Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki:
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəklə çıxarmışam mən qışı.
Şalvar, pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə,
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı, ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı, biri yox.
Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox”.
Nüsrət Kəsəmənli..
Əzizlərim,bəs sizin həyatınızda necə?- biri vardı, biri yox? Ya biri var, biri yox?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur aktyor izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Badamlı peçenye (foto resept)
Bu il hansı universitetlər tələbələrini yataqxana ilə təmin edəcək? - SİYAHI
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Darçınlı bisküvit (foto-resept)
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Dilqəmdən oğluna məktub
Tuneldəki dərinlik
Boğaziçi körpüsünə şəhidlərin adı veriləcək
Hamilə Miranda Kerr -FOTO
Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ
Tarkana 3 milyonluq qonorar verildi-FOTO
İranlılara ümrə ziyarəti yasaqlandı
Siqaretlərin qiyməti düşdü
Çinin bütün əyalətləri virusa təslim oldu
2020-ci il üçün Bill Qeyts-dən beş kitab tövsiyəsi
Sürücələrə: "Yolu unudun"
Gözlər qəlbin aynasıdır
Apple pulları artırdı
Temperatur 40 dərəcəyə çatacaq
Merve Boluğur şantaj edildi
Lotoreyada 5 milyon dollar uddu
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
Nokia brendi yox olur
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
Qozlu, kremli kürəciklər (foto resept)
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Pomidorlu düyü şorbası (foto resept)
"Mançester Yunayted"in "şrek"i 150-ni partlatdı
Milli Məclis dövlət büdcəsini nə vaxt təsdiqləyəcək?
Bu kişilərlə evlənməyin
Türkiyədə çayda üzən tabutlar insanları qorxuya saldı - VİDEO
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bu dəfə yol bağlanmayacaq
Aynada özümüzə baxırıqmı?
Nə üçün xiyar yeməliyik?
"Qarabağ" - "Neftçi" finalının keçiriləcəyi stadion
Qızıl balıqlı yaşıl şorba (foto resept)
İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Niyə bəzi insanlar evlənməkdən qorxur?
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Əfsanəvi aktyor karyerası ilə vidalaşır
Hava haqqında
BÜRCLƏR bizə nə vəd edir? -26 İyun
Bu günün hava proqnozu - 07.11.2013
Qadınlar haqqında deyilənlər
Payız fəsli üçün geyimlər
Özcan Deniin paylaşımı Diqqət Çəkdi-FOTO
- ŞƏRHLƏR