
Milli.Az Publika.Az-a istinadən Zodiak bürclərinin hədiyyə gözləntiləri barədə maraqlı məlumatları təqdim edir.
Qoç
Qoçlar praktik varlıqdır və istifadə edə biləcəyi hədiyyəyə üstünlük verir. Onlar üçün əsas odur ki, hədiyyə məişətdə istifadə olunsun, ona görə də hədiyyə seçərkən bu fakta fikir verin. Qoçlara hədiyyə kimi pul, məişət texnikası və ya digər faydalı əşyalar olan yaddaş kartı, telefon, kəmər və əlcək verə bilərsiniz. Kişi Qoçlara alışqan, qəlyan, silah hədiyyə etməyiniz məsləhətdir. Qadın Qoçlar isə xəz-dəri əşyaları və təbii metal zinət əşyalarına üstünlük verir.
Buğa
Buğa gözəllik aludəçisidir, bununla yanaşı, onlar praqmatikdirlər. Ona görə də Buğalar üçün ucuz hədiyyə seçməyin. Buğalara bahalı əntiq əşya, sanballı saat və aksesuar, məşhur rəssamların rəsm əsəri və digər təsirli əşyalar hədiyyə verə bilərsiniz. Kişi Buğaya hədiyyə kimi bahalı içki, qalstuk verə bilərsiniz. Qadın Buğa isə öz evini çox sevir. Ona görə də qadın Buğa evini yeni süfrə, qab-qacaq, texnika və məişət əşyaları ilə bəzəməyi də xoşlayır. Hədiyyə kimi onlara kosmetika, bahalı ətir və bijuteriya da verə bilərsiniz.
Əkizlər
Əkizlər çox aktiv və həyat sevən varlıqdır. Onlar intellektli olduğu kimi ikili naturaya məxsusdur. Ona görə də hədiyyəni onlara uyğun seçmək lazımdır. Yaxşı olardı ki, onlara iki hədiyyə verəsiniz. Axı Əkizlər ikili şəxsiyyətdən ibarətdir. Kişi
Əkizlərə bahalı zaponka və ya qələm, intellektual stolüstü oyunlar verə bilərsiniz. Qadın Əkizlərə zinət əşyaları uyğundur. Lakin onlar nadir və eksklüziv hədiyyəni sevir. Bununla yanaşı, onlar macəra-hədiyyə də sevirlər. Məsələn, paraşütdən tullanış, göydələnin sonuncu mərtəbəsində şam yeməyi.
Xərçəng
Xərçənglər çox həssas və ehtiyatını görən naturadır. Siz onlara nə hədiyyə versəniz belə, əmin olun ki, o, hədiyyə Xərçənglərdə artıq var. Ona görə də Xərçənglərə hədiyyə seçərkən bir qədər beyninizi işə salın. Xərçənglərə əntiq əşya, sandıq, qravyura, həmçinin də qədimi kitab və zinət əşyaları verə bilərsiniz. Kişi Xərçəngə stolüstü lampa və ya bahalı markalı şərab şüşəsi verə bilərsiniz. Qadın Xərçənglərə talisman, boşqab, mirvaridən hazırlanmış bəzək əşyası və pərqu əşyalar verə bilərsiniz.
Şir
Şirlər alicənab insanlardır. Onlar hər bir hədiyyəni xoşlayır. Sizin onlara nə hədiyyə seçməyiniz vacib deyil. Əsas odur ki, hədiyyəni yaxşı bağlayıb yaxşı da təqdim edə biləsiniz. Kişi Şirlərə trofey silah, bahalı spirtli içki, qiymətli daş-qaşla işlənmiş üzük və ya qalstuk verə bilərsiniz. Qadın Şirlər bəzək və qiymətli daşlar, bahalı parfüm və avtomobilə üstünlük verirlər.
Qız
Qızlar yığcam, praktik və ünsiyyətcildirlər. Onlar hədiyyənin xarici görkəminə də fikir verirlər. Rəfə qoyulmayan hər bir hədiyyə qızlara uyğundur. Əsas odur ki, hədiyyəni istifadə edə bilsinlər. Kişi Qızlar telefon, noutbuk, rükzak və alət dəstinə önəm verir. Qadın cinsli qızlara hədiyyə kimi gün eynəyi, mətbəx avadanlığı və yataq dəstini hədiyyə edin.
Tərəzi
Tərəzilər gözlənilməzdir. Onlar cazibəli və hərdəmxəyal olurlar. İncəsənət, orijinallıq və zərifliyi xoşlayır. Ona görə də Tərəzi bürcündən olan insanlara əldə düzəldilmiş hər hansı bir hədiyyə verin. Məsələn, onların şərəfinə yazılmış şeir, musiqi əsəri. Kişi Tərəzilərə kitab, bahalı bilərzik, yüksək keyfiyyətli çay verin. Qadın Tərəzilər isə hədiyyə kimi kosmetika və bəzək əşyası, əlcək və ya şərf, zərif baş örtüyü, çanta və bahalı ətirlərə önəm verir.
Əqrəb
Əqrəblər fəal və tələbkar naturadır. Əgər verdiyiniz hədiyyə onların xoşuna gəlməsə, siz bunu yerindəcə biləcəksiniz. Ona görə Əqrəblərə əntiq əşya, brilyant və daşlardan hazırlanmış zinət əşyası, əqrəb işarəsi olan kulon verməyiniz məsləhətdir. Kişi Əqrəblərə silah, ekzotik şərq suveniri və erotik xarakterli hədiyyə verin. Qadın Əqrəblərə isə ətir və erotik alt paltarı hədiyyə edin.
Oxatan
Oxatanlar lider və fərqli insanlar olur. Onlara hədiyyə kimi məzəli hədiyyə, kitab verin və ya ekzotik ölkəyə səyahət təşkil edin. Kişi Oxatanlara onları centlmen kimi göstərə biləcək istənilən hədiyyəni vermək olar. Qadın Oxatanlara isə bahalı ətir, bijuteriya, idman zalı və ya hovuza abunə bileti verin.
Oğlaq
Oğlaqlar ambisiyalı və qənaətcil insanlardır. Bu bürcün nümayəndələrinə kəmər, zaponka, çətir, zinət əşyaları və saat verə bilərsiniz. Kişi Oğlaqlar hədiyyə sertifikatı və pula önəm verirlər. Qadın Oğlaqlar nadir hədiyyələr kimi nənədən qalma zümrüd və yaqut qaşlardan hazırlanmış bəzək əşyasını xoşlayırlar.
Dolça
Dolçalar gözlənilməz adamdır. Onlar üçün hədiyyəni eksklüziv mağaza və ya ekzotik dünya ölkələrinin bazarında axtarın. Kişi Dolçalara heykəl, xiromantiya üzrə kitab, qədim gözmuncuğu hədiyyə edin. Qadın Dolçalara isə dizayner geyimi və ya səyahət bileti hədiyyə edin.
Balıqlar
Balıqlar sakit və həssas naturadır. Onlar üçün hədiyyənin nədən ibarət olması önəmli deyil. Əsas odur ki, hədiyyə səmimi təqdim olunsun. Kişi Balıqlara konsertə bilet, kolleksiya üçün silah və ya musiqi diskləri verin. Qadın Balıqlar bahalı geyim, şüşədən hazırlanmış heykəlcik və intim xarakterli hədiyyələrə əhəmiyyət verirlər.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Dima Bilan psixiatrik klinikaya yerləşdiriləcək
Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”
İtlər və qəribəlikləri
Məşhur aktrisa qeyri-adi imicdə - FOTO
Vanna otağı dekorasiyasında bunlara diqqət edin!
İçdiyimiz suyun tərkibində nə var?
Gözaltı problemləri üçün 2 maska
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Azərbaycandan gedənlərin sayı açıqlandı
Valideynlərə təcili kömək -7
"Dişləyən" texnika: qorxu, yoxsa bilməzlik?
Çin təkuşaqlılıqdan imtina edir
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Daha çox pul qazandırdığı düşünülən 10 iş
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
3 şahmatçımız medalla dönür
Sinan Akçıl xəyanət iddialarına cavab verdi
XX əsrin faciəsi: Xocalı soyqırımından 22 il ötür
Yoqanın faydası nədir?
İlhamə Quliyevanın mirasına həbs qoyuldu
Mədəsindən 8 kq pul çıxdı – FOTO
ABŞ-dan İŞİD-ə daha bir ağır zərbə
AzTV ittihamlara cavab verdi: Aksiya zamanı kabellərimizi kəsdilər... - VİDEO
Pınar Altuğu görənlər təəccüblənib-FOTO
TV-yə baxmaqdan yaranan QORXULU XƏSTƏLİK
Günün ulduz falı
Pəhriz saxlayanların nəzərinə
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Dünya bazarında neftin qiyməti
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!
Azərbaycanda "Hepatit" virusuna yoluxanların sayı azalıb
İllərlə düşmən tapdağında qalan yurd yerimizdən ürəkdağlayan görüntülər - VİDEO
Sabahın hava proqnozu
Kəsmikli-limonlu peçenye (foto resept)
"Gənc Alimə Məktublar" kitabı oxucu kütləsinə təqdim edilir!
Ev çörəyi (foto resept)
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Atmosferin həyat üçün uyğunluğu
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
Maraqlı ideyalar
Günəş bizi bu xəstəlikdən qoruyurmuş – araşdırma
Azərbaycan əsgəri Xankəndinin mərkəzində - VİDEO
"Bizim Cəbiş müəllim"in Makedonu
Rəngli qənd (foto resept)
Qısqanclığın sərhədi
Gəncəyə hücum düşmənə baha başa gəldi: “S-300” məhv edildi - VİDEO
Gözəl yataq dəstləri
Ombasını dikləşdirmək istəyərkən ölümdən döndü
DİM-dən xarici dil imtahanları ilə bağlı narazılıqlara CAVAB
"Barsa" qışda kimi transfer edəcək?

- ŞƏRHLƏR