Qadin.NET / "Gələcəyə dönüş"-filmində 2015-ci il

"Gələcəyə dönüş"-filmində 2015-ci il

"Gələcəyə dönüş"-filmində 2015-ci il

“Gələcəyə dönüş” filmini hər birimiz xatırlayırıq. İllər ərzində çox sevilən bu filmə bu yaxınlarda təkrarən baxmalı oldum. Ona görə ki, xatırladığım qədəri ilə “Gələcəyə dönüş-2”-nin ilk 40 dəqiqəsi 2015-ci ili təsvir edir. Bəli, “Gələcəyə dönüş” filmi 1986-89-cu illərdə çəkilmiş olsa da  zaman maşını sayəsində qəhrəmanlar 2015-ci ilə səyahət etmiş olurlar. Səbəb isə gələcəkdə övladlarının edəcəkləri ani səhvə görə bütün ailənin adı ləkələnə biləcəkdi. Bu səhvin baş tutmaması üçün qəhrəmanlar həmin tarixə yəni 2015-ci il oktyabrın 21-nə getmək məcburiyyətində qalırlar. Filmin bu hissəsinə baxmağınızı tövsiyə edirəm. Gəlin, keçək xəbərimi hazırlamaq məqsədimə. 25 il əvvəl çəkilmiş bir filmdə hal-hazırda yaşadığımız 2015-ci ili nə dərəcədə təxmin edə biliblər, nə dərəcədə şişirdiblər bunları araşdıraq. 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Filmin 2015-ci ili cərəyan etdiyi ilk dəqiqəsində diqqətimi çəkən uçan maşınlar oldu. İşıqfor belə səmada idi. Şəhər adları, yol hərəkət işarələri də. Taksi üçün nağd pul əvəzinə xüsusi aparata sərnişin baş barmağını basır və qəbz götürür. Sərnişin qəbzi atmır. Çox güman ki, sonradan ödəniş üçün nəzərdə tutulub. 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Daha sonra marağımı çəkən ağ idman ayaqqabıları idi. Ayaqqabı bağı avtomatik bağlanırdı. İndi deyəcəklərimə inanmayacaqsınız, amma tamamilə həqiqətdir. “Nike” markası filmdəki bu ayaqqabının eynisini icad edib və cütünü 75 min ABŞ dollarına satışa qoyub.

"Gələcəyə dönüş"-filmində 2015-ci il

İnternet mağazalarda özünüz də öyrənə bilərsiniz. Niyə bu qədər baha olduğunu bilmirəm, amma bildiyim odur ki, ayaqqabıdan qazanılacaq pullar Parkinson xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədi ilə fonda yatırılır. Qeyd edim ki, baş qəhrəman özü də parkinson xəstəliyindən əziyyət çəkir. Ayaqqabılar 2012-ci ildən bəri satışdadır. 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

İkinci diqqət çəkən əşya gödəkçə oldu. Bəli, gödəkçə heç də adi deyildi. Hər bədən ölçüsünə asanlıqla uyğunlaşdırılan, üstəlik yaş bədəni fenləyən gödəkçə inanılmaz idi. Maraqlıdır, onu qısa zamanda ixtira edən tapılacaqmı? 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Daha sonra uçan skateboard diqqətimi çəkdi. Hər yerdə “uça” bilən skateboard bir tək su üzərində uça bilmirdi. 2015-ci ildə yaşasaq da, uçan skateboard ixtira edilmədiyini çox gözəl bilirik. Lakin alimlər bunun da üzərində işləyirlər. Bir neçə fikir yürüdüb sınaqdan keçirirlər. Tezliklə onlara da rast gələcəyik.  

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Daha sonra polis maşınları qeyri-adi xarici görünüşə malik olmaqla yanaşı eyni zamanda uçurdu. Üzərində sənədi olmayan insanın barmaq izi sayəsində kimliyini, yaşadığı ünvanı öyrənə bilirdilər. Taxdıqları papaqları da bir o qədər fərqli idi. Gördüyünüz kimi 2015-ci ildə heç bir polis maşını uçmur və ölkənin hər sakininin barmaq izini tanımırlar.

Müştərilərlə maraqlanan elektron ofisiant. Bu, müasir günümüzdə olmasa da, çox güman ki, yaxın gələcəkdə olacaq.

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Filmdə X-box Kennet oynamağa alışan uşaqlar avtomat oyunlarını oynamağı bacarmırlar. Hal-hazırda çox dəbdə olan X-box oyunlarından xəbəriniz var. Bu sahədə də təxminləri  düzdür.

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Scype ünsiyyət vasitəsini də düz təxmin ediblər.

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Texnoloji eynək Google eynəklərini xatırladır. Demək, onu da düz təxmin ediblər.

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Planşetlər, İpadların olacağını da düz təxmin ediblər.

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

3D görüntülü filmlər. Filmdə 3D görüntüsünü holoqram akula vasitəsi ilə bildirirlər.

Plazma ekranlı televizorlar da düz təxmin edilmişdir. Demək olar ki, hər birimizin evində LCD monitorlu televizorlar var. 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Filmdə səs vasitəsi ilə işığın yanıb sönməsi də hazırkı dövr üçün normaldır. Bir şey ki, əl çalmaqla belə işıq yandırıb söndürmək mümkündür. Amma filmdə bu bütün sadə əhalinin evində təsvir edilib. Gördüyünüz kimi hər birimizin evində səslə idarə edilən işıq sistemi yoxdur.

 "Gələcəyə dönüş"-filmində 2015-ci il

Daha sonra filmdə diqqətimi çəkən cəftəsi olmayan qapılar oldu. Ev yiyəsi evinə barmaq izi vasitəsi ilə daxil olur və çıxır. Onlara açar gərək deyil. Düzdür, barmaq izi kimi təhlükəsizlik sisteminə kompüterlərdə, mobil telefonlarda rast gəlmişik. Amma heç birimiz evimizə barmaq izi ilə daxil olmuruq. Çox güman ki, yaxın zamanda buna da çarə taparlar. Amma bəzi təhlükəsizlik sisteminə əsaslanaraq ofislərə da barmaq izi vasitəsi ilə daxil olurlar. 

 

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

3 saniyə ərzində pizzanın bişdiyini görmək, həm də olduğu ölçüdən 5 dəfə böyümüş halda əldə etmək mümkünsüz görünür. Amma filmdə bu cəmi 3 saniyə çəkir. Təbii ki, 2015-ci ildə mətbəxdə inkişaf olsa da, kiçik bir yeməyi böyüdəcək qədər inkişaf olmayıb. Yaxın zamanda buna rast gələcəyimizi zənn etmirəm. 

 

"Gələcəyə dönüş"-filmində 2015-ci il

Şəhərdə itləri sahibləri deyil, robot aparatlar gəzdirir. Bunu şəkildə aydın görmək mümkündür. 

Mən sizə filmdəki xırdalıqları qabartdım. Siz isə filmə baxaraq zövq alın. Əgər qeyd etməyi unutduğum nəsə görsəniz, şərhdə mütləq yazın. Yeniliklərə hər zaman hazır olaq... 

13 yanvar 2015
GO BACK