Şükr və tərif Allaha məxsusdur. Biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhamməd Onun qulu və elçisidir.
Əziz Qadın.Netlilər, hər birimizin bildiyi kimi saytımızda müəyyən fasilələrlə namaz dərsləri dərc edilibdir. Hər dərsdə müəyyən qaydalar qeyd edilib və namazın qılınma qaydaları ayrı-ayrılıqda göstərilibdir. Mən bu dərsləri cəmləşdirərək ümumi bir dərs hazırlamaq qərarına gəldim. Beləcə siz (namaza başlamaq istəyənlər) rahat bir şəkildə namazların hər birinin qaydasını bir xəbərdən əldə etmiş olacaqsınız. Amma digər dərsləri də oxumağınızı məsləhət görürəm, çünki orada olan bir sıra məlumatlar burada olmayacaq. Orada olan eynilik sadəcə namazın qaydalarında və sözlərində olacaq. Digər məlumatları isə, məsələn hədisləri mən başqa mənbədən faydalanaraq sizinlə paylaşacağam.
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar." (Əl-Əzhab surəsi, 70-71) Bu ayəyə əsaslanaraq demək istəyirəm ki, bu xəbərdə verilən hər bir məlumat səhih və sünnədə dəlili, sübutu olan məlumatlardır. Çünki hər bizimiz Allah qarşısında etdiyimiz ən kiçik hərəkətimizə görə Allaha cavab verməli olacayıq. Ona görə də belə bir mövzuda yanlış məlumatların yayılması məsuliyyətini əsla boynuma götürmərəm.
"Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir." (Əl-Ənkəbut surəsi, 45)
"Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızl yuyun." (Əl-Maidə surəsi,6)
Dəstəmasın qaydasını qısa şəkildə qeyd edim: Dəstəmaz alan ürəyində dəstəmaz üçün niyyət etməli və "Bismilləh" deyib əvvəl əlləri 3 dəfə yumalı, sonra 3 dəfə ağzı yaxalamaq, burna su çəkib qaytarmaq, üzü 3 dəfə tamamilə yumaq, əvvəl sağ olmaqla hər iki qolu 3 dəfə barmaqların ucundan dirsəklər də daxil olmaqla dirsəklərə qədər yumaq, yaş əllərlə başa məsh etmək (yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək) sonda başladığı yerə qaytarmaq, sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək, sonra əvvəl sağ olmaqla 3 dəfə ayaq barmaqlarından topuq da daxil olmaqla topuğa qədər yumaq. Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz aldıqdan sonra bu duanı oxumaq sünnədəndir: "Əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhammədən abduhu və Rasuluhu. Allahumməc'alni minəttəvvabinə vəc'alni minəl-mutətahhirin!" (Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhamməd Onun qulu və elçisidir! Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!)
Aşağıdakı ayə nazil olmamışdan əvvəl Peyğəmbər (s.a.s) Kəbə qarşısında ola-ola Beytül-Müqəddəsə üz tutaraq namaz qılardı:"Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir!" (Əl-Bəqərə, 144) Bu ayədən sonr Kəbə qiblə seçildi. Belə ki, hamı sübh namazına durmuşdu. Onlara belə bir xəbər çatdı:"Rəsulullaha (s.a.s) bu gecə Quran (yəni ayə) nazil olmuşdur və Kəbənin qiblə seçilməsi əmr edilmişdir. Namaza duranların üzü Şama tərəf idi və bu xəbərdən sonra çevrildilər. (Yəni onların imamı üzünü çevirib qibləyə durdu)". (Əl-Buxari, Müslim, Əhməd və əs-Sərrac)
Elə isə buyurun, namazın qılınma ardıcıllığı ilə tanış olun. Sizə əvvəlcə namazda edilən hərəkətlərin adlarını və sözlərini təqdim edəcəyəm, sonra isə onların hansı namazda hansı ardıcıllıqla edilməli olduğunu yazacağam. Hər hərəkətin adına uyğun şəkil də verildiyi üçün asanlıqla başa düşəcəksiniz. Əvvəlcə namazdakı hərəkətlərin adları və deyilməli olanlar barədə ümumi tanış olun.
Təkbir: Allahu Əkbər!
Qiyamda: Sübhanəkə Allahummə və bihəmdikə və təbarə ismukə və təalə cəddukə və lə iləhə ğəyrukə. Əuzu billəhi minəş şeytanir racim.
Fatihə surəsi: Bismilləhir-Rahmənir-Rahim! Əlhəmdu lilləhi Rabbil aləmin. Ər-Rahmənir-Rahim, Məliki yəumiddin. İyyəkə nə`abudu və iyyəkə nəstəin. İhdinəs-sıratal mustəqim. Sıratal-ləzinə ən`amtə aleyhim. Ğeyril məğdubi aleyhim vələd`da::llin! Amin!
İxlas surəsi: Bismilləhir-Rahmənir-Rahim! Qul huvallahu Əhəd. Alahus-Saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul ləhu kufuvən əhəd.
Təkbir: Allahu Əkbər!
Rukuda: Subhanə Rabbiyəl Azim (1 və ya 3 dəfə)
Rukudan qalxanda: Səmi Allahu limən həmidəh
Qiyamda: Rabbənə və ləkəl həmd
Təkbir: Allahu Əkbər!
Birinci səcdə: Subhanə Rabbiyəl Alə (1 və ya 3 dəfə)
Təkbir: Allahu Əkbər!
Səcdələr arasında: Rabbiğfirli (1 və ya 3 dəfə)
Təkbir: Allahu Əkbər!
İkinci səcdə: Subhanə Rabbiyəl Alə (1 və ya 3 dəfə)
Təkbir: Allahu Əkbər!
Birinci rükət tamamlandı.
Təşəhhüd: 1. Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibətu. Əs-sələmu aleykə əyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədu ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh.
2. Allahummə salli alə Muhəmmədin və alə ali Muhamməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid və barik alə Muhəmmədin və alə ali Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə ali İbrahimə innəkə həmidun məcid.
3. Allahummə inni əuzu bikə min azəbi-l-qabr və min azəbi cəhənnəm və min fitnəti-l-məhyə və-l-məməti və min şərri fitnəti-l-məsihi-d-dəccəl.
Sağa salam: Əs salamu aleykum və rahmətullah.
Sola salam: Əs salamu aleykum və rahmətullah.
Bunlar namazda edilən əsas hərəkətlərdir. İndi isə namazların rükətləri və hər birinin qılınması barədə geniş məlumat verəcəyəm. Hərəkətlərin isə ardıcıllıqla sadəcə adını yazacağam. Çünki hansı adın hərəkət və sözü hansıdırsa, artıq yuxarıda qeyd etmişəm.
Gün ərzində 5 vaxt namaz qılınmalıdır. Onlar bunlardır: Sübh namazı (2 rükət), İkindi namazı (günorta və ya zöhr namazı - 4 rükət), Əsr namazı (4 rükət), Məğrib namazı (3 rükət), İşa namazı (4 rükət).
Sübh namazının qılınma ardıcıllığı belədir.
1-cü rükət: Təkbir, qiyamda, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir. Birinci rükət tamamlandı.
2-ci rükət: Təkbir, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir, təşəhhüd, sağa salam, sola salam.
Sübh namazı bitdi.
Zöhr namazının qılınma ardıcıllığı belədir.
1-cü rükət: Təkbir, qiyamda, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir. Birinci rükət tamamlandı.
2-ci rükət: Təkbir, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir, təşəhhüd (yalnız 1 və 2 deyə nömrələnmiş hissə), təkbir. İkinci rükət tamamlandı.
3-cü rükət: Fatihə surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir. Üçüncü rükət tamamlandı.
4-cü rükət: Fatihə surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir, təşəhhüd, sağa salam, sola salam. Namaz bitdi.
Əsr namazının qılınma ardıcıllığı eynən Zöhr namazının qılınma ardıcıllığı kimidir.
Məğrib namazının qılınma ardıcıllığı belədir.
1-cü rükət: Təkbir, qiyamda, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir. Birinci rükət tamamlandı.
2-ci rükət: Təkbir, Fatihə surəsi, İxlas surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir, təşəhhüd (yalnız 1 və 2 deyə nömrələnmiş hissə), təkbir. İkinci rükət tamamlandı.
3-cü rükət: Fatihə surəsi, təkbir, rukuda, rukudan qalxanda, qiyamda, təkbir, birinci səcdə, təkbir, səcdələr arasında, təkbir, ikinci səcdə, təkbir, təşəhhüd, sağa salam, sola salam. Namaz bitdi.
İşa namazının qılınma ardıcıllığı isə Zöhr və Əsr namazının qılınma ardıcıllığı ilə eynidir.
Namazların hər birinin qılınma qaydaları barədə Sünnədə istənilən qədər hədislər tapmaq mümkündür. Bundan əlavə Fərz namazların özlərinin də hər birinin sünnətləri vardır ki, onları da qeyd etmək istəyirəm.
Sübh namazının sünnəti özündən əvvəl qılınan iki rükətlik namazdır.
Zöhr namazının isə sünnəti özündən əvvəl qılınan iki rükətlik və özündən sonra iki-iki qılınan dörd rükətlik, toplamda cəmi 6 rükətlik namazdır.
Əsr namazının sünnəti özündən əvvəl qılınan dörd rükətlik namazdır. Əsr namazının rükətini mütəmadi olaraq qılmağa ehtiyac yoxdur. Çünki bir sıra hədislərdə belə vurğulanıbdır ki, Muhamməd peyğəmbər (s.a.s) əsr namazının sünnətini daim qılmazdı.
Məğrib namazının sünnəti özündən sonra qılınan iki rükətlik namazdır.
İşa namazının sünnəti isə özündən sonra qılınan iki rükətlik namazdır.
Fərz namazlar qılınıb bitəndən sonra isə vitr namazını qılmaq lazımdır. Çünki bu namaz vacib namazdır. İstəyə görə bu namazı bir, üç, eləcə də yeddi rükətli qılmaq olar. Son rükətdə isə qunut tutaraq qunut duasını oxumaq lazımdır və eləcə də digər istənilən duaları etmək olar.
Peyğəmbər (s.a.s) namazda sağ əlini sol əli üstünə qoyardı. Peyğəmbər (s.a.s) deyərdi: "Biz peyğəmbərlə iftarımızı tezləşdirməyi, səhurumuzu gecikdirməyi, namaz vaxtı sağ əli sol əlin üstünə qoymağı əmr olunmuşdur." (Müslim, Əbu Davud, İbn Hibban, əz-Ziya-səhih hədisdir.)
"O, yoldan keçəndə bir kişinin sol əlini sağ əlinin üstünə qoyub namaz qıldığını görür. Onun əllərini aralayıb sağ əlini sol əlinin üstünə qoyur." (Əhməd və ƏbuDavud. Səhihdir.)
Peyğəmbər (s.a.s) "sağ əlini sol əlinin biləyinin və said sümüyünün üstünə qoyardı." (Əbu Davud, ən-Nəsai və İbn Xuzeymə. Səhihdir.) "O, əllərini sinəsinə qoyardı." (Əbu-Davud və İbn Xuzeymə. Səhihdir.) Namazda əllərin sinəyə qoyulması Sünnə ilə sübut edilir və bunun əksini göstərən hədislər zəifdir, heç bir əsası yoxdur. (Məhəmməd Nasir Əd-Din Əl-Albani)
Rüku və səcdədə Peyğəmbər (s.a.s) Quran oxumağı yasaq edərək demişdir: "Mən rüku və səcdədə Quran oxumağı qadağan etdim. Rükuda siz Allaha təzim edin, səcdədə çoxlu dua edin. Belə etsəniz, cavab almağa layiqsiniz." (Müslim və Əbu Uvanə)
Hədislərin sayını istənilən qədər uzatmaq mümkündür. Amma, zənnimcə, bu qədər kifayət edər.
İndi isə sizə namazın qılınma qaydası olan video çarx təqdim edirəm. Çarxda sözlər təlim məqsədilə belə avazla oxunulubdur. Yəni eyni qaydada avaz etmək şərt deyil.
Allah hər birinizin ibadətlərini qəbul etsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Birinci xanım ərəbləri hiddətləndirdi
İki yalançının oyunu: Avropa və ləyaqətsiz hakimiyyət
HAVA necə olacaq?
Riyazi məntiq - " Yeni il"
Günün ulduz falı - 13.10.2013
Boyunu cavanlaşdıran 4 təsirli üsul
Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi
Kişilər, həyat yoldaşını hansı xüsusiyyətlərə əsasən seçir?
Razılıq verildi: Ukrayna bölünür!
Hamilə qadınlar necə idman etməli?
Nazir yaralılara baş çəkdi
Gicitikan salatı (foto resept)
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Meqan Marklın atası qızı haqda elə sözlər dedi ki… -FOTO
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Təşəhhüddə şəhadət barmağı ilə işarə etmək olarmı?
Sarkisyanın səyləri qırılır
"Bakı 2015 İlk Avropa Oyunları" üçün Bakıda dünyanın ən möhtəşəm Olimpiya kəndlərindən biri tikiləcək
Bayramdan sonra çəki artımı
500 milyon istifadəçinin məlumatları oğurlanıb
Qaragilə keksi (foto-resept)
36 saat çəkən evliliyindən danışdı
Dünyaya necə baxırsınız? (Test)
Əcaib qadınlar
Sabah 28Лљ isti olacaq
Ölümə aparan hərarət. Acı sonluqdan qorunmaq üçün oxuyun
Deputat: "Biz Allaha qarşı gedə bilmərik”
Beren Saat evinə qayıtdı
Uşaq telefonu təklifi hələ öyrənilir
Bakıdan Gəncəyə uçan təyyarə eniş edə bilmir
Taekvondoçumuz ermənini yerə vurub Avropa çempionu oldu
DiKaprio Azərbaycanda sevilən müğənnini lağa qoydu
Xəyal etmək xəyanət sayılırmı?
Qızıldan sıçrayış bahalaşma
Ozan Güvən həbs olunur?-FOTO
Hər yaşa uyğun saç modeli
Megan Markl bu qadağalara əməl etməlidir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Kənan İmirzalıoğlu tanınmaz hala düşdü - Foto
Məşhur aktyor gala gecəsinə qatıldı-FOTO
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Ancelina Colinin qızı cinsini dəyişir?
TƏBİB-dən əhaliyə MÜRACİƏT
Zakir Həsənov göstəriş verdi
Dünya yenə onları izləyəcək
Bel və kürək yağlarından xilas olmağın yolları
İbrahim Tatlısəsə qarşı milyonluq fırıldaq
Fransız dili- Dərs 14
Obamadan ramazan təbriki
Sızanaq yaranmasına mane olan maska
- ŞƏRHLƏR