Texnologiya, və bu istiqamətdəki yeniliklər son illərdə həyatımızın böyük bir parçasına çevrilib. Bir çox müsbət tərəfi olmasına baxmayaraq, mənfi təsirlərini də görürük.
Sizcə bu təsirlər nədir?
Texnologiyanın həyatımızdakı əhəmiyyəti mübahisə olunmazdır. Fəqət belə bir sual vermək məcburiyyətindəyəm, ən son nə vaxt bir telefon nömrəsini yaddaşınıza həkk etdiniz? Hesab edirəm 2001- ci illərdə. Yaxşı, ən son nə vaxt sensorlu telefonunuzu çantanızdan çıxarıb Google əmidən kömək istədiniz? Yəqin ki, elə bu həftə. Günümüzdəki müasir texnologiya gündəlik həyatımızda öyrənməyimizi, diqqətimizi hansı yana yönəltməyimizi istiqamətləndirir. Aparılan bir çox araşdırmalarda, texnologiyanın, xüsusilə yaddaş nöqtəmizi daraltdığı sübut olunmuşdur. Qısa sürəli havizə uzun müddətli problemlər ortaya çıxarda bilirmiş.
Cəmiyyətimizdə xüsusilə “internet yaddaş mədəniyyəti” geniş yayılmaqdadır. Biz bəzi şeyləri xatırlayaraq internet üzərindən paylaşırıq. Digər unutqan kəslər isə paylaşımımız çərçivəsində yaddaşını təzələyir. Qısacası, hafizəmizi internətə əmanət edərək bu şəkildə məlumat alış-verişini edirik. Internet hər şeyimizi dəyişdirib. Bir mövzu haqqında düzgün məlumat almaq üçün dostlarımıza, müəllimlərimizə və ya ailəmizə müraciət etmək əvəzinə Google əmiyə üz tuturuq. Beynimizi aktiv saxlamağımız çox önəmlidir. Əlavə olaraq sosial qruplar arasındakı kritik düşüncələri hiss etmədən hər şeyi axtarış sistemindən gözləmək nə dərəcədə doğrudur? Diqqət qeyd etdiyimiz şeylərdə önəmli rol oynayır. Dünən əsərək izlədiyiniz bir qorxu filmini ən incə xırdalıqlarına qədər xatırlaya bilərsiz? Məncə yox. “Bəzi şeyləri unutmaq...” bu bizim nə qədər məşğul olduğumuzun sübütudur. Qısacası əgər biz bir vəziyyəti bütün diqqətimizlə yadımızda saxlamasaq, o məlumatı təkrar geri qaytarmağımız çətinləşəcək. Mən buna “İtən nəsillər” adını qoymuşam. Sizcə texnologiya, texnoloji alət necə istifadə olunmalıdır? Ailələrin bu mövzudakı seçimləri sizcə doğrudurmu? Bu bir həqiqətdir ki, texnologiya həyatımızın içində çox sıx yer alıb. Online media həyatın hər mərhələsində mövcuddur. Məktəblərdə, işlədiyimiz yerlərdə və s.
Hər şeydə ziyan olduğu kimi texnoloji ortamın gətirdiyi aslılıq, pis görüntülər, əlavə olaraq şəxsi məlumatlarınızın ələ keçirilməsi kimi bir çox qorunmalı olduğumuz vəziyyətlər var. Burda önəmli olan uşaqlara və yeniyetmələrə onları gözləyən vəziyyətlər haqqında xəbərdarlığın edilməsidir. Bu mənada ailələrə və müəllimlərə böyük öhdəlik düşür. Möhkəm güvənə söykənərək bu münasibəti təşkil etmək olar. Təbii ki, burda ailələrin texnologiyaya necə münasibət bəsləməyi də önəmlidir. Sosial mediyada paylaşılanlarda gördüklərim sadəcə içimi acıdır... Möhdudiyyət mövzusuna gələsi olsaq, bu barədə ailələr ilk növbədə məhdudiyyəti özlərinə qoymalıdırlar. Belə vəziyyətlərdə mən, uşaq və yeniyetmələrdən daha çox onların ailələrinin texnologiyadan ifrat aslılığını daha çox görürəm. Yaxşı olardı ki, uşaqlarınızı həftə içində internetdən uzaq tutasınız, həftə sonu isə, nəzarətli şəkildə iki saat olmaqla verə bilərsiniz. Müasir texnologiyanın belə hökm sürdüyü bir zamanda uşaqlardan onu tam məhrum etmək həm imkansız həm də zərərlidir. Xüsusilə, ağıllı telefonlarla birlikdə gənclər və uşaqlarda texnoloji istifadənin artıq aslılıq dərəcəsinə çatdığını görürsünüzmü? Ağıllı telefonlar yerinə bir çox təsislər olsaydı, gənclərin ünsiyyəti asanlaşsaydı və zəncirvari ailə modeli tərk edilərək hər uşağın əlinə bir telefon verilməsəydi aslılıq da olmazdı. Fəqət, təəssüf ki uşaqların və yeniyetmələrin seçim şansı o qədər də çox deyil bu baxımdan, halbu ki, Almaniya, İsveçrə və s kimi ölkələrdə vəziyyət tamam başqa cürdür.
Kiçik yaşda uşaqların texnologiya ilə bu qədər içdən-içə yaxın olmağı doğrudurmu?çölə çıxıb oynamaq, xəyal dünyasını inkişaf etdirmək əvəzinə texnoloji alətlərə bu qədər bağlanmalarının səbəbi nədir? Əlbəttə, oynaya bilərlər. Dünya dəyişir, Amerikadakı gənc mədəniyyəti ölkəmiz daxil hər yerdə görə bilərsiniz. Bu mənada ölkəmizin dəyişən ailə qaydalarına və istifadə etdikləri tərbiyə üsuluna çox diqqət göstərməyimiz lazımdır. Bu mənada bu sual çox uzun cavab doğuracaq bir sualdır. Alman filosofunun fikri ilə desək: “insanoğlu ölümlüdür, ona görə də bütün məlumatları gələcək nəsillərə ötürməkdə məcburiyyət daşıyır” Ailələr dəyişməlidir, ifrat dərəcədə qoruyucu və güvənsiz ailələrin uşaqları da gələcəkdə gücsüz və özgüvənsiz böyüyəcək. Artıq uşaqlar və gənclər dostlarıyla bir araya gəlib görüşəndə belə telefonları ilə məşqul olurlar. Özəlliklə, yeniyetməlik çağında uşaqlar ailələrindən uzaqlaşıb dostları ilə vaxt keçirməyə üstünlük veririlər. Bunu daha çox müasir texnologiya vasitəsi ilə edirlər. Bəs bu aslılığın qarşısını necə almaq olar? Aslılıqdan qurtulma sadəcə texnologiyada deyil bütün məhvumlarda önəmlidir. Məktəblərdə bu barədə dərslər təşkil edilməlidir. Ən önəmlisi, övladlarımız texnologiya ilə var olmağı yox, həyatla var olmağı seçməlidirlər.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR