Bu meyvə təbii ki, hamımıza tanışdır. Oktyabr və noyabr aylarında yetişən bu meyvənin vətəni Çin və Yaponiya hesab edilir. Buna görə bəzi yerlərdə "yapon xurması" da deyilir. Türkiyədə isə Trabzon xurması adı ilə məşhurdur. Hazırda ölkəmizdə də geniş səkildə yetişdirilir. Əsasən iki növü var: el arasında ağız büzən ( xurma tam yetişdikdən sonra bu hal aradan qalxır) və ağız büzməyən (karalyok) deyilir. Ağızbüzməsinin səbəbi xurmanın həmin növlərində aşı maddəsinin çox olması ilə izah olunur. Ölkəmizdə daha çox Gəncə, Göyçay, Balakən, Zaqatala və Xaçmazda da yetişdirilir. Daxili bazarlarda satılmaqla yanaşı Rusiyaya da ixrac olunur. Bəzi bölgələrimizdə xurmadan doşab da hazırlanır.
Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C vitaminləri ilə zəngindir. Antioksidantları xüsusilə vurğulamaq lazımdır. Çünki antioksidantlar bədənə düşən toksinləri, zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur.
Xurma eyni zamanda qansızlıq, vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır. Davamlı yeyildikdə ishalı kəsmək, iştah açmaq, mədə qastritinin qarşısını almaq, bağırsaq iltihabını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. Həzm fəaliyyətini asanlaşdırır. Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə də müsbət təsir göstərir. Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir. Xurma müxtəlif vitaminlərlə zəngin olduğundan hamilə xanımlara da faydalıdır. Tərkibindəki A vitamini bədənin müqavimətini artırır, dəmir isə qan azlığı baxımından faydalıdır. Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür.
XƏBƏR LENTİ
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Xama sousu ilə göbələkli kartof(foto resept)
Son 10 ilin sərin avqustu müşahidə edilir
Günəş tutulacaq
Olimpiada qalibləri bu ixtisaslara imtahansız qəbul olunacaqlar - SİYAHI
Gül şirniyyatı (foto-resept)
Boliviyada 20 yeni canlı növü tapıldı
Mehriban Əliyeva xalq artistlərini mükafatlandırdı - FOTO
Blinçikli piroq (foto resept)
Bakıda nəhəng çətirlər quraşdırılacaq
Futbolçunun xanımı və üç uşağı da koronavirusa yoluxdu - FOTO/VİDEO
Axşamdan sonra yeməmək üçün 12 üsul
Amerikadan Türkiyəyə dəstək
Çəhrayı rəngli fil balası - VİDEO
Tabutu açanda ŞOK OLDULAR - Ölən qadın ...-FOTO
Topuz modelləri
NASA zəlzələ qurbanlarını xilas edəcək
HAVA necə olacaq?
Dərbənd qalasının bir hissəsi dağılıb
Ramazan bayramı günlərində hava
Hamiləlikdə qəbizlik
Öz çantanızı özünüz düzəldin
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Stiven Hokinq Darvinin məzarı yaxınlığında... - Açıqlandı
Tanınmış aktyor həbs olundu-SƏBƏB
Emrahın oğlu"Survivor"dakı açıqlamaları ilə Gündəmdədir -FOTO
Qan ehtiyatımız tükənir
Məşhur cütlüyün evində səslər yüksəlib
"Google" rəsmi olaraq istifadəçilərinin məktublarını oxuyur
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
Qəbizliyi necə aradan qaldırmalı?
İŞİD Bağdada girdi: 1000 ölü
Doqquz yaşlı qız dişi çəkildikdən sonra öldü - VİDEO
Hər növ saç düzümü
Ronaldu möhtəşəm zərbəsi ilə millidə 100-cü qoluna imza atdı - VİDEO
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Toyuq ətli salat (foto resept)
Ronaldunun bu FOTOsu bəyənildi
Adriana Lima və Metin Hara ayrılıb-SƏBƏB
Hava haqqında - 23.02.2014
Biz üşüyürük, onlar isə...
45 yaşlı aktrisa hər zaman gözəl görünməsinin sirrini bölüşdü - FOTO
Ramazanın 18-ci gününün duası
Azərbaycanda daha 38 nəfərin koronavirusa yoluxduğu aşkarlandı - RƏSMİ
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi
İlham Əliyev bəyanat verdi
Azərbaycanda ev tikməyin çətinlikləri
Günün ulduz falı - 09.10.2013
- ŞƏRHLƏR