Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox”.
Nüsrət Kəsəmənli..
Əzizlərim,bəs sizin həyatınızda necə?- biri vardı, biri yox? Ya biri var, biri yox?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qitələrarası ilk “teleportasiya” keçirilib
Bu günün Ramazan təqvimi (13 iyul)
Yeniyetmələri bu təhlükədən qoruyun
3 günə sürətli arıqladan pəhriz
Əvvəll döydü, sonra xilas etdi
Möhtəşəm çəkmə modelləri
Piti
Gürcüstanın ilk qadın prezidenti and içdi
İşğaldan azad etdiyimiz Hadrut qəsəbəsinin eksklüziv görüntüləri - VİDEO
HAVA necə olacaq?-2 Yanvar
Hərbi vəziyyət elan olunur?
Əhaliyə xəbərdarlıq
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Süd və süd məhsullarının faydaları
8 may - Şuşanın işğal günüdür!
Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO
Ermənilər küçəyə axışır
Yayın dəbi
ABŞ ermənilərə "od qoydu"
Bir ayda İSN-nə 450 müraciət edilib
Yaponlar Lexus-u dəyişdilər
Hikmət Hacıyev: “Ermənistanın Gəncədə törətdiyi terrorun növbəti qurbanı 13 yaşlı Artur olub” - FOTO
Armudlu qozlu piroq (foto resept)
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Hazal Kaya Amerikaya gedir-SƏBƏB
Şeyma Subaşının kitabı ön satışa çıxarıldı-FOTO
2013-cü ilin 9 dırnaq boyası
Ramazan ayında şeytanın təhrikləri necə olur?
Daima üşüməyin səbəbləri
Balıq ətli zapekanka (foto resept)
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Hava haqqında
Azərbaycan 9 milyon avro alacaq
12 noyabr-Konstitusiya günüdür!
Ərdoğan: "Ermənistan odla oynayır"
Qeyri-adi interyer nümunələri
Selindən gözəl səbətlər
İki cüt əlcəyə fantastik qiymət
Şahzadə Harri şəhid ailələrini təbrik etdi
Çin növbəti rekorda imza atdı-7 min kilometrə yaxın ...
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Hamilə və süd verən anaların makiyajı
"Qızıl top"un sahibi bilindi
Molla Nəsrəddinlə gülək
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
"Piti" (foto-resept)
"Taxt oyunların"da ölənlər üçün ehsan payladılar
175 kiloqram arıqladı - həyatı dəyişdi - FOTO
Xaçapuri (foto resept)
- ŞƏRHLƏR