“Gələcəyə dönüş” filmini hər birimiz xatırlayırıq. İllər ərzində çox sevilən bu filmə bu yaxınlarda təkrarən baxmalı oldum. Ona görə ki, xatırladığım qədəri ilə “Gələcəyə dönüş-2”-nin ilk 40 dəqiqəsi 2015-ci ili təsvir edir. Bəli, “Gələcəyə dönüş” filmi 1986-89-cu illərdə çəkilmiş olsa da zaman maşını sayəsində qəhrəmanlar 2015-ci ilə səyahət etmiş olurlar. Səbəb isə gələcəkdə övladlarının edəcəkləri ani səhvə görə bütün ailənin adı ləkələnə biləcəkdi. Bu səhvin baş tutmaması üçün qəhrəmanlar həmin tarixə yəni 2015-ci il oktyabrın 21-nə getmək məcburiyyətində qalırlar. Filmin bu hissəsinə baxmağınızı tövsiyə edirəm. Gəlin, keçək xəbərimi hazırlamaq məqsədimə. 25 il əvvəl çəkilmiş bir filmdə hal-hazırda yaşadığımız 2015-ci ili nə dərəcədə təxmin edə biliblər, nə dərəcədə şişirdiblər bunları araşdıraq.
Filmin 2015-ci ili cərəyan etdiyi ilk dəqiqəsində diqqətimi çəkən uçan maşınlar oldu. İşıqfor belə səmada idi. Şəhər adları, yol hərəkət işarələri də. Taksi üçün nağd pul əvəzinə xüsusi aparata sərnişin baş barmağını basır və qəbz götürür. Sərnişin qəbzi atmır. Çox güman ki, sonradan ödəniş üçün nəzərdə tutulub.
Daha sonra marağımı çəkən ağ idman ayaqqabıları idi. Ayaqqabı bağı avtomatik bağlanırdı. İndi deyəcəklərimə inanmayacaqsınız, amma tamamilə həqiqətdir. “Nike” markası filmdəki bu ayaqqabının eynisini icad edib və cütünü 75 min ABŞ dollarına satışa qoyub.
İnternet mağazalarda özünüz də öyrənə bilərsiniz. Niyə bu qədər baha olduğunu bilmirəm, amma bildiyim odur ki, ayaqqabıdan qazanılacaq pullar Parkinson xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədi ilə fonda yatırılır. Qeyd edim ki, baş qəhrəman özü də parkinson xəstəliyindən əziyyət çəkir. Ayaqqabılar 2012-ci ildən bəri satışdadır.
İkinci diqqət çəkən əşya gödəkçə oldu. Bəli, gödəkçə heç də adi deyildi. Hər bədən ölçüsünə asanlıqla uyğunlaşdırılan, üstəlik yaş bədəni fenləyən gödəkçə inanılmaz idi. Maraqlıdır, onu qısa zamanda ixtira edən tapılacaqmı?
Daha sonra uçan skateboard diqqətimi çəkdi. Hər yerdə “uça” bilən skateboard bir tək su üzərində uça bilmirdi. 2015-ci ildə yaşasaq da, uçan skateboard ixtira edilmədiyini çox gözəl bilirik. Lakin alimlər bunun da üzərində işləyirlər. Bir neçə fikir yürüdüb sınaqdan keçirirlər. Tezliklə onlara da rast gələcəyik.
Daha sonra polis maşınları qeyri-adi xarici görünüşə malik olmaqla yanaşı eyni zamanda uçurdu. Üzərində sənədi olmayan insanın barmaq izi sayəsində kimliyini, yaşadığı ünvanı öyrənə bilirdilər. Taxdıqları papaqları da bir o qədər fərqli idi. Gördüyünüz kimi 2015-ci ildə heç bir polis maşını uçmur və ölkənin hər sakininin barmaq izini tanımırlar.
Müştərilərlə maraqlanan elektron ofisiant. Bu, müasir günümüzdə olmasa da, çox güman ki, yaxın gələcəkdə olacaq.
Filmdə X-box Kennet oynamağa alışan uşaqlar avtomat oyunlarını oynamağı bacarmırlar. Hal-hazırda çox dəbdə olan X-box oyunlarından xəbəriniz var. Bu sahədə də təxminləri düzdür.
Scype ünsiyyət vasitəsini də düz təxmin ediblər.
Texnoloji eynək Google eynəklərini xatırladır. Demək, onu da düz təxmin ediblər.
Planşetlər, İpadların olacağını da düz təxmin ediblər.
3D görüntülü filmlər. Filmdə 3D görüntüsünü holoqram akula vasitəsi ilə bildirirlər.
Plazma ekranlı televizorlar da düz təxmin edilmişdir. Demək olar ki, hər birimizin evində LCD monitorlu televizorlar var.
Filmdə səs vasitəsi ilə işığın yanıb sönməsi də hazırkı dövr üçün normaldır. Bir şey ki, əl çalmaqla belə işıq yandırıb söndürmək mümkündür. Amma filmdə bu bütün sadə əhalinin evində təsvir edilib. Gördüyünüz kimi hər birimizin evində səslə idarə edilən işıq sistemi yoxdur.
Daha sonra filmdə diqqətimi çəkən cəftəsi olmayan qapılar oldu. Ev yiyəsi evinə barmaq izi vasitəsi ilə daxil olur və çıxır. Onlara açar gərək deyil. Düzdür, barmaq izi kimi təhlükəsizlik sisteminə kompüterlərdə, mobil telefonlarda rast gəlmişik. Amma heç birimiz evimizə barmaq izi ilə daxil olmuruq. Çox güman ki, yaxın zamanda buna da çarə taparlar. Amma bəzi təhlükəsizlik sisteminə əsaslanaraq ofislərə da barmaq izi vasitəsi ilə daxil olurlar.
3 saniyə ərzində pizzanın bişdiyini görmək, həm də olduğu ölçüdən 5 dəfə böyümüş halda əldə etmək mümkünsüz görünür. Amma filmdə bu cəmi 3 saniyə çəkir. Təbii ki, 2015-ci ildə mətbəxdə inkişaf olsa da, kiçik bir yeməyi böyüdəcək qədər inkişaf olmayıb. Yaxın zamanda buna rast gələcəyimizi zənn etmirəm.
Şəhərdə itləri sahibləri deyil, robot aparatlar gəzdirir. Bunu şəkildə aydın görmək mümkündür.
Mən sizə filmdəki xırdalıqları qabartdım. Siz isə filmə baxaraq zövq alın. Əgər qeyd etməyi unutduğum nəsə görsəniz, şərhdə mütləq yazın. Yeniliklərə hər zaman hazır olaq...
XƏBƏR LENTİ
Qiyməli qarabaşaq (foto resept)
HAVA necə olacaq?-12 yanvar
Selena Gomez karonavirusdan qorunmaq üçün bunu etdi-FOTO
Şirin şpits
23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi - FOTO
Başqa ölkələrdə uşaq tərbiyəsi
Nazirlikdən Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANAT
Mikayıl Cabbarov: "Təhsildə dəyərlər anlayışını fəaliyyətimizin yol xəritəsinə çevirməliyik"
Ermənilərdən etiraf: "Prezidentimiz qorxaq, silahımız yox, özümüz biçarə"
Qozlu peçenye (foto resept)
Rinanna Geyimi ilə seçildi - FOTO
Prezident Bilik Günü münasibətilə paylaşım etdi
Fərqin fərqinə varın
Bədənin ayrılıq zamanı verdiyi 5 reaksiya
Yeni il gəlir: Zodiak bürclərinin hədiyyə gözləntiləri
Ölümü proqnozlaşdıran texnologiya yaradıldı
"Ustad" dərgisinin 27-ci sayı işıq üzü gördü!
Dünyada İLK DƏFƏ - İmmunitetin arı zəhəri ilə müalicəsi
Bakıda "Baku World Challenge-2014" qalibləri müəyyənləşib
15 sentyabr xəbərdarlığı
Karpal tunel sindromu
"Əl çəkin ondan - özü necə gəlib, elə də çıxıb gedəcək"
İmkan verin, bir az da yatım...
Azərbaycanda uşaq bağçaları yenidən açılır? - RƏSMİ
Nazirlik sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Hadise yenə narazıdır-SƏBƏB
Emosional zəka nədir?
Doğum tarixinə görə bədən quruluşunuz (TEST)
Yuxuda yıxılma hissi
Dollar yenə bahalaşdı
Qara nöqtələr üçün darçın maskası
Köynək düymələri
Sabahın hava proqnozu
Sadə dekorasiya modelləri
İmtahanlar 7-dək bitəcək
Bengünün HAMİLƏLİK xəbəri yayıldı
Seriallar
Retro saç aksesuarları: yaylıq
Bu gün virtual “Son zəng” keçiriləcək
"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz
Su börəyi ( foto resept)
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Ordumuza çörək bişirən aşpaz: “İnana bilmirəm ki, kitablarda oxuduğum Qarabağı gəzirəm” -VİDEO
Yağ alanda diqqətli olun: Marketdən aldığı yağ köhnə çıxdı
Koronavirusla bağlı son STATİSTİKA
Nobel Sülh Mükafatının sahibi bilindi
Günün ulduz falı
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Mehriban Əliyeva Aprel döyüşlərində şəhid olan oğullarımız haqqında yazdı - FOTO
Dünyanı bu qadınlar idarə edir
- ŞƏRHLƏR