozlu peçenye (foto resept)
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
Xizək üzərində hotel yaradıldı - FOTO
HAVA necə olacaq?-5 yanvar
"Arayışsız kredit" niyə ləğv olundu?
Sinir sistemini gücləndirən meyvə
2020-nin manikür modelləri
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bulqurun inanılmaz faydaları
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
- ŞƏRHLƏR