Qadin.NET / Fitoterapiya nədir?

Fitoterapiya nədir?

Fitoterapiya nədir?

Fitoterapiya yunan sözüdür, “fito” (bitki) və “terapiya” (müalicə) sözlərindən yaranmışdır.  Müasir dövrümüzdə dərmanla müalicənin bir sahəsi kimi qiymətləndirilir. Fitoterapiyanın ən geniş inkişaf etdiyi ölkə Almaniyadır. Burada dərmanlardan çox bitkilərdən istifadə edilir və deyərdim ki, müalicə üsulunun ən təhlükəsiz formasıdır.

İlk çağlardan istifadə edilən və artıq müasir dövrümüzdə də müalicə üsullarından biri kimi qəbul edilən fitoterapiya təzə və ya qurudulmuş bitkilərin, onların yağlarının qarışığı vasitəsilə hazırlanan dərmanlardan istifadə prosedurudur. Onları dərman kimi qəbul etmək, çay kimi içmək və ya masaj kimi tətbiq etmək də mümkündür. 

Fitoterapiya nədir?

Fitoterapiyanın tarixinə nəzər salsaq, görərik ki, bu tip müalic üsulu e.ə 3000-ci illərə qədər gedib çıxır. Yəni, müalicə üsulununu bu forması çox qədim tarixə malikdir. Mesopatamiyada yaşayan Şumer, Assur, Akat kimi tayfalarda bu tip müalicə üsullarının olduğu tarixi araşdırmalar nəticəsində müəyyən edilmişdir. Əslinə baxsaq, elə Misirin özündə də bu tip müalicə üsulu geniş yayılmışdır. Qədim Çin və Hindistan tibbində də bitkilərlə müalicənin xüsusi yeri vardır. Yunan tibbinin atası hesab edilən Hippokratın əsərlərində belə bitki müalicələrindən danışılır. İbn Sina belə bu müalicə üsulu ilə maraqlanmış və bu barədə bir sıra yazıları da mövcuddur. O, "Əl-qanun fit-tibb" kitabında şəfa bitkiləri barədə yazmış və onların istifadə qaydaları barədə də yazmışdır. 

Bildiyimiz kimi dərmanlar müəyyən kimyəvi tərkiblərdən ibarətdir ki, bu da orqanizmimizin birinə müsbət təsir edəndə birinə əks təsir edə bilir və beləcə bədəndə hətta toksin yığılmalarına da gətirib çıxara bilir. 

Fitoterapiya nədir?

Fitoterapiyada isə əks təsir deyə bir anlayış yoxdur və bədəndə də toksinlərin yığılması halı ilə əsla qarşılaşmaq mümkün deyil. Sadəcə bir kiçik nüans vardır ki, bu tip müalicə düzgün tətbiq edilməlidir. Hər orqanizminin özünün işləmə strukturu və forması var. Kor-koranə istənilən bitkidən istifadə etmək olmaz.

 Fitoterapiya nədir?

Fitoterapiya zamanı bitkilərlə müalicə aparılaraq insanın immun sistemi gücləndirirlir, ürək-damar, qan dövranı sistemlərinin işi normal hala gətirilir. Amma yenə vurğulayıram ki, bunu kor-koranə tətbiq etmək olmaz.

Fitoterapiya zamanı qan qrupu, irsi xəstəliklər, keçirilmiş xəstəliklər  də nəzərə alınmalıdır. Bundan əlavə bədənin hər hansısa bir maddəyə olan fərdi həssaslığına mütləq nəzarət etmək lazımdır. Buna görə də mütəxəsislərə müraciət etmək ən gözəl yoldur.

 Fitoterapiya nədir?

Fitoterapiya bir daha sübut edir ki, təbiət bizim ən yaxın dostumuzdur. Otların və dərman bitkilərinin köməkliyi ilə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Bunun üçün sadəcə onların xüsusiyyətləri və təsirləri barədə məlumatlı olmaq gərəkdir.

Fitoterapiya həm də sağlam həyat tərzidir. Məsələn, gün ərzində adicə yaşıl çay içmək, çobanyastığı çayı içmək və ya digər sakitləşdirici çaylar içməyin özü də məhz elə fitoterapiyaya daxildir. 

25 fevral 2015
GO BACK