Bu maddənin tərkibində A, B1, B2, C və K vitaminləri, nikotin turşusu, protein, yağ, karbohidrat, kalium, kalsium və dəmir var. Pomidora qırmızı rəng verən likopen bir piqment hesab olunur və karotenoid ailəsinin üzvüdür. Karotenoid də meyvə və tərəvəzin qırmızı, narıncı və sarı rəng almasını təmin edən kimyəvi maddələrdir. Likopen onların içində dərman kimi təsir gücünə sahib ən faydalı qida maddəsidir. Ən mühüm likopen qaynağı pomidor və pomidor məhsullarıdır. Yağda bişirilmiş pomidor bağırsaqlarda çox asanlıqla sovrulur və bədənin likopen ehtiyatını artırır.
Bu maddə xərçəng xəstəliyinin qarşısınl alır, yaşlanmanı ləngidir, dərini gözəlləşdirir və qoruyur, ağciyər, ürək-damar, astma xəstəliklərinə qarşı çox faydalıdır. Alshaymer (yaddaşın itməsi duyğu üzvlərinin funksiyasını itirməsi ilə müşayiət olunur) xəstəliyini aradan qaldıra bilir. Ən faydalı doza isə gündə 200 qram bişmiş pomidor yeməkdir.
Demək olar ki, bütün mətbəxlərdə istifadə olunan pomidor türk mətbəxinin vazkeçilməz nemətidir. Salatı, şorbası, ətlisi, zeytun yağı ilə bişirilmişi, dolması, məzəsi, tomatı, sousu, qurudulmuşu, hətta mürəbbəsi, turşusu-hər biri ləzzət qaynağı, şəfa mənbəyidir. Bu qida maddəsi yeməklərə toxundurulan sehrli ağac kimidir və hər şeyə bir zövq, gözəllik verir.
Pomidorun tərkibindəki faydalı elementlər: Pomidorda C, A vitamini, kalium və folik turşusu ilə yanaşı orqanizm üçün çox faydalı maddələr var.
- C vitamini orqanizmdə antioksidan vəzifəsini yerinə yetirir. A vitamini bədənin müqavitini gücləndirir, dəri hüceyrələrini gücləndirir və görmə qabiliyyətini artırır.
- Folik turşusu qan hüceyrələrinin yaranmasında, sinir sisteminin qorunmasında və bir çox metobolizm proseslərində mühüm rol oynayır.
- Kalium normal inkişaf və sağlamlıq üçün çox gərəkli maddədir. Ürəyin sağlam fəaliyyəti üçün bu maddənin böyük əhəmiyyəti var.
Pomidorun faydaları:
- Dərini qoruyur, qocalmanı ləngidir;
- Xolesterolun səviyyəsini aşağı salır;
- Qanaxmanın, damar tutulmalarının qarşısını alır;
- Gözdə katarakt xəstəliyini ləngidir;
- Qanda amin turşusunun həddindən artıq yüksəlməsinin qarşısını alır;
- Qocalıqla bağlı görmə problemlərini aradan qaldırır;
- Revmatizm xəstəliyini azaldır;
- Bədənin müqavimətini gücləndirir;
- A, C və E vitamini kimi antioksidan tərkibi ilə xərçəng xəstəliyinə tutulma ehtimalını azaldır;
- Ürək xəstəliklərinə tutulma və iflicolmanın qarşısınl alır.
Likopendəm faydalanma yolları:
- Səhərlər qabığı soyulmuş, azca isidilmiş və bir az zeytun yağı əlavə edilmiş pomidor yeyərək günə başlaya bilərsiniz;
- Açıq havada, günəş enerjisi ilə yetişmiş pomidoru çörəklə yeyə bilərsiniz;
- Göyərtili bir zandviçə pomidor da əlavə edə bilərsiniz;
- Pomidorun şirəsini içə bilərsiniz;
- Pomidordan hazırlanmış souslara süfrənizdə daha çox yer verə bilərsiniz.
Pomidor alarkən.
Ən yaxşı pomidorlar yetişmiş və yay aylarında dərilən pomidorlardır. Yetişmiş pomidorun saplağının ətrafında xəfif yaşıl çizgilər olur. Nazik qabıqlı pomidorları seçmək məsləhətdir. Pomidorun hormonsuz olduğunu bilmək üçün onun saplağını barmağınızla xəfifcə ovun və pomidorun aromatik qoxusunu hiss edin və ya pomidoru iki yerə bölüb tumlu tərəfini iyləyin. Pomidoru aldıqdan sonra onu kağız torbalara yığıb soyuducuda 3-4 gün saxlaya bilərsiniz.
XƏBƏR LENTİ
Rus telekanallarında xarici mahnı qadağası
Texnoloji aslılıq- kütləşirikmi?
Sürücülər, diqqət! - Sabah cərimələnə bilərsiniz
İsrail atəşkəsə razı oldu
Dovşanın son hədiyyəsi - İlin son qalibləri!
Alcaqdaban ayaqqabılar
“WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın
Azad söz (6-cı hissə)
Xolesterinin yüksək olduğu göstərən hallar
Hollivudun ən çalışqan aktyorları onlardır - Siyahı
2017-nin dəbli saç düzmü hansı olacaq?
Hindistan qozlu makaron şirniyyatı (foto resept)
"Eurovision 2020" təxirə düşə bilər
Bakı Metropolitenində yenilik
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Günün ulduz falı
11 ildə evimizdə nələr dəyişdi?
Paşinyanın arvadı döyüşə gedir
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Sabah küçəyə çıxmayın
"Maşa" salatı (foto resept)
Quru süddən hazırlanmış məhsullar süd məhsulu kimi satılmasın - TƏKLİF
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Yaşıl çay dəri xərçəngini müalicə edir
Azərbaycanda daha 75 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Qurd insan ölümünə də səbəb olur
Yanan binadan köç başladı
"Hər bir belə hadisə bizim üçün faciədir"
Traktorun çömçəsindən suya kəllə vurmaq üçün istifadə etdilər - VİDEO
Bu ölkədə "Pokemon Go" qadağan edildi
Yataqda baş verən qəzalar
"Dünyanın ən ləziz yeməyi" -XAÇAPURİ oldu
Avtomobili qol saatı ilə idarə etmək mümkün olacaq
Uşaqlığınız yadınızdadır?
Bu gün Nobel mükafatları təqdim olunacaq
Bakının bu çimərlikləri təhlükəlidir!
Rassel Krou 6 milyona ev aldı-FOTO
Makiyajda Smoky Eyes effekti
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Günün qoroskopu: özünüzə inamı itirməyin
Milyon dollarlıq avtomobil təqdim olundu
Rəngləri uyğunlaşdırmaqda çətinlik çəkirsiniz?
6 qardaş və bir bacının əzablı həyatı: 14 il evdə
Simdən incə əl işləri
Sabah bu yollar bağlanacaq
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Surqut aeroportuna Fərman Salmanovun adı verildi
- ŞƏRHLƏR