Səhərlər oyanmaqda çətinlik çəkirsinizsə və yataqdan qalxmaq istəmirsinizsə, içinizdə bir pessimizm-hüzn hakimsə, özünüzü yorğun, enerjisi tükənmiş, geriləmiş bir halda görürsünüzsə, demək, payız depressiyasına girmisiniz. Çünki payız gələndə özü ilə depressiyasını da gətirə bilir...
Yayın bitməsi ilə birlikdə günəşli günlər yerini buludlu və yağışlı günlərə verir. Günəşin daha az görünməsi, məktəblərin başlaması, məsuliyyətin artması, havaların sərinləşməsi insanlarda bəzi ruhi problemlər yarada bilər.
Payız depressiyası varmı? Yoxsa payızı bəhanəmi edirik?
Buna görə də payız bir az da hüzn mövsümü kimi xatırlanır. Payızda azalan günəş şüaları xoşbəxtlik hormonu olan serotonun ifrazının azalmasına və depressiyaya səbəb olur. Eyni depressiya qışda da baş verə bilər. Ancaq yay mövsümündən dərhal sonra olduğu üçün payız depressiyasına qış depressiyasından daha çox rast gəlinir.
Xəstəlik başladığı zaman adamda enerji və maraq azalır və ya itir, günahkarlıq duyğuları,iştah itkisi, bədbəxtlik hissi baş qaldırır. İnsan hər şeyə kədərlənir, hətta həyata istəyi belə itir. Ağlama halları artır, çətinlik və narahatlıq yaranır. Hətta heç bir şeydən zövq ala bilmir, iş qabiliyyəti azalır, yuxusu pozulur, cinsi istək azalır, özlərini yorğun hiss edərlər.
Ən azı iki həftə ərzində aşağıdakı şikayətlərdən beşini yaşayırsınızsa, depressiyada ola bilərsiniz:
Özünü kədərli hiss etmə;
Marağın azalması və zövq ala bilməmə;
Səbəbsiz kökəlmə və ya arıqlama;
Yuxusuzluq;
Həddən artıq yersiz hərəkətlilik və ya keylik;
Davamlı, səbəbsiz yorğunluq, enerji itkisi;
Dəyərsizlik və günahkarlıq duyğusu;
Düşünmə bacarığının azalması;
Ölüm və intihar düşüncələri.
Bu hallarda psixiatriya mütəxəssisinə müraciət etməli və normal həyatınızı nizamlı tutmağa çalışmalısınız.
Gün işığından mümkün olduqca çox faydalanın. Qısalmağa başlayan günlərdə mümkün olduqca gün işığına çıxın. Buludlu günlərdə belə səhər və ya günorta 20-30 dəqiqə çöldə keçirmək çox faydalı olar.
İdman edin. Gündə 30 dəqiqəlik aktiv yürüş kafi ola bilər.
Sağlam qidalanın. İştahınız artsa da, karbohidrat və sadə şəkərlərə üstünlük verməməyə çalışın. Bol-bol su üçün
Sonda isə hamınıza xoş həyat yaşamağı,problemlərdən uzzq olmağı diləyirəm.Hər şey ürəyinizcə olsun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yenə zəlzələ oldu
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Kağızdan saat düzəldilməsi
2013-cü ilin gəlinlik modelləri
Bakı yol polisindən xəbərdarlıq
"Meymun adam" rekord vurdu
Uşaq vaxtı öyrədiləcək 8 məqam
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş humanitar aksiya
Cennifer Lopez Tel-Əvivdə dincəlir-FOTO
Mehmet Ali Erbilin VƏSİYYATNAMƏsi
Gil qab bazarı "ölüb"
Balımızı acı edən nədir?
"Öpüş" salatı (foto-resept)
Beynindəki 25 şişi özü sağaltdı-FOTO
Həmyerlimiz Vilnüsdə həmsədr seçilib
Gülüş-1
Mətbəxdə bilmədiklərimiz...
Övladların valideynə borcu
Ataları fərqli olan əkizlər
Zəifləmiş saçlar üçün avokado maskası
Əksər qadınlar niyə ev işlərindən qaçırlar?
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Avropanın ən bahalı futbolçuları
Ramazan ayının 9-cu günüdür
Dahilərdən kəlamlar (I hissə)
Məşhur bəstəkar Sezen Aksunun FOTOsunu paylaşdı
Aramsız yağışlar daşqınlara səbəb oldu
Serenayı bir də belə görün - FOTO
Azərbaycanlı qadınlar niyə əcnəbilərə ərə gedirlər?
Şahzadənin toyu təxirə salındı - FOTO
Qarabağda qurulacaq kitabxana üçün ilk addım - FOTO
Kürəyə taxılan çantalar
Yamanlığa yaxşılıq ər kişinin işidir!
Vahid geyim dəyişə bilər
Hər kəsin "çirkin ördək" dedikləri qız indi-FOTO
Bu günün hava proqnozu
İrinanın incə belilin sirri məlum oldu-FOTO
Saytımızın həkimi "İlin həkimi" müsabiqəsinin Qalibi oldu!
Türk aktrisası ilk dəfə etiraf etdi
Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”
Baş həkimlərə xəbərdarlıq edildi
Geyimlərinizi tamamlayacaq 4 bahar aksesuarı
Avtobus dayanacaqlarında kart aparatlarının quraşdırılmasına başlanılıb
Azərbaycanda orta məktəblərdə yenilik
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
Quru göz sindromu
Türk aktrisaları içində birinci oldu-FOTO
Girovumuz şikayətə hazırlaşır
Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?
“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir - FOTO
- ŞƏRHLƏR