Pafoslu səslənsə də, qeyd-şərtsiz demək olar ki, uşaqlar hər bir millətin, o cümlədən bizim də gələcəyimizdir. Əcəba, biz gələcəyimizi necə, hansı formada hazırlayıb sivil, normal cəmiyyət qurmaq istəyirik?!
Uşaqların yetişdirilməsində hər birimizin iştirakımız, zəhmətimiz, rolumuz, marağımız, məsuliyyətimiz var. Bu sırada məsələnin təkcə pozitiv tərəfini deyil, digər tərəfini də nəzərdən qaçırmamalıyıq. Çünki cəmiyyət təkcə müsbət xarakterlərdən ibarət deyil. Çünki gələcəyimizin hazırlanmasında günahımız, məsuliyyətsizliyimiz, laqeydliyimiz, savadsızlığımız da “rol” oynayır.
Uşaqların təxəyyülünün, psixologiyasının, xarakterinin formalaşmasında valideyn tərbiyəsi qədər, hətta bəzən daha çox rol oynayan telekanallar olur. Günün müəyyən hissəsini televizor qarşısında keçirən məktəbəqədər və məktəbyaşlı uşaqlar gör-götür dünyasını məhz bu “danışan yeşik”dən öyrənirlər. Təsadüfi deyil ki, uşaqların özlərini Kayu, Pepe, arı Maya, Vinks, Maşa kimi cizgi filmi qəhrəmanlarına bənzətməsinə tez-tez rast gəlirik. Uşaqlarımız əcnəbi cizgi filmi qəhrəmanlarının bəzən ağıllı, daha çox isə aqressiv davranışlarını təkrarlamaqla, sanki əcaib bir varlığa çevrilir. Bu yolla biz normal gələcək qura, sabaha sağlam nəsil ötürə bilərikmi?
Bu arada, xatırlatmaq yerinə düşər ki, Azərbaycanda ilk animasiya filminin tarixi 1939-cu ilə aiddir. Texniki üsulla ilk animasiya filmi isə 1933-cü ildə çəkilib. İlk bədii animasiya olan “Əhmədin bəlası” 1936-cı ildə iki alman animatorların əməyinin bəhrəsidir. Sonradan isə uşaq filmləri, bu gün böyüklərin belə, sevə-sevə baxdığı kino tariximizin inciləri yaradılıb. Bunların hamısı yaxın-uzaq keçmişə aiddir. Bu gün isə əlimizdə cüzi istisnadan savayı, uşaqlara dair tutarlı bir telefilm, cizgi filmi yoxdur.
Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli də bu mövzuda danışarkən ilk növbədə onu vurğulayır ki, televiziya təsir vasitəsilə olmaqla, uşaqların davranışı və xarakterinin formalaşmasında böyük rol oynayır. Onun sözlərinə görə, ötən onilliklərdə uşaqlar üçün filmlər kinostudiyada çəkilirdi və azsaylı olsa da, çəkilən filmlərdə müəyyən keyfiyyət, dəst-xətt, istiqamət vardı.
Tarixlə, dəyərlərlə bağlı uşaqlarda fikirlər formalaşdırıla bilirdi. Bir neçə il öncə Milli Teleradio Şurasında da bu məsələnin müzakirə edildiyini deyən Qulu Məhərrəmli problemin hələ də qaldığını bildirir: “Arada, ayrıca bir uşaq telekanalı yaratmaq barədə təşəbbüslər oldu. Real mənzərə isə odur ki, bu gün populyar uşaq verilişləri yoxdur. Uşaqlar üçün cizgi filmləri yaratmaq maliyyə və psixoloji baxımdan asan başa gəlmir. Prezident sərəncamıyla hər il yerli teleserialların çəkilməsinə vəsait ayrıldığı kimi, cizgi filmlərinin çəkilməsinə də pul ayrılmasını istəyirəm”.
Sovet dövründə uşaqların “Nu poqodi”, sonralar “Tom və Cerri” cizgi filmlərinə baxdığını deyən Qulu Məhərrəmli bu günün uşaqlarının Türkiyə və Avropa kanallarının tamaşaçısı olduğunu bildirir. Azərbaycanın nağıl obrazlarını unudan, Cırtdanı tanımayan uşaqlarımız tariximizi nədən biləcək? Sabah üçün hansı nəsli tərbiyə edirik? Bundan öncə vacib olan isə nəyin əsasında, hansı dəyərlərlə, istiqamətlərlə quracağımız cəmiyyəti gələcəyə aparırıq? Qulu Məhərrəmli deyir ki, onu narahat edən də bu suallardır: “Uşaq telekanalları ilə bağlı əsaslar formalaşdırılmalıdır. Məktəblər, uşaq bağçalarıyla bağlı müəyyən parıltılar var. Lakin ümumi bir dəst-xətt yoxdur ki, ona əsaslanıb bu məsələni reallaşdıraq. Yaponiya kimi böyük bir cəmiyyətin ictimai televiziyasının bir xətti uşaqlarla bağlıdır. Orada uşaqları necə böyütmək, dilləri, dünyanı, Yaponiyanın tarixini, dəyərləri öyrətmək əsas hədəf seçilib. Bizdə isə belə bir örnək yoxdur. Düşünürsən ki, sabahkı nəsil necə olacaq, uşaqlar nəyin ardınca gedəcək?! Bu məsələlər ciddi cavablar tələb edir”.
Xatırladaq ki, hər il milli teleserialların çəkilməsinə külli miqdarda vəsait ayrılır. 2011-ci ildə 5 milyon vəsait ayrılıb. Bu məqamda həmin teleserial ssenarilərinin, aktyor oyunlarının peşəkar və ya qeyri-peşəkarlığından, qonorar azlığı, istehsalın kimə - telekanallara, yoxsa prodakşnlara, prodüser şirkətlərinə tapşırılmasının effektli olacağından danışmaq istəmirik. Maddi maraq onsuz da teleserial aktyorlarını, rejissorları, prodüser təşkilatlarını bu məsələyə çəkəcək. Amma həmin cəmiyyəti quran da bugünün uşaqlarıdır. Onların timsalında gələcəyin film qəhrəmanları, kino yaradıcıları ola bilməzmi? Nədən bizim balalarımız kənardan gələn mədəniyyətlə, tarixlə böyüyüb öz nağıl qəhrəmanlarından, zəngin tariximizdən bəhrələnməsin? Tarixin köhnə maşınını geri qaytarıb onun üzərində yeni dünya qura bilmərikmi? Axı sovet kinosunun təbliğatıyla çoxları Zoya Kosmodemyanskaya, Pavel Korçagin olmadımı? Bizim qəhrəmanlarımız haradadır? Onları ekranlaşdırmaqla gələcəyin qurucularını, mütəxəssislərini, igidlərini yetişdirə bilmərikmi? Suallarımızın cavabını peşəkarlardan və bu sahəni dirçəltmək istəyənlərdən gözləyirik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR