1.
Bizim aramızda pəncərə vardı.
Pəncərənin arxasında mən dayanardım.
Pəncərənin o üzündə sən.
Amma sən dayanmazdın, səhər pəncərənin önündən o tərəfə tələsərdin, axşam bu tərəfə.
Səni pəncərədən izləyirdim.
Gedəndə də, gələndə də...
Sən gedərdin, gələrdin. Mən səhər-axşam həsrətində, intizarında qalardım.
Sən mənim üçün həyat idin. Bəs mən?
Mən deyəsən, pəncərə idim sənin nəzərində.
Bəs niyə baxırdın ? Pəncərəyə ki, baxmazlar.
Bəlkə təəccüblənirdin ki, bu pəncərə niyə açılmır. Axı yolunun üstündəki bütün pəncərələr açılardı.
2.
Mən bilirdim ki, əvvəl-axır bu pəncərəni açmaq lazımdır. Lakin tələsmirdim.
Bir də gördün pəncərənin bir tayını açdım və salamladım səni.
Yaxud salamlamadım, eləcə çağırdım.
Adını bilməsəm də, çağırdım və danışdıq.
Sanki bunlar hamısı olmuşdu, amma pəncərəmin bu üzündə: sənin xəbərin olmadan.
Bəlkə sən də salamlaşmısan, danışmısan mənimlə, bəlkə bunlar da olub, amma pəncərənin o üzündə: mənim xəbərim olmadan.
3.
Bir səhər sən gedəndə dönüb nigaran-nigaran pəncərəmə baxdın, elə bil bir də qayıtmayacaqdın.
Qərarım qəti oldu: sən qayıdanda açacaqdım pəncərəni, səni intizardan qurtarmaq üçün.
Axşam gələndə tək deyildin. Birinci dəfə idi ki, ötürürdülər səni.
Bütün pəncərələr açılmışdı.
Birdən-birə darıxdım, qəlbimə tənhalıq qorxusu çökdü, vurub pəncərəni taybatay açdım.
Sən səksəndin, görünür, mənim pəncərəmin səsini ilk dəfə idi eşidirdin.
Qeyri-ixtiyarı :
- Axır ki, açıldı – söylədin.
Bəlkə də belə deməmişdin, lakin mənə elə gəlirdi ki, sən indi yalnız bu sözləri deyə bilərdin.
Sən isə dayanıb pəncərədəki adamın get-gedə əriyərək pəncərəyə qarışmasına baxırdın.
2001.
Bəxtiyar Əliyar
Azərbaycan Yazıçılar Birliyinin Üzvü
XƏBƏR LENTİ
Karantində qalmaq üçün kral qəsri təklif olundu - FOTO
İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
Yaxşı evdar xanımsınızmı?
Ronalduya Avropadan cəmi iki səs verilib
Bakıda ərzaq qıtlığı təşvişi
"Neftçi" fanatlarına şad xəbər
“Batmayan qadın”ın həyatı film olur-FOTO
Xiyar salatı (foto resept)
Günün qoroskopu: başladığınız işləri başa vurun
Ən yeni gəlin ayaqqabı modelləri
Bilərziklər
Kənd turizmindən pul qazanmaq istəyənlərin NƏZƏRİNƏ
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
İlham Əliyev qərəzli beynəlxalq təşkilatlardan danışdı: “Gəlsinlər və dəlilləri təqdim etsinlər”
Bürcünüzə görə hansı idmanı etməlisiniz?
Azərbaycanda elektron hərraclar keçiriləcək
HAVA necə olacaq?- 24 fevral
Qan vermənin faydaları və zərərləri
Dərini qidalandıran maska
Təqaüdçülər üçün ən yaxşı ölkə
Türk xilasedici itə süni nəfəs verdi - VİDEO
Neftimiz yenə bahalaşdı
Məhərrəm ayının fəzilətləri
Günün qoroskopu: deyilənlərdən yararlana bilərsiniz
Çiyələkli piroq (foto resept)
Azərbaycanda zəlzələ oldu
İrem Dericinin hələ də evsiz qalması diqqət çəkir
Daha sağlam yaşamaq üçün su için!
Günün qoroskopu - 26.10.2013
HAVA necə olacaq?
Azərbaycanda kompüter istifadəçilərinə XƏBƏRDARLIQ
Bu ölkə eboladan xilas oldu
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Kraliça geyimlərinin qiymətindən yazdı-FOTO
Azərbaycanda pensiyaların ödənilməsinə başlanıldı
Azərbaycan yeni pensiya sisteminə keçir
Dondurmalı Profiterol (foto resept)
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"
Qadın yaylıqlarının bağlanma üsulları
90 yaşlı "Azərbaycanfilm"
Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər açıqlandı
Ancelina Coli qızardılmış əqrəb və tarantul yedi
İrina Şeyk geyimi ilə diqqət çəkdi-FOTO
Yeni bir səhifə...
Azərbaycandan ABŞ-a etiraz
Plaşları necə kombinləməli?
Merve özünə qoyduğu qadağanı pozdu - FOTO
Lətifələr
Günün ulduz falı - 24.12.2013
Yaşlandıqca cavanlaşan qadın-FOTO
- ŞƏRHLƏR