Qadin.NET / Xurmanın faydaları

Xurmanın faydaları

Xurmanın faydaları

Bu meyvə təbii ki, hamımıza tanışdır. Oktyabr və noyabr aylarında yetişən bu meyvənin vətəni Çin və Yaponiya hesab edilir. Buna görə bəzi yerlərdə "yapon xurması" da deyilir. Türkiyədə isə Trabzon xurması adı ilə məşhurdur. Hazırda ölkəmizdə də geniş səkildə yetişdirilir. Əsasən iki növü var: el arasında ağız büzən ( xurma tam yetişdikdən sonra bu hal aradan qalxır) və ağız büzməyən (karalyok) deyilir. Ağızbüzməsinin səbəbi xurmanın həmin növlərində aşı maddəsinin çox olması ilə izah olunur. Ölkəmizdə daha çox Gəncə, Göyçay, Balakən, Zaqatala və Xaçmazda da yetişdirilir. Daxili bazarlarda satılmaqla yanaşı Rusiyaya da ixrac olunur. Bəzi bölgələrimizdə xurmadan doşab da hazırlanır.

Xurmanın faydaları

Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C  vitaminləri ilə zəngindir. Antioksidantları xüsusilə vurğulamaq lazımdır. Çünki antioksidantlar bədənə düşən toksinləri, zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir. Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur. 

Xurmanın faydaları

 Xurma eyni zamanda qansızlıq, vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır. Davamlı yeyildikdə ishalı kəsmək, iştah açmaq, mədə qastritinin qarşısını almaq, bağırsaq iltihabını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var. Həzm fəaliyyətini asanlaşdırır. Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə də müsbət təsir göstərir. Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir. Xurma müxtəlif vitaminlərlə zəngin olduğundan hamilə xanımlara da faydalıdır. Tərkibindəki A vitamini bədənin müqavimətini artırır, dəmir isə qan azlığı baxımından faydalıdır. Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür. 

14 noyabr 2013
GO BACK