1.
Bizim aramızda pəncərə vardı.
Pəncərənin arxasında mən dayanardım.
Pəncərənin o üzündə sən.
Amma sən dayanmazdın, səhər pəncərənin önündən o tərəfə tələsərdin, axşam bu tərəfə.
Səni pəncərədən izləyirdim.
Gedəndə də, gələndə də...
Sən gedərdin, gələrdin. Mən səhər-axşam həsrətində, intizarında qalardım.
Sən mənim üçün həyat idin. Bəs mən?
Mən deyəsən, pəncərə idim sənin nəzərində.
Bəs niyə baxırdın ? Pəncərəyə ki, baxmazlar.
Bəlkə təəccüblənirdin ki, bu pəncərə niyə açılmır. Axı yolunun üstündəki bütün pəncərələr açılardı.
2.
Mən bilirdim ki, əvvəl-axır bu pəncərəni açmaq lazımdır. Lakin tələsmirdim.
Bir də gördün pəncərənin bir tayını açdım və salamladım səni.
Yaxud salamlamadım, eləcə çağırdım.
Adını bilməsəm də, çağırdım və danışdıq.
Sanki bunlar hamısı olmuşdu, amma pəncərəmin bu üzündə: sənin xəbərin olmadan.
Bəlkə sən də salamlaşmısan, danışmısan mənimlə, bəlkə bunlar da olub, amma pəncərənin o üzündə: mənim xəbərim olmadan.
3.
Bir səhər sən gedəndə dönüb nigaran-nigaran pəncərəmə baxdın, elə bil bir də qayıtmayacaqdın.
Qərarım qəti oldu: sən qayıdanda açacaqdım pəncərəni, səni intizardan qurtarmaq üçün.
Axşam gələndə tək deyildin. Birinci dəfə idi ki, ötürürdülər səni.
Bütün pəncərələr açılmışdı.
Birdən-birə darıxdım, qəlbimə tənhalıq qorxusu çökdü, vurub pəncərəni taybatay açdım.
Sən səksəndin, görünür, mənim pəncərəmin səsini ilk dəfə idi eşidirdin.
Qeyri-ixtiyarı :
- Axır ki, açıldı – söylədin.
Bəlkə də belə deməmişdin, lakin mənə elə gəlirdi ki, sən indi yalnız bu sözləri deyə bilərdin.
Sən isə dayanıb pəncərədəki adamın get-gedə əriyərək pəncərəyə qarışmasına baxırdın.
2001.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR