Qadin.NET / Payız depressiyası

Payız depressiyası

Səhərlər oyanmaqda çətinlik çəkirsinizsə və yataqdan qalxmaq istəmirsinizsə, içinizdə bir pessimizm-hüzn hakimsə, özünüzü yorğun, enerjisi tükənmiş, geriləmiş bir halda görürsünüzsə, demək, payız depressiyasına girmisiniz. Çünki payız gələndə özü ilə depressiyasını  da gətirə bilir...

  Yayın bitməsi ilə birlikdə günəşli günlər yerini buludlu və yağışlı günlərə verir. Günəşin daha az görünməsi, məktəblərin başlaması, məsuliyyətin artması, havaların sərinləşməsi insanlarda bəzi ruhi problemlər yarada bilər.

  Payız depressiyası varmı? Yoxsa payızı bəhanəmi edirik?

  Yay təbiətin canlanmasını, özümüzü daha şən və coşğulu hiss etməmizi təmin edir. Payız isə günəşli gözəl günlərin geridə qaldığı və soyuq qış günlərinin gəlməkdə olduğunu xatırladır. Havaların pisləşməsi, günlərin qısalması, açıq havadakı gəzintilərdən günəşsiz bağlı yerlərdə oturulacaq olması bizə kefsizlik və bədbəxtlik hissi verə bilər.

 

Buna görə də payız bir az da hüzn mövsümü kimi xatırlanır. Payızda azalan günəş şüaları xoşbəxtlik hormonu olan serotonun ifrazının  azalmasına və depressiyaya səbəb olur. Eyni depressiya qışda da baş verə bilər. Ancaq yay mövsümündən dərhal sonra olduğu üçün payız depressiyasına qış depressiyasından daha çox rast gəlinir.

Xəstəlik başladığı zaman adamda enerji və maraq azalır və ya itir, günahkarlıq duyğuları,iştah itkisi, bədbəxtlik hissi baş qaldırır. İnsan hər şeyə kədərlənir, hətta həyata istəyi belə itir. Ağlama halları artır, çətinlik və narahatlıq yaranır. Hətta heç bir şeydən zövq ala bilmir, iş qabiliyyəti azalır, yuxusu pozulur, cinsi istək azalır, özlərini yorğun hiss edərlər.

Ən azı iki həftə ərzində aşağıdakı şikayətlərdən beşini yaşayırsınızsa, depressiyada ola bilərsiniz:

Özünü kədərli hiss etmə;

Marağın azalması və zövq ala bilməmə;

Səbəbsiz kökəlmə və ya arıqlama;

Yuxusuzluq;

Həddən artıq yersiz hərəkətlilik və ya keylik;

Davamlı, səbəbsiz yorğunluq, enerji itkisi;

Dəyərsizlik və günahkarlıq duyğusu;

Düşünmə bacarığının azalması;

Ölüm və intihar düşüncələri.

   Bu hallarda psixiatriya mütəxəssisinə müraciət etməli və normal həyatınızı nizamlı tutmağa çalışmalısınız.

Gün işığından mümkün olduqca çox faydalanın. Qısalmağa başlayan günlərdə mümkün olduqca gün işığına çıxın. Buludlu günlərdə belə səhər və ya günorta 20-30 dəqiqə çöldə keçirmək çox faydalı olar.

İdman edin. Gündə 30 dəqiqəlik aktiv yürüş kafi ola bilər.

Sağlam qidalanın. İştahınız artsa da, karbohidrat və sadə şəkərlərə üstünlük verməməyə çalışın. Bol-bol su üçün

      Sonda isə hamınıza xoş həyat yaşamağı,problemlərdən uzzq olmağı diləyirəm.Hər şey ürəyinizcə olsun!


26 sentyabr 2012
GO BACK