Yalnız yay ərzində uzun ətək geyinən qızları anlamaq olar, ilin qalan fəsillərində yağış, qar və əlverişsiz hava şəraiti sevimli ətəklərin tez xarab olmasına gətirib çixarır. Onlardan imtina etməyə tələsməyin, belə ki, topuqdan olan uzun ətəklər sizin gəzməyinizə elə də mane olmayacaq, həm də hündürdaban ayaqqabı ilə sizə ilin bütün fəsillərində zövqlü görünüş verəcək. Bu ilin dəbi olan uzun ətəkləri təqdim etməklə həm də onları necə düzgün geyinməyiniz haqqında danışmaq istəyirəm.
Cesika Alba (Amerika aktrisası) ağ ipək köynəklə parıltılı uzun ətəyi çox gözəl uyğunlaşdırıb.
Miranda Kerr (Avstraliyalı super model) uzun ətəyi uyğun hündürbaban ayaqqabı ilə tamamlayıb.
Elizabet Olsen (aktrisa) dizdən xeyli aşağı olan dəri ətəyini biləkdən bağlanmış ayaqqabı ilə uyğunlaşdırıb.
Birinci mərhələ: Bütün fəsillərdə rahatlıqla geyə biləcəyiniz uzun ətək seçimi
Tül, şifon və qay-qat ipək işə yaramaz, çünki tül ətək qışda sizi soyuqdan dondura bilər, ipəyi isə yay aylarında geyinmək məsləhət deyil. Ən optimal variant pambıq parçalı və ya pambıq toxunma, həmçinin kətan, məxmər parçadan tikilmiş ətəklərdir. Məxmər ətək daha çox bayram əhval-ruhiyyəsində olacaq, amma yenə də hər fəsil istifadə olun bilən materialdır. Fəslindən aslı olmayaraq maksi ətəklərə son variant kimi baxmaq düzgün deyil. Enli və həddən artıq uzun ətəklər bütün yolun çirkini yığmış olacaq. Sizə topuğa qədər olan ətəklər lazımdır. Əgər yarığı da varsa, bu daha yaxşı seçim ola bilər.
İndi ətəyin rəngi üçün qərar vermək lazımdır. Kiçik qara donlar kimi qara maksi ətəklər də ilin hər fəsli üçün əla seçimdir. Qaradan başqa bu il yaşıl, albalı rəngi, göy rəng çalarları da dəbdədir. Əgər ətəkdə şəkil varsa, o böyük və cəlbedici olmamalıdır, çünki onu nəinkii il boyu geyinmək istəməyəcəksiniz, elə ilk ayda ondan bezə bilərsiniz.
Karl Legerfled
İkinci mərhələ: Uzun ətəklə geyinmək üçün köynək seçimi
İl uzunu geyinəcəyiniz uzun ətəkləri çanaqdan aşağı olan düyməli köynək, tunik, qısqaol köynəklə dəst etməyin. Yay aylarında boş model uzun köynəkləri ətəyin içinə salmaq, qısa köynəkləri üstdən çıxarmaq qoymaq olar, yaz və qış aylarında isə üstə çıxması mümkün olan sviter və köynəklər seçmək lazımdır. Yay aylarinda ən yaxşı seçim bədənə oturan köynək və ya bodi, qışda isə vodolaskalardır.
"Alisa and you" brend kolleksiyası
"Oazis" brend kolleksiyası
Üçüncü mərhələ: Maksi ətəklə geyiniləcək üst geyimi seçimi
Uzun ətəklər qısa isti jaketlə çox dəbli görünür, qış aylarında siz təbii və ya süni mexi olan balon jaket və ya bədənə oturan qısa palto seçə bilərsiniz. Fəsillər arası plaş və yüngül gödəkçə, yaz aylarında isə parça və ya cins pəncək əla seçimlər olacaq. Əlbəttə ki eleqant görünüş üçün üst geyimini qara rəngdə seçmək məsləhətdir.
"Bench" brend kolleksiyası
"Burberry bit" brend kolleskiyası
Dördüncü mərhələ: Ayaqqabı seçimi
Yay vaxtı maksi ətəklə balet, sandal kimi istənilən rahat ayaqqabını geyinmək olar. Qışda isə hava şəraiti ilə əlaqədar ayaqqabı seçmək zəruriyyəti yaranır. Ən əsası yadda saxlamaq lazımdır ki, uzunboğaz çəkmələri maksi ətəklə geyinmək düzgün deyil. Uzun ətəklə geyilən ayaqqabılar daha incə olmalıdır, buna görə də hündürdaban topuqdan olan zərif çəkmələr seçməlisiniz. Bundan başqa ayağa yapışqan və ona ağırlıq etməyən istənilən növ qış ayaqqabısını seçmək olar.
Kelsi Dagger
Beşinci mərhələ: Aksessuar seçimi
Məhs aksessuarları düzgün seçməklə istənilən uzun ətəyi il uzunu həmin mövsümün geyimi kimi istifadə edə bilərsiniz. Yay aylarında maksi ətəkləri uzun boyunbağı və sırğalarla geyinin. Bu cür aksessuarlar sizi qamətli və hündür göstərəcək. Soyuq aylarda ətəklərinizi boynunuza bir neçə dəfə boş dolanmış şərf, uzun əlcəklər və geniş kənarlı şlyapalarla dəst edin. Şlyapa və əlcəklər sizə şık görünüş verəcək. Enli dəri kəmər ilin istənilən vaxtında istifadə oluna biləcək ornamentlərdəndir. Təbii ki, aksessuarların rəngini geyiminizə və fəslə uyğun seçməlisiniz.
Palto və ya ətəyinizin rənginə şık bir şlyapa uyğunlaşdırın.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR