Prezident İlham Əliyevin Azərbaycanın informasiya təhlükəsizliyinə hesablanan və düşmənlə təmas xətində bəzi təhlükəsizlik tədbirlərini özündə ehtiva edən sərəncam imzalaması hökümətin üzərinə çox ciddi məsuliyyət qoyur.ANS TV-nin məlumatına görə, Nazirlər Kabineti 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” qanunu yeni redaksiyası da hazırlamalı və 3 ay ərzində bu qanun qəbul edilməlidir. Əslində sərəncamdan bir neçə gün əvvəl Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvləri eyni mövzu ətrafında toplaşmışdılar. Onlar Mİlli Məclisin sentyabrın 30-da keçirilən payız sesiyasının açılış iclasında ölkənin təhlükəsizlik məsələləri ilə bağlı səsləndirəcək təkliflərini müzakirə etmişdilər.Millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, sentyabrın 30-u nəzərdə tutulub ki, parlamentin iş planı təsdiq olunanda bu məqamlara da diqqət yetirilsin: "Lakin cənab prezidentin sərəncamı çox əhatəli şəkildə bunları əhatə edir. Sərəncamda birbaşa göstəriş var ki, “Dövlət sirri haqqında” qanundakı müddəalar sərtləşdirilsin və prezident də qanunvericilik təşəbbüsü ilə çıxış edə bilir. Bu baxımdan da cənab prezident tərəfindən də Mİlli Məclisə təqdim olunacaq”.Hərbi sirr haqqında qanunun sərtləşdirilməsi və prezidentin sərəncamından doğan digər məsələlər təbii olaraq hər kəsi müharibə ehtimalı haqqında da düşünməyə sövq edir. Doğurdanmı istənilən an hərbi vəziyyət elan edilə bilər? Millət vəkili Zahid Oruc belə düşünmür. Onun fikrincə, bunun arxasında hökümətin hər hansı niyyəti gizlənmyib. Məqsəd sadəcə ölkənin informasiya təhlükəsizliyini qorumaqdır, vəssalam."Azərbaycan özünün mülki-ictimai həyatını, quruculuq tədbirlərini bundan sonrakı dövrdə də eynilə davam etdirəcək. Amma lokal ərazilərdə, hərbi vəziyyət şəraiti yarana bilərmi? bu çox realdır. Toqquşmalar elə bir səviyyəyə çata bilər ki, - konkret Ağdam bölgəsində, Tərtər ərazisində hərbi vəziyyət elan oluna bilər”, deyə Zahid Oruc bildirib.Bəs, qanunun sərtləşdirilməsi mətbuata senzura tətbiqinə yol açmır ki? Yəni sabah hansısa, bir məmur qanunu əsas gətirərək ən adi informasiyanı da verməkdən imtina edə bilərmi?Millət vəkili Aqil Abbas hesab edir ki, hazırda senzuranın tətbiqini heç kim deyə bilməz: "İkincisi, millət vəkili olsun və ya bir nazir olsun dövlət sirrini açıqlaya bilməz. Dövlət sirrinin anlayışı var. "Dövlət sirri haqqında” qanun çap olunub. Məsələn, deyək ki, icra başçısının nə dövlət sirri var ki”.Hər halda, informasiyanı birinci əldə etmək əla hissdir. Jurnalist olanlar bunu yaxşı bilir. Amma bir şey də var. Heç nə vətənin təhlükəsizliyindən yaxşı ola bilməz. Bunu da bilməyimiz lazımdır.Bundan əlavə, sərəncama əsasən, ölkə başçısı tərəfindən müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları, Nazirlər Kabineti, Prezident Administrasiyası və Mətbuat Şurasına da bir sıra tapşırıqlar verilib. Bu qurumların sərəncamla bağlı fəaliyyətlərini növbəti buraxılışlarımızda izləyəcəyik.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bu şəxslərə təqaüd verilməyəcək - QƏRAR
Bu gün Yel çərşənbəsidir!
Ermənilər Bakıda məğlub oldular
"Hüseynağadan bir dənəydi..."
Ağ saçlı cazibədar qadınlar
İştah açır, ancaq doymaq olmur
Çində qəribə intihar-FOTO
İran təyyarəsində UNO həyəcanı
Məsamələri təmizləyən 3 üsul
Azərbaycanda necə QİÇS xəstəsi var?
Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
Bir zamanlar lağ obyekti olub, indi isə...-FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Təəccübləndirən modellər
Dollara Putin "silləsi"
Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA
Yanğınla bağlı operativ qərargah yaradıldı
İki rəngli piroq (foto resept)
Ürək xəstəsinin ideal tətili necə olmalı
Gözəlliyin düşmənləri
121 illik şəkil gündəm yaratdı - FOTO
25 min nəfər "Facebook"u məhkəməyə verdi
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Pomellolu meyvə salatı (foto-resept)
Bank açıqladı, dollar bahalaşdı
Ezgi Mola sevgilisinə sataşdı
Dilqəmin məktubu çatdı
Bakı yolları belə avtomobillər görməyib
Gəlin birlikdə hazırlayaq-2
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 167 yeni yoluxma
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?
Qadınların yeni sevimlisi
Daşıyıcı analıq
Selana Gomezi ötüb keçdi-FOTO
Dünya Çempionatının TƏQVİMİ
Suriyanın kimyəvi silahları dənizlərdə məhv edilə bilər
DİN-dən əhaliyə çağrış
EVlilik təklifi etdi HƏBS olundu-SƏBƏB-VİDEO
Günün ramazan təqvimi (10 iyul)
Yeni planşet satılır
Pensiyanın bir növündən başqa növünə keçmək mümkün olacaq
“Euronews” Dağlıq Qarabağdan yazdı
Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar - İDDİA
Model dərisinin qeyri-adi rəngi ilə təəccübləndirdi
Qeyri-adi üzüklər
"Facebook"dan YENİLİK
Məşhur aktyor səfir oldu
Gündəlik geyimlər
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Azərbaycan qış rejiminə vaxtından əvvəl keçəcək?















- ŞƏRHLƏR