
Şeytanın insan üzərindəki hakimiyyəti onu vəsvəsə etməkdən və təhrik etməkdən irəli getməz. Şeytan insanı sadəcə olaraq dəvət edər, məcbur edə bilməz.
Oruc, təbii halda şeytanin insanı yolundan azdırması üçün lazım olan zəminələrini aradan qaldırar. Yəni oruc, şeytanın təhrik yollarını bağlayar. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Şeytan insanda qan kimi axar, ona görə də aclıqla onun keçid yollarını daraldın”.
Bu hədis aydın şəkildə onu göstərir ki, oruc təbii halda şeytanın insana hakim olmasına mane olur. Ramazan ayında şeytan zəncirə vurulduğu kimi, əmmarə nəfs də zəncirə vurular. İnsan üzərində olan nüfuzu azalar. İmam Əlinin (ə) buyurduğu kimi: “Aclıq – nəfsi əsir etmək və adətini sındırmaq üçün necə də gözəl yavərdir”.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədislərə nəzər salanda görmək olur ki, oruc insanın nəfsini tərbiyə etməsində nə qədər təsirli və faydalıdır. Oruc mane olar ki, şeytan insana hakim olsun, nəfsi istəklər insanı incitməz, insanın ağlı azad olar və düşüncələri çiçəklənər, istedadları üzə çıxar.
Həzrət Peyğəmbər (s) buyurur: “Aclıq və susuzluq vasitəsilə nəfsinizlə cihad edin. Çünki savabı Allah yolunda cihad edənin savabı kimidir”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Ürəklərinizi az gülmək və az yeməklə dirildin. Onu aclıqla pak edin ki, saf və şəffaf olsun”.
İnsan Ramazan ayında insalığını dərk edər və ibadətinin sayını artırar. Sanki Allaha yaxınlaşmaq üçün bir fürsətin yarandığını fitri olaraq hiss edər. İlahi tofiqin insana şamil olması onun seçimindən də çox asılıdır. Əgər İlahi qonaqlığın qonağı olmağı seçərsə, bu inayət ona da şamil olar. Əks halda çox şeyi əldən vermiş olar. Şeytanın zəncirə salındığı bu mübarək aydan qalan aylarda edə bilmədiyimiz işlər üçün faydalanaq və istifadə edək.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri














