Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir sərhəd qoymaq olmaz. Ədviyyatla çox qədim dövrlərdən başlamış hazırki dövrə kimi hazırlanan xörəklərin tamını yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, mərzəni,
kərəvizi, cəfərini, şüyüdü, cirə, zirə və s. göstərə bilərik. Ədviyyatlar tüpürcək, mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə şərait yaradır.
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitkilər başa düşülməlidir. Onlar orqanizmin sağlamlığında mühüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və s. antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə malikdirlər.
Lyubistok, mərzə, cəfəri, kərəviz və ardıc böyrəyin fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar edir. Mədə şirəsinin ifrazında cirə, razyana, zirə, qıtıqotu, sarıkök, bədrənc, boymadərən mühum rol oynayırlar. Tüpürcək vəzinin normal fəaliyyətində istiot, xardal, sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, ədviyyat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox
danışmaq olar. Lakin bir sıra ədviyyatlardan çox ehtiyatlı, cuzi miqdarda istifadə etməyi məsləhət görürlər. Çünki bu ədviyyatların içərisində xəstələrə mənfi təsir göstərən xüsusiyyətlərə də rast gəlmək olur. Buna görə də həkimlər xəstələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı məsləhət görürlər. Bir sıra dietoloqlar xəstələr üçün tərkibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına çox diqqət verirlər.
Ədviyyatlardan insanlar arasında tez-tez baş verən qrip, qızdırma, soyuqdəymə və s. istifadə etməyi məsləhət görürlər. Ədviyyat qatışıqlarının əksəriyyətinin kimyəvi tərkibi tam öyrənilmədiyindən onlardan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır.
Şəkər xəstəliyində istifadə olunun ədviyyat bitkiləri: adi reyhan, vanil, mixək, zəfəran, kerri, dəfnə, limon, lyubistok, mərzə, bədrənc, adi ardıc, muskat tozu, qırmızı istiot, cəfəri, adi yovşan, rozmarin, kərəviz, zirə, şüyüd, nanə, survə.
Həzm sistemi normal fəaliyyət göstərən insanlar istənilən ədviyyatlardan istifadə edə bilər. Lakin kəskin acı tamlı ədviyyatlardan – qıtıqutu, acı istiot, kayen bibəri və s. az hallarda istifadə edilməlidir. Aşağıdakı ədviyyatlardan istifadə etməyi məsləhət görürlər: mixək, zəncəfil, darçın, vəzəri, dəfnə, adi soğan, muskat qozu, cəfəri (köküdən), kərəviz, şüyüd, sarımsaq.
Qaraciyər və öd kisəsi xəstə olan həmcinin pəhriz saxlayan insanlara orqanizmin normal fəaliyyəti üçün aşağıda qeyd etdiyimiz ədviyyatlardan istifadə etməyi məsləhət görürlər: cirə, reyhan, vanil, mixək, zəncəfil, keşniş, darçın, kuprıc, dəfnə yarpağı, soğan, rozmarin, zirə, şüyüd, bədrənc, qıtıqotu, lyubistok, mərzə, bədrənc, muskat qozu və çiçəyi (az miqdarda), ardıc (qənaətlə), xiyarotu, ətirli istiot, qırmızı bibər (az miqdarda), cəfəri (kökündən), sitrus, nanə, survə,tərxun.
İnfarkt və damar xəstəlikləri zamanı profilaktik məqsədlər üçün aşağıdakıları istifadə etməyi məsləhət görürük: cirə, reyhan, vanil, mixək, zəncəfil, cədo, keşniş, darçın, kerri, dəfnə yarpağı, limon, soğan, mərzə, muskat qozu və çiçəyi, xiyarotu, qara istiot, rozmarin, timyan, zirə, şüyüd, bədrənc, sarımsaq, survə.
Böyrəkləri xəstə olan və pəhriz saxlayanlar üçün məsləhət görülən ədviyyat bitkiləri. Böyrək xəstəliyi olanlar istənilən ədviyyatlardan, duzdan başqa, istifadə edə bilərlər: reyhan, vanil, mixək, darçın, kuprıc, soğan, lyubistok, mərzə, ardıc, muskat qozu və çiçəyi (az miqdarda), xiyarotu, qırmızı (şirin) bibər (qənaətlə), cəfəri (kökündən), rozmarin, zirə, şüyüd, bədrənc, qıtıqotu, sitrus meyvələri, nanə,
sarımsaq, tərxun.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)
XƏBƏR LENTİ
Murat Boz peşman oldu
1950-ci illərdə evlənən məşhurların gəlinlik modelləri
Pəhriz salatı (foto resept)
Ərəb gözəllərinin 5000 illik sirləri
Tarixdə ilk dəfə baş verdi - FOTO
Ermənilər necə silahlandırılır?
15 yaşlı qızın yaşadıqları hər kəsi kövrəltdi-FOTO
Bu ərazidə bütün köhnə tikililər söküləcək
"Xərclərimi Amerikaya anam göndərir" - FOTO
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Peyvənd qorxusu: əsas varmı
Qarışqa qovan üsullar
Kim Çen Inın əlində müəmmalı iz tapıldı - FOTO
Bu yeməklər yuxuya təsir edir
Gözəl geyim nümunələri
Qızıl xərçəngi müalicə edir
Prezident İlham Əliyev "Vətəndaşların müraciətləri haqqında" qanunu təsdiq etdi
Çağla Şikel şərhi sərt cavabladı-FOTO
Gözəl görünüşlü boyunbağılar
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
Ölümü hələ də müəmmalı qalan xalq artistimiz
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
Güllərim
Rusiya peyvəndinin əks-təsirləri məlum oldu
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
Facebook Messenger yeni rekord vurdu
Yulaflı, kabaklı zapekanka(foto resept)
DİN-dən əhaliyə çağrış
Sobada püreli küftə (video-resept)
Ev almaq istəyənlərə şad xəbər
Cəfərinin faydaları
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Güləşçimiz erməni idmançını peşman etdi
Çin alimləri bunu da etdi
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
İngilis dili-Tt
Əgər prezident olsaydım...
HAVA necə olacaq?- 7 APREL
Ayaq ölçünüzə görə ömrünüz nə qədərdi?
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
80-cı illərin saç sancağı geri qayıtdı
Dollar və avro ucuzlaşdı
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
Arıqlamağın ilk qaydası
HAVA necə olacaq?
Azərbaycan hələ belə festival görməyib
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
TQDK-dan qəbul imtahanlarının yeni modelləri ilə bağlı
"Onlar Azərbaycan xalqından üzr istəməlidir"
Ətli şorba (foto resept)
- ŞƏRHLƏR